Browsing category

Yerli Qurumlar

Məhəllələrin işıqlandırılmasına, ağacların suvarılmasına başçı necə kömək edə bilər?

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  iyunun 19-da 3 saylı orta məktəbin iclas zalında D.Əliyeva, M.Vəli.Vidadi, S.Vurğun küçələrinin sakinləri, şəhər ictimaiyyəti nümayəndələri, idarə, müəssisə rəhbərləri və KİV təmsilçiləri ilə görüşüb. Başçı davamlı səyyar görüşlərin ölkə prezidentinin tapşırığı ilə keçirildiyini, əhalini narahat edən problemlərin öyrənilib həll edilməsi və şəhər sakinlərinin təkliflərinin nəzərdən keçirilməsi baxımından bu […]

“Polietilen paketlərə yox deyək!”

Mingəçevirdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi aksiya əhalinin sıx hərəkətdə olduğu alış-veriş məkanlarında gerçəkləşdirilib. Aksiyada Mingəçevir  Dövlət Universitetinin tələbələrindən ibarət  gənc könüllü ekoloqlar da fəal şəkildə iştirak edib. “Polietilen paketlərə yox deyək!” aksiyası maarifləndirmə xarakteri daşıyıb. Aksiya zamanı könüllülər və  ekoloq mütəxəssislər alış-veriş edən […]

Mingəçevirdə Milli Qurtuluş günü

İyunun 14-də Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına həsr olunan elmi-nəzəri konfrans keçirib. YAP şəhər təşkilatının akt zalında baş tutan konfransı Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açıb. Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə yenidən qayıdışı ilə bağlı fikirlərini açıqlayan başçı qeyd edib ki, […]

Günəşli yaşayış massivində su-kanalizasiya sistemi yararsız vəziyyətdədir

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Günəşli yaşayış massivində yerləşən 20 nömrəli tam orta məktəbdə təşkil edilib. Başçı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizdə və şəhərimizdə həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlərdən danışıb. Şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirən sakinlər qarşılaşdıqları problemləri də diqqətə çatdırıblar. Vurğulanıb ki, […]

Başçı Günəş küçəsində

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Günəş küçəsindəki X.Şuşinski adına mədəniyyət evində mayın 29-da baş tutub. Başçı ölkə prezidenti İlham Əliyevin  tapşırığına əsasən keçirilən səyyar görüşlərin  sakinlərin problem və çətinliklərini, fikir və təkliflərini öyrənmək məqsədi daşıdığını,  regionlarda həyata keçirilən  iqtisadi inkişaf proqramı çərçivəsində Mingəçevirdə  ardıcıl layihələrin reallaşdığını və davam etdirildiyini […]

Sağ sahildə yaşayanları nələr narahat edir?

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mayın 22-də sağ sahil yaşayış massivindəki Koroğlu 23, 25, Mehdi Hüseyn 12 və Nəcəf Bəy Vəzirov 16 saylı ünvanlarda yaşayan sakinlərlə görüşüb. Başçı ölkədə həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlərdən, şəhərdə aparılan abadlıq-quruculuq işlərindən danışıb: “Hazırda şəhərin sağ və sol sahillərindəki məhəllələrdə, Energetiklər qəsəbəsində böyük quruculuq işləri həyata keçirilir. […]

Başçıya 9 saylı məktəbdə nə dedilər?

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 9 nömrəli orta məktəbin akt zalında Sabir küçəsindəki 1, 3, 6, Şəhriyar küçəsindəki 3, 4, A.Məmmədov küçəsindəki 16, 20 Yanvar küçəsindəki 13 saylı binaların sakinləri ilə görüşüb. Ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatların öz bəhrəsini verməsindən bəhs edən başçı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində reallaşan layihələrin […]

Xocalı şəhidləri anıldı

Fevralın 26-da Mingəçevirdəki Şəhidlər Xiyabanında Xocalı faciəsinin 27-ci ildönümünün anım mərasimi keçirilib. Şəhidlərin ruhuna dua verildikdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edib. O, diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xocalılar öz talelərinin ən ağır, acılı anlarını yaşayıb, çünki onlara və bütövlükdə insanlığa qarşı ən qəddar, amansız terror hadisələrindən […]

7615 nəfər YAP üzvü 61 ərazi təşkilatında birləşib

Fevralın 13-də YAP Mingəçevir şəhər təşkilatının yaradılmasının 26 illiyi qeyd edilib. Tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gələrək, xatirəsini yad etdikdən sonra Heydər Əliyev Mərkəzində yığıncağa toplaşıblar. Təşkilatın sədri Cavanşir Yusubov bildirib ki, 13 fevral 1993-cü ildə təsis yığıncağı keçirilib: “Bu gün 7615 nəfər üzvümüz  61 ərazi təşkilatında birləşib. Təkcə keçən il sıralarımıza 229 nəfər […]

Gürcüstanın Azərbaycandakı baş konsulu Mingəçevirdə səfərdə olub

Gürcüstanın Azərbaycandakı baş konsulu Mamuka Balavadze Mingəçevir şəhərinə səfər edib. Səfər çərçivəsində  gürcüstanlı konsul Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb. Tanışlıq məqsədi ilə keçirilən görüşdə  icra başçısı şəhərin tarixi və inkişafı, turizm imkanları və əsas sənaye istiqamətləri barədə məlumat verib. Görüş səmimi və işgüzar şəraitdə keçib.