Browsing category

Yerli Qurumlar

Kür sahilində “Liman”ı kafeyə çevirmək ən böyük səhv olub

14 iyul 2023-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura Mingəçevir Media Mərkəzində yerli hökumət, bələdiyyə və digər qurumlarla birgə şəhərin bir sıra problemlərini müzakirə etmək üçün geniş tərkibdə iclasını keçirib. Şura sədri Fərman Nəbiyev nəzərə çatdırıb ki, son illər əsas narahatlıq Sahil parkında skuter, velosiped və bir-birinə qoşulmuş uşaq maşınlarının və “qatarların” piyada […]

Ayaq altına tökülən meyvə-tərəvəzi niyə almalıyıq?

Mingəçevir şəhər İcra Hakimiyyəti, bələdiyyə və ictimaiyyət nümayəndələrindən ibarət komissiya 2023-cü il iyulun 6-da şəhərin M.Maqomayev prospekti boyunca səyyar satış yerlərinə baş çəkib.  Məlum olub ki, yollara və səkilərə tökülən qarpız və yemiş məhsullarının mövcud ərazilərdə satışına rəsmi icazə verilməyib. Satıcılar qeyri-rəsmi formada müxtəlif şəxslərə ödəniş etdiklərini açıqlayıblar. Həm də deyiblər ki, İcra Hakimiyyəti və […]

Mingəçevirdə çimərlik yerlərinə pul ödəmədən girmək mümkünmü?

Adətən çimərlik ərazilərində isti günəşin şüalarından qorunmaq üçün sonradan quraşdırılmış kölgəliklərdən istifadə olunur. Amma gəzdiyimiz 10 çimərlikdən 2-də yaşıllıq zolaqlarının salındığının şahidi olduq.  Bəhruz adlı sahibkar bildirdi ki, o, burada ilboyu qalır: “Bunları min bir əziyyət bahasına yetişdirmişəm. İnandırım sizi, bircə gün nəzarət etməsəm, kəsib apararlar…”.  Şəhid ailəsi Eldar İsmayılovun icarəsində olan çimərliyin ərazisi də […]

Mingəçevirdə 600 nəfərə qurban payı verilib

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ictimaiyyət nümayəndələri ilə görüşdə Qurban Bayramı münasibətilə mingəçevirliləri təbrik edib. 28 iyun 2023-cü ildə qurbankəsmə mərasimi zamanı başçı 600 Qarabağ qazisi, şəhid ailəsi və imkansız şəxs üçün qurban payı verildiyini açıqlayıb. İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş plan əsasında bu il üçün 500 nəfərə qurban payını verməyi yerli bələdiyyə […]

İcra başçısının müavini “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub

2023-cü il iyun ayının 23-də Mingəçevirdə Dövlət qulluqçuları peşə bayramını qeyd ediblər. Onlar Heydər Əliyevin abidəsinin ziyarət etdikdən sonra şəhər İcra Hakimiyyətinin konfrans zalına toplaşıblar. İH başçısı İlham İsmayılov dövlət qulluqçularının üzərinə düşən məsuliyyətdən danışıb, prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan İHB-nın Şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadovanı təbrik edib. […]

“Azərsu” Mingəçevirdə tullantı sularını təmizləyən qurğunu hələ də inşa etməyib

2023-cü il iyun ayının 21-də Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. Iclasda aşağıdakı məsələlər müzakirə olunub: Şəhərdə içməli su təminatı və kanalizasiya xidmətinin mövcud vəziyyəti barədə Sukanal idarəsinin hesabatı. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi və Mənzil Kommunal Təsərrüfatı Kombinatı tərəfindən balansında olan yaşayış binalarının saxlanması və aparılan təmir işlərinin vəziyyəti haqqında. […]

Bələdiyyə Xətai küçəsində park saldı

Mingəçevir Bələdiyyəsinin maliyyə dəstəyi ilə şəhərin Ş.İ.Xətai küçəsində yeni istirahət məkanı salınıb. 1 hektara yaxın boş ərazidə quruculuq işlərinə 2023-cü ilin may ayının əvvəlindən başlanıb. Qısa müddətdə 9 oturacaq və 2 söhbətgah quraşdırılıb. 650 kvadratmetr sahəyə tamet plitə döşənib, bordürlər düzülüb. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi parka 150-yə yaxın ağac tingi və gül kolları, o […]

Zirzəmilər kanalizasiya suları ilə dolur, parkda gəzənlər skuterlərdən zədə alır

29 aprel 2023-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Şuranın sədri Fərman Nəbiyev nəzərə çatdırıb ki, uzun müddətdir “Azərişıq” ASC-nin regional şəbəkəsinin rəhbərliyi ilə sahibkarları narahat edən məsələlər müzakirə olunur və müsbət irəliləyiş əldə edilib: “Biz şəbəkənin baş mühəndisi Elbrus Əliyevi yanımıza dəvət etdik. O da şikayətçilərin haqlı olduğunu etiraf […]

Başçı məmurlardan şəffaf olmalarını tələb etdi

Aprelin 25-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Şuranın növbəti iclasına ictimaiyyət nümayəndələri də dəvət edilib. İH başçısı İlham İsmayılovun dediklərindən məlum olub ki, bütün dövlət qurumları KİV, sosial şəbəkələr və İctimai Nəzarət Şurası ilə əməkdaşlıq şəraitində çalışmalıdırlar:   “Baxmayaraq ki, İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar şəhərdə davamlı abadlıq-quruculuq işləri aparır, amma bununla bağlı əhalinin maarifləndirilməsi […]

Oguz rayon təhsil sektoru, yerli mətbuat və korrupsiya bəhanəsi

Şəhərimizin mərkəzi küçəsinin kənarında yerləşən Oğuz rayon Təhsil sektorunun binasının qarşısından tez-tez keçməli oluram. Neçə aydır ki, hər dəfə buradan ötəndə ayaq saxlayıb binanın qapısının yanına vurulmuş göstərici lövhəni oxuyur, onun aylar ötməsinə baxmayaraq dəyişdirilməməsinə, üzərindəki yazıların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncam və Fərmanına  uyğun yazılmamasına görə təəccüblənir və təəssüflənirəm. Gəlin o lövhənin […]