Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Danimarka 15 yaşadək uşaqlara sosial şəbəkə qadağası planlaşdırır

Mobil telefonlar və sosial media uşaqlarımızın uşaqlığını oğurlayır

18

Danimarkanın baş naziri Mette Frederiksen ölkə parlamentində çıxışı zamanı hökumətin 15 yaşına qədər uşaqlara və yeniyetmələrə müəyyən sosial media platformalarına giriş qadağası tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

Frederiksen bildirib ki, sosial medianın təsiri gənclərin psixologiyasına və uşaqlıq dövrlərinə mənfi təsir göstərir. Onun sözlərinə görə, “mobil telefonlar və sosial media uşaqlarımızın uşaqlığını oğurlayır”.

Baş nazir hələlik hansı platformaların məhdudlaşdırılacağını və qadağanın necə tətbiq ediləcəyini dəqiqləşdirməyib.

Sosial mediaya yaş məhdudiyyəti ilə bağlı qanun layihəsi hələ hökumətin builki qanunvericilik proqramına daxil edilməyib. Bu isə o deməkdir ki, təşəbbüs 2026-cı il noyabrına qədər keçiriləcək növbəti seçkilərədək qəbul edilməyə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.