Browsing category

Yerli Qurumlar

10 saylı məktəbdə başçıya nə dedilər?

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun sakinlərlə növbəti görüşü noyabrın 11-də 10 saylı məktəbin akt zalında keçirilib. Başçı ölkədə və şəhərdə aparılan işlər, yeni layihələr barədə danışıb. Bildirib ki, A.Qurbani küçəsində,  uzun illər zir-zibil içində olan ərazi indi nümunəvi istirahət yerinə çevrilib və belə yerlərin şəhərin bütün massivlərində yaradılması nəzərdə tutulub. Şəhərdəki 465 çoxmənzilli […]

Növbəti könüllülər dəstəsi sertifikat aldı

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  könüllülük fəaliyyətini bitirmiş gənclərə noyabrın 29-da sertifikatlarını təqdim edib.  Başçı ölkəmizdə könüllülük hərəkatının inkişafından söz açıb, ölkə Prezidenti  İlham Əliyevin könüllülük hərəkatına göstərdiyi diqqətdən danışıb və könüllülərə qazandıqları  təcrübəni iş həyatlarında uğurla tətbiq etmələrini arzulayıb. Könüllülər çıxış edərək, təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini,  İcra Hakimiyyəti aparatının kollektivi […]

Energetiklər qəsəbəsi səliqə-sahmanı ilə şəhərin sol sahilindən geri qalmır

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov noyabrın 27-də Energetiklər qəsəbəsində,  8 saylı məktəbin akt zalında sakinlərlə görüşüb. Qəsəbə sakinləri başçının mütamadi olaraq  qəsəbəyə gəlməsi və qaldırılan problemləri həll etməsindən məmnunluqlarını bildirib. Onlar diqqətə çatdırıblar ki, qəsəbə səliqə-sahmanı ilə şəhərin sol sahilindən geri qalmır. Belə ki, ərazidə məhəllələr abadlaşıb, yollara asfalt örtüyü çəkilib, dayanacaq quraşdırılıb, […]

Şura iclasında 4 məsələ müzakirə olundu

Noyabrın 21-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İH başçısı İlham İsmayılov öncə Mingəçevir şəhərinə yeni təyin olunan prokuror Camalov Elmar Heybət oğlunu və polis rəisi Qasımov Hikmət Ağababa oğlunu ictimaiyyət nümayəndələrinə təqdim edib. İclasda İHB-nın müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri  Məhluqə Cavadova Mingəçevir şəhərinin 2019-cu ilin 9 ayında sosial-iqtisadi […]

Mingəçevirin nümunəvi şəhərə çevrilməsi üçün davamlı işlər aparılır

Noyabrın 20-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 12 saylı məktəbin akt zalında növbəti səyyar görüşünü keçirib. Ölkədə və şəhərdə aparılan işlərdən danışan başçı bu gün Mingəçevirdə əsas iki qlobal problemin olduğunu vurğulayıb:  “Binaların istilik sisteminin bərpası və yaşıllıqların suvarılması ilə bağlı məsələlər artıq Prezident Administrasiyası və Nazirlər Kabineti, digər mərkəzi qurumlar səviyyəsində qaldırılııb. […]

Abadlaşan kənar məhəllələrin problemləri hələ ki, bitmir

Bu gün Mingəçevir yaşayış səviyyəsinə görə varlı və kasıb məhəllələrə bölünür. Daha imkanlı ailələr şəhərin mərkəzində məskunlaşıblar. Həmin ərazilər yol, işıqlanma və s. sarıdan daha abaddır. Son 1 ildə şəhərin kənar yerlərində də davamlı abadllaşma işləri aparılır. Məsələn, Energetiklər qəsəbəsində, Toxucular, Aydın Məmmədov küçələrindəki  massivlərdə nümunəvi məhəllələr salınır. Binalarda dam örtüyü yenilənir, qapılar qoyulur,  pəncərələrə […]

“Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının təminatçısıdır”

Noyabrın 12-də Mingəçevirdə, Heydər Əliyev Mərkəzində  yerli İcra Hakimiyyəti və YAP ŞT “Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının təminatçısıdır” mövzusunda elmi-nəzəri konfrans təşkil edib.  Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açılış nitqində bildirib ki, Əsas Qanununuz bəşəri və humanist dəyərləri, eyni zamanda xalqın iradəsini özündə ifadə edir. Konfransda bir neçə maraqlı məruzə dinlənilib. YAP Şəhər […]

Çilinin ölkəmizdəki səfiri ilk səfərini Mingəçevirə edib

Çilinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Qabriel Xara   Mingəçevir şəhərində səfərdə olub.  O, öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla  görüşüb.  Başçı  qonağı Azərbaycanın energetiklər, turizm  və sənaye şəhəri olan Mingəçevirdə görməkdən məmnun olduğunu bildirib, ona şəhərin tarixi, mədəniyyəti, sənaye potensialı,  eyni zamanda turizm bölgəsinə çevrilməsi barədə məlumat verib. Səfir Mingəçevir şəhəri […]

71 ilin işığında

Noyabrın 11-də Mingəçevir şəhərinin 71 yaşı olub. Son günlərin bayramları ilə üst-üstə düşən şəhər günü fərqli ampulada keçirilib. Belə ki, prospekt, küçə və məhəllələrdə təmizlik və abadlıq işləri görülüb, şəhərin bir çox yerlərində bayraqlar, insanların diqqətini cəlb edən lövhə və plakatlar asılıb. Bayramın təşkil edildiyi Teatr meydanı isə çox fərqli və özünəməxsus şəkildə bəzədilib. Dünən […]

Sakinlər istilik problemini dilə gətirdilər

Mingəçevir Şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü noyabrın 6-da şəhərin Nizami küçəsindəki 12 saylı ünvanda baş tutub. Başçı bildirib ki, ayrı-ayrı məhəllələrdə görüşlər davam edir, bu gün də burada yaşayanları dinləmək arzusundadır, onlardan təkliflər gözləyir. Görüş iştirakçıları görülən işləri təqdir ediblər. Bildiriblər ki, Nizami küçəsində səliqə-səhman yaradılıb, binaların dam örtükləri dəyişdirilib, […]