Browsing category

Yerli Qurumlar

İlham İsmayılov: “Çox məmnunuq ki, “Sahil” parkının qanunsuz “sahibkarlardan” təmizlənməsində media bizə dəstək oldu”

“Dövlət qulluğu güzəştlər əldə etmək deyil, məsuliyyətdir, xalqa xidmət etmək üçün fürsətddir. Cənab Prezidentin dəfələrlə dediyi kimi, biz xalqın qulluqçularıyıq. Təəssüf ki, bəzi dövlət qulluqçuları vəzifələrini ləyaqətlə yerinə yetirmir, nəticədə sadə vətəndaşlar əziyyət çəkirlər ”. Bu fikirləri iyunun 23-də dövlət qulluqçularının peşə bayramında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səsləndirib. Başçı bayram münasibətilə həmkarlarını […]

29 il əvvəl baş verənlər bir daha xatırlandı

İyunun 14-də Mingəçevirdə “Ümummilli lider Heydər Əliyev-Milli Qurtuluşumuzun müəllifi” adı ilə elmi-nəzəri konfrans keçirilib. Tədbir iştirakçıları əvvəl ulu öndərin abidəsini ziyarət edib,  onun fəaliyyətindən bəhs edən sərgiyə və filmə baxıb, ruhunu bir dəqiqəlik sükutla yad edib. Heydər Əliyev Mərkəzində baş tutan konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,  YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, […]

Sakinlər icra başçısına dedilər ki, zirzəmilər kanalizasiya suları ilə dolur

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyunun 10-da növbəti səyyar görüşünü keçirib. Ü.Hacıbəyov, M.Maqomayev  Rəsul Rza küçələrinin kəsişdiyi məhələdə baş tutan görüşdə sakinlər narahatlıq doğuran bir sıra problemləri qaldırıblar. Belə ki, mövcud ərazidəki çoxmənzilli binalarda zirzəmilərin kanalizasiya suları ilə dolması baş verir, bu isə xəstəlik yayan həşaratların, xüsusən ağcaqanadların yayılnasına səbəb olur. Cavabdehlik daşıyan […]

Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında da İctimai Şura yaradılacaq

Xəbər verdiyimiz kimi, indiyədək əksər bölgələrin İcra hakimiyyətləri yanında ictimai şuralar fəaliyyət göstərsə də, bu günə qədər Mingəçevirdə yaradılmayıb. Bu haqda mayın 26-da Gəncədə keçirilən zona konfransında məlumat verilmişdi. Nəhayət, Mingəçevirin yerli hökuməti də tilsimi sındırmaq istəyir. İyunun 9-da İH-nin veb səhifəsində yerləşdirilən elandan aydın olur ki, İH-də seçki komissiyası yaradılıb və seçkilərdə iştirak etmək […]

Yerli icra hakimiyyətləri “QHT ziyarətləri”nə gələnlərin tənqid atəşində

Bir müddətdir ki, “QHT ziyarətləri” layihəsi çərçivəsində bölgələrə səfərlər təşkil edilir, regionlardakı vətəndaş cəmiyyəti təşkilatlarının real vəziyyəti yerində öyrənilir. Bu, əvvəllər də arzulanırdı, amma QHT Şurası paytaxtdakı məşhur otellərdə 400-500, bəlkə də daha çox iştirakçını bir araya gətirməklə işini bitmiş hesab edirdi. Bir saatdan sonra zalın yarısı boşalırdı, çünki Gəncədən, Zaqataladan, Qazaxdan  və digər bölgələrdən […]

Mingəçevirdə Müstəqillik Günü

28 may Müstəqillik Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının Heydər Əliyev Mərkəzində birgə təşkil etdikləri elmi-nəzəri konfrans Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda döyüşlərdə həlak olmuş  şəhidlərimizin ruhunun yad edilməsi ilə başlayıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bayram münasibətilə zala toplaşanları təbrik edib və deyib ki, çoxəsrlik tariximizin dövlətçilik salnaməsində […]

Mingəçevir şəhər stadionunun təmirinə başlanıb

Mayın 19-da İcra Hakimiyyətinin başçısı İlham İsmayılovMingəçevir şəhər stadionuna baxış keçirib. O, ərazini gəzib, təmir işləri aparan Mənzil Kommunal Təsəsrrüfat İstehsalat Birliyinin və yerli Bələdiyyənin işçilərinə  göstərişlərini verib, Futbolçular, azarkeşlər və ictimaiyyət nümayəndələri ilə görüşən başçı deyib ki, şəhər öz gücü daxilində stadionda müəyyən təmir və bərpa işlərini edəcək, eyni zamanda digər qurumlar da prosesə […]

Tofiq Əsgərov 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olundu

Mingəçevir şəhərində fəaliyyət göstərən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəis təyin olunub. Bu vəzifəyə Tofiq Əsgərov gətirilib. Bu kresloda o, Şahin Əliyevi əvəz edib. Tofiq Əsgərov 2006-cı ildən bəri Mingəçevir Şəhər İcra Hakimiyyətində  çalışıb. 2013-cü ildən isə aparatda baş məsləhətçi işləyib.

Mingəçevir sakinləri küçələrə şəhid adlarının verilməsini istəyir

Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, ölkənin dördüncü şəhərində hələ də Azərbaycan tarixində müammalı izləri ilə yadda qalan şəxslərin adını daşıyan küçələr mövcuddur. Şəhərin bəzi kənar məhəllələrində İƏ “Birinci paralel”, “5-ci küçə”, “10-cu küçə” yaxud “15-ci küçə” kimi adlandırılan ünvanlar var. Adı “26 Bakı komissarı” arasında yer alan Məşədi Əzizbəyovun adı ilə bağlı paytaxtda küçə metro […]

Mingəçevirdə Zəfər günü

Noyabrın 8-də Mingəçevirdə Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan bayram tədbirinin iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanına gəldilər. Burada uyuyan bütün şəhidlərin, eyni zamanda itkin düşmüş hərbçilərimizin xatirəsi yad olundu. Gənc qazilər əllərində  portretlərini tutduqları şəhidlərimizin bir-bir adlarını çəkərək, uca səslə burda olduqlarını dedilər, Himnimizi ifa etdikdən sonra şəhidlərin adları yazılmış balonları havaya buraxdılar. Həmin gün şəhərdə […]