Browsing category

Yerli Qurumlar

Elman Lələyev “Tərəqqi” medalına, İlham İsmayılov isə “Fəxri diplom”a layiq görüldülər

İyunun 23-də Mingəçevirin  dövlət qulluqçuları Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzdükdən sonra şəhər İcra Hakimiyyətinə gəliblər. İH başçısı Niyazi Bayramov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. O, vurğulayıb ki, bu bayram 10 il əvvəl Azərbaycan  Prezidenti  İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. Azərbaycanda müasir […]

Milli qurtuluş günü şəhərimizdə qeyd edilib

15 iyun Milli Qurtuluş günü münasibəti ilə Mingəçevir şəhərində silsilə tədbirlər keçirilib. Əsaslı şəkildə yenidən qurulan Füzuli adına parkın açılış mərasimində yüzlərlə şəhər sakini iştirak edib. Parkla tanışlıqdan məmnun qalan mingəçevirlilər bayram günündə ikiqat sevinc hissi keçirib, qayğıya görə  şəhər icra hakimiyyətinə və ölkə başçısına minnətdarlıq ediblər. Daha sonra Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə […]

İcra başçısı sakinlərlə səyyar görüş keçirib

İyunun 8-də  Mingəçevir şəhərində, Nizami küçəsindəki 12 və  10/37, Nərimanov prospektindəki  41 saylı binaların sakinləri ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səyyar görüş keçirib. Başçı yerli əhalinin problemləri ilə yaxından tanış olub və onların  aradan qaldırılması üçün aidiyyatı orqanlara tapşırıqlarını verib. Görüşdə  şəhərdə davam etdirilən quruculuq işlərinin əhəmiyyəti yüksək qiymətləndirilib. Bildirilib ki,bir neçə […]

Başçı yeni körpələri ziyarət etdi, uşaqların teatrdakı tamaşasına qatıldı

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin Mərkəzi Xəstəxanasında olub. Başçı yeni doğulmuş körpələrin analarına övladlarının doğum haqqında şəhadətnamələrini təqdim edib, . valideynlərə vətənə, torpağa layiqli,  gələcəyimizin fəxri olacaq övladlar yetişdirilməyi arzu edib. Başçı bildirib ki, uşaqları sevmək qorumaq hər kəsin borcudur: “Çünki uşaqlar bizim gələcəyimizdir”. […]

Mingəçevirlilər Heydər Əliyevin Azərbaycan üçün xidmətlərindən danışıblar

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü şərəfinə ümumşəhər tədbirinə  Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı nümyəndələri ümummilli liderin abidəsinin ziyarətilə başlayıblar. Bundan sonra onun adını daşıyan mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən filmi izləyiblər. Mərkəzdə “Heydər Əliyev- müstəqil Azərbaycan dövlətinin banısi, Azərbaycan xalqının əbədi lideri” mövzusunda təşkil olunan elmi-nəzəri konfransda   Mingəçevir […]

Səyyar görüşdə qaldırılan problemlərə başçı necə reaksiya verdi?

Novruz bayramı ərəfəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin “Tərəvəzçilik sovxozu” adlanan yaşayış massivinin bir qrup sakini ilə səyyar görüş keçirib. Görüş ərazidəki 5 nömrəli orta məktəbin idman zalında baş tutub. Sakinlər onları narahat edən məsələlər barədə şəhər rəhbərinə məlumat veriblər. Onlar əsasən torpaq sahələri və fərdi evlərin sənədləşdirilməsi ilə bağlı çətinliklərlə üzləşmələrindən, qonşular […]

İcra başçısı şəhərdə suyun qiymətinin aşağı salınacağına tərəddüd etmir

2015-ci İl ərzində şəhərin sənaye müəssisələrində 264,7 milyon manatlıq məhsul hazırlanıb ki, bu da əvvəlki illə müqayisədə 17,3 faiz artım deməkdir.  Azərbaycan İES-də 7,4 milyard,  “Mingəçevir  SES silsiləsi” MMC-də  451 milyon kilovatsaat elektrik enerjisi istehsal olunub. Sənaye müəssisələrində çalışanların sayı ötən ilin sonuna 3027 nəfər olub ki,  onlardan da 591 nəfəri özəl sektorun payına düşür. […]

YAP ŞT-nın yaranmasından 23 il ötdü

YAP Mingəçevir şəhər təşkilatı yaranmasının 23 illiyi qeyd olunub.  Tədbirdən əvvəl partiya üzvləri şəhər ictimaiyəti ilə birlikdə Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, öz ehtiramlarını bildiriblər. Şəhər təşkilatının sədri Cavanşir Yusubov məsləkdaşlarını bu ələmətdat gün münasibəti ilə təbrik edib, ötən dövr ərzində görülən işlərdən danışıb. O, qeyd edib ki, hazırda ŞT-nın 59 ərazi təşkilatında […]

Eyyub Rəşidov rəisi olduğu MMC-ni təhvil vermək istəməsə də…

Fevralın 13-də Mingəçevir Şəhər İcra Hakimiyyəti  başçısı  onun  10 fevral 2016-cı il tarixli sərəncamı ilə  ləğv olunan “Fərdi Yaşayış Sahələrinə Xidmət  İdarəsi” MMC-nin keçmiş kollektivi ilə görüşüb. Başçı bildirib ki,  Hesablama Palatasının kollegiyası həmin idarənin yaradılması və ona büdcə vəsaitlərinin verilməsini hələ 2 il qabaq  qeyri-qanuni  addım kimi dəyərləndirib. İH başçısı Niyazi Bayramov deyib ki, […]

Mingəçevirdə İcra Hakimiyyətinin başçısı yerli sahibkarlarla birgə onları narahat edən məsələləri müzakirə edib

Yanvarın 21-də Mingəçevirdəki sahibkarlarla görüşən İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  onlara dəstək olacağından, eyni zamanda manatın məzənnəsinin düşməsindən istifadə edərək, bəzi işbazların qiymətləri süni şəkildə artırmasına yol verilməyəcəyindən danışıb: “Şəhər İcra Hakimiyyəti bununla bağlı ciddi tədbirlər görür”. Şəhər prokuroru Azad Qarayev işbazların, dələduzların vəziyyətdən istifadə etmələrinin qarşısının ciddi sürətdə alındığını söyləyib: “Bərdə çörək” və “Kür çörək” […]