Browsing category

Yerli Qurumlar

Nizami Mustafayev indidən sonra sərbəst hərəkət edə biləcək

Mingəçevirin  Səməd Vurğun küçəsindəki 6 saylı evin 6-cı mənzilində yaşayan Mustafayevlər   ailəsi çətin durumda yaşayır. Ailə başçısı Nizami Mustafayev isə yataq xəstəsidir, birinci qrup əlilliyi olan şəxsdir. Belə vəziyyətdə ona uzun illər qulluq göstərən xanımı çox əzab əziyyət çəkirdi. Ramazan bayramı münasibəti ilə ailəyə ərzaq yardımı olunub, dünən isə  İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbbüsü […]

Böyüklər çayxanalarda, uşaqlar həyətlərdə

Mayın 4-də Mingəçevir İcra Hakimiyyəti başçısı yanında Oprerativ Qərargahın iclası keçirilib. Kommunal təsərrüfatı idarələrinin rəhbərləri gün ərzində şəhərdə görülən işlərlə bağlı məlumat veriblər. Qeyd olunub ki, tərəvəzçilik sovxozu, bağlar və vaqonlar yaşayış massivlərində, tingçilik ərazisində, eyni zamanda sahibkar obyektlərində dezinfeksiya işləri aparılıb.   Gün ərzində Mərkəzi Xəstəxana ahəngdar iş rejimində çalışıb və ölüm hadisəsi baş verməyib. […]

Mingəçevirin İcra Hakimiyyəti başçısı: “Xüsusi karantin rejimində xeyli yumşaldılma baş verdi, amma bu, arxayınçılığa əsas vermir”

Aprelin 29-da Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin kommunal sahə işçiləri ilə onlayn formatda görüşüb. Mayın 2-də isə icra başçısı yanında Operativ Qərargagın videotoplantısı keçirilıib. 21 təşkilatın qoşulduğu konfransın məqsədi Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 1-də qəbul etdiyi yumşaldılma qərarı ilə bağlı olub. Müxbirimizin suallarını cavablandıran Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib […]

Koronavirus uşaqların bayramını poza bilmədi

Novruz bayramı münasibətilə şəhid ailələrindən olan körpələrə, Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan uşaqlara  Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən bayram sovqatları verilib. Uşaqlarla səmimi görüşən şəhər rəhbəri onlara bayram təbriklərini və xoş arzularını çatdırıb. Başçı uşaqlarla xatırə şəkli də çəkdirib.

Başçı təqaüddə olan xanımları ziyarət etdi

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  şəhərin ictimai-siyasi həyatında fəal iştirak etmiş və hazırda təqaüddə olan xanımları ziyarət  edib, hər birinə gül buketi və hədiyyələr təqdim edib. Qadınları 8 mart bayramı münasibəti ilə təbrik edən başçı onların problemləri ilə maraqlanıb, nəyə ehtiyacı olduqlarını öyrənib. Ziyarət olunan xanımlar bu gəlişdən kövrəlib və icra başçısının addımını […]

Mingəçevirdə Xocalı soyqırımı qurbanları anılıb

Fevralın 25-də Mingəçevir   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərdə məskunlaşan Xocalı ailələrin və ictimaiyyət nümayəndələri ilə görüşüb.  Başçı qeyd edib ki,  xalqımızın qan yaddaşına ən ağır faciə kimi yazılan Xocalı soyqırımından 28 il keçir: “Bu faciəyə görə bütün xocalılara başsağlığı verirəm”. Görüşdə Xocalı nümayəndələrindən Zahir Usubov, Baloğlan Allahyarov,  Süleyman Orucov şahidi olduqları həmin o […]

Icra başçısı hesabat verdi

İctimaiyyətin marağını nəzərə aıaraq, Icra Hakimiyyəti başçısının illik hesabatını dərc edirik. Hörmətli qonaqlar! Hörmətli Şura üzvləri və müşavirə iştirakçıları! Bu il yanvar ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir. İclasda ölkənin 2019-cu ildə sosial-iqtisadi inkişafına yekun vurulmuş və 2020-ci ildə qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur. Dövlət başçısı […]

Başçı tapşırıq verib ki, ailə başçısına ixtisasına uyğun iş tapmaqda köməklik göstərilsin

Fevralın 12-də Gənclər Evində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ətraf ərazidə yaşayan sakinlərlə səyyar görüş keçirib. O, ölkədə, o cümlədən şəhərdə aparılan yeniliklərdən bəhs edib: “Biz bu il ötən ilə nisbətən iki dəfə çox işlər icra etməyi nəzərdə tutmuşuq”. Görüş iştirakçıları görülən işlərdən  məmnun olduqlarını bildiriblər. 4 saylı məktəbin müəllimi Sahibə Rəsulova deyib […]

29 il qabaqkı səfərini yada salan başçı Hindistanın iş adamlarını Mingəçevirdə görmək istəyir

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov fevralın 6-da Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanı qəbul edib. Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, təhsil və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İ.İsmayılov Mingəçevirin potensial imkanları barədə səfirə məlumat verib. O, bildirib ki, Mingəçevir şəhər statusunu 1948-ci ildə alıb, amma buna […]

Xətai küçəsinin sakinləri narahatlıq doğuran məsələləri başçının diqqətinə çatdırdılar

Fevralın 5-də Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov 14 saylı məktəbin iclas zalında məhəllə sakinləri ilə görüşüb. 14 saylı məktəbin müəllimi Zülfiyyə Məmmədova deyib ki, Aydın Məmmədov küçəsinin bəzi hissələrində səki salınmadığından məktəbə gələn şagirdlər nəqliyyat yolu ilə getməli olurlar. Fikrət İsmayılov yaşadığı Ş.İ.Xətai küçəsindəki 8 saylı binanın zirzəmisinin ilboyu kanalizasiya suları ilə dolmasından, […]