Browsing category

Yerli Qurumlar

Mingəçevirin 66 yaşından lövhələr

Foye sərgi salonuna bənzəyirdi Noyabrın 11-də Mingəçevir Dövlət Dram Teatrının foyesi rəngarəng əl işlərinin nümayiş etdirildiyi sərgi salonuna bənzəyirdi. Şəhərimizin rəssamları Abdulla Məmmədovun və Yunis Yolçiyevin Mingəçevirlə bağlı rəsmləri çoxsaylı tamaşaçıları ətrafına toplamışdı. Amma Uşaq Yaradıcılıq Mərkəzinin təqdimatında SES-dən ilk enerjini verilməsi barədə kompozisiya daha çox marağa səbəb oldu. Orta məktəblərin əl işləri də diqqət […]

“Azərsu” Aran bölgəsində təlimlərə başladı

Oktyabrın 1-də \”Azərsu\” Açıq Səhmdar Cəmiyyəti Mingəçevirdə \”Regional Təlim İnkişaf Proqramı-1\” çərçivəsində Aran zonası üzrə \”Kompleks Təlim Proqramı\”na başlayıb. Noyabr ayının 25-dək davam edəcək təlimləri uğurla bitirənlər “Azərsu”yun “Daxili təlimçilərin təlimi” layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər. Bununla bağlı Mingəçevir Politexnik İnstitutunun akt zalında keçirilən rəsmi açılış mərasimində iştirakçılar öncə “Azərsu”yun fəaliyyətindən […]

Uğura gedən yol uğurlu düşüncədən keçir

“Əsrin müqaviləsi”nin imzalanması məhz Azərbaycan iqtisadiyyatını irəliyə aparan amillərdən biri olub. Ölkə iqtisadiyyatının dirçəldilməsində və mövcud qlobal maliyyə böhranı şəraitində dövlətin iqtisadi siyasətinin tarazlı qalmasında bu kontrakt böyük əhəmiyyət kəsb edir. Kontraktın imzalanmasından sonra Azərbaycanın iqtisadi-siyasi mövqeyi və beynəlxalq aləmdə gücü artıb. 20 il əvvəl ölkəmizin müstəqilliyinə qarşı həm xaricdən, həm də daxildən böyük təhlükələr […]

Mingəçevirlilər tullantıları necə idarə edirlər?

Nə etməli ki, məişət tullantıları həyatımızı zəhərləməsin, əksinə bizə fayda versin? Son illərdə ölkəmizdə ciddi müzakirə edilən bu problemin həlli məqsədilə bir ay əvvəl Mingəçevirdə kağız və plastik qabların qəbulu məntəqəsi yaradılıb. Şəhərin müxtəlif yerlərində “Təbiəti qoruyaq” adlı maarifləndirici lövhələr qoyulub. İqtisadi İinkişaf Nazirliyinin xətti ilə Yaşıllaşdırma və Sanitar İdarəsinin nəzdində belə məntəqənin açılması ekologiyanın […]

Mayın 10-da Mingəçevirdə silsilə tədbirlər keçirilib

Səhər tezdən Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və bir sıra vəzifəli şəxslər, idarə, təşkilat və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri Heydər Əliyevin abidəsinin qarşısına toplaşıblar. Onlar abidəni ziyarət edərək önünə tər güllər qoyublar. *** Bundan sonar əsaslı təmiri başa çatdırılmış İsmət Qayıbov adına tam orta məktəblə və “Qərənfil” uşaq bağçası ilə tanışlıq olub. Niyazi Bayramovu […]

Sel-sudan mühafizə kanalı şəhəri təhlükədən qorumağa hazırdırmı?

Həmişə güclü və aramsız yağışlar yağanda mingəçevirliləri ilk narahat edən məsələ bu olur: görəsən evimizi sel basmayacaq ki? Ötən illər ərzində (həm sovet dövründə, həm də müstəqillik illərində) şəhər camaatı, idarə və müəssisələr bu ağrının acısını çox dadıblar. Elə günlər olub ki, bir neçə saat ərzində Bozdağın gili, palçığı həyətlərə, zirzəmilərə, küçələrdəki mühəndis-kommunikasiya xətlərinə dolub […]

Mingəçevir yeni və gözəl libasa bürünür. Şəhərin 18 yaşayış binasında liftlərin dəyişdirilməsi başa çatır

Rəqəmlərin dili ilə desək, mənzərə daha aydın görünər. Belə ki, 250111 kv.m əraziyə asfalt, 19635 metr sahəyə səki daşları döşənib. 2446 kv.m sahədə qazon salınıb, 6750 kv.m-lik sahəyə dekorativ beton tavalar qoyulub. Bütün bunlar barədə şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Arif Musayev jurnalistlərə müsahibəsində bildirib. O, həm də əlavə edib ki, şəhərdə 9 ədəd park […]

Bağçada uşaq nə yeyir?

Öncə bağçaları ərzaqla təmin edən “İaşəçi” MMC-yə baş çəkdik. Anbarda əsl səliqə-sahmanın şahidi olduq. Müəssisənin direktoru Vahid Əsgərov məlumat verdi ki, anbara qəbul olunan bütün malların sertifikatı var, tez xarab olan məhsullar soyuducuda saxlanılır: “Bir sıra ərzaqları, əsasən kənd təsərrüfatı məhsullarını bazardan alırıq. Orada bizə qaimə vermirlər. Buna görə də onlar alış aktı əsasında alınır. […]

Mingəçevirin təhsil ocaqarında qidalanma ilə bağlı ciddi pozuntular aşkar edilib

Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsinin əməkdaşları Mingəçevir şəhərinin təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların qidalanması üzrə dövlət standartının tətbiqi vəziyyətini öyrənmək məqsədilə reydlərə başlayıb. Yoxlamalar zamanı ortaya çıxan məqamlar heç də ürək açan olmayıb. Yoxlama öncə şəhərin 5 saylı “Arzu” uşaq bağcasında […]

“Bayrağımız qürur mənbəyimizdir”

YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyi idarə heyətinin üzvləri və şəhərin aktiv gəncləri noyabrın 9-da Heydər Əliyev Mərkəzində “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda dəyirmi masa təşkil edib. Birliyin sədri Bəxtiyar Mustafayev bayrağın tarixindən danışıb. Gənclərdən Ceyhun Atayev, Eldar Dərişov, Ceyhun İsmayılov, Günel Mustafayeva, Vüsal Məmmədov, Pərviz Talıbov, Esmira Əhmədova və başqaları da ata-babaların işini ləyaqətlə davam […]