Browsing category

Yerli Qurumlar

İ.İsmayılov: “Sadəcə bütün problemləri bir gündə həll etmək mümkün deyil”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yanvarın 29-da Statistika İdarəsinin iclas salonunda Nərimanov və Nizami küçələrinin sakinləri ilə görüşüb. Ölkədə aparılan islahatlardan, eyni zamanda şəhərdə görülən işlərdən danışan başçı bu şəhərin 2020-ci ildə daha böyük uğurlara imza atacağını vurğulayıb. Mingəçevir Dövlət Dram Teatrının aktyoru Aydın Quliyev dam örtüklərinin dəyişdirilməsindən razılıq edib: “Biz 5-ci mərtəbədə […]

İlham İsmayılov: “O ki qaldı Mərkəzi bazarın ətrafında yaranmış xoşagəlməz vəziyyətə, buna son qoyulmalıdır”

Yanvarın 24-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi  üzrə Nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabatı dinlənilib. Geniş ictimaiyyət nümayəndələrinin iştirakilə 7 saylı məktəbin iclas salonunda baş tutan tədbirdə ərazi nümayəndəsi Faiq Mustafayev hesabat verib (hesabat dərc olunur). Məruzə ətrafında sakinlərdən İbrahim Ələkbərov, Akif Heydərov, […]

1 saylı nümayəndəliyin hesabatında hansı məsələlər qaldırldı?

Yanvarın 23-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi  üzrə Nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabatı dinlənilib. Geniş ictimaiyyət nümayəndələrinin iştirakilə Mingəçevir Bələdiyyəsinin iclas salonunda baş tutan tədbirdə ərazi nümayəndəsi Rizvan Mikayıllı hesabat verib (hesabat dərc olunur). Məruzə ətrafında şəhərin fəal sakinlərindən Allahverdi Əliyev, Mehman […]

İlk Şura iclasında ciddi narahatlıq doğuran məqamlar diqqətə çatdırıldı

Yanvarın 17-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın ilk iclası keçirilib. İclasda Şuranın və İcra Hakimiyyəti başçısı aparatının 2020-ci il üzrə perspektiv iş planı təsdiq edilib. İH-nin başçısı İlham İsmayılov 2019-cu ildə olduğu kimi 2020-ci ildə də tədbirlər planında 41 məsələ nəzərdə tutulduğunu bildirib. İHB yanında yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın 2019-cu ildəki […]

Mingəçevirdə gənc mədəniyyət işçilərinin könüllülər qrupu yaradılıb

Yanvarın 13-də Heydər Əliyev Mərkəzində “Mədəniyyətimizdə, cəmiyyətdə və sosial şəbəkələrdə gənc könüllülərin rolu” adlı dəyirmi masa keçirilib. Bərdə Regional Mədəniyyət İdarəsi və onun Mingəçevir şəhər Nümayəndəliyinin təşkil etdiyi tədbir gənc mədəniyyət işçilərinin kreativ qrupunun və mədəniyyət könüllülərin iştirakilə baş tutub. Tədbiri Heydər Əliyev Mərkəzinin direktor əvəzi  Tutu Xanlarova, “Zəmanətimiz-Nəticəmizdir” kompüter kurslarının rəhbəri Emil Xanlarov, Mingəçevir […]

Anam xahiş elədi ki, sözünü başçıya çatdırım…

Jurnalist olduğumdan şəhərdə keçirilən əksər tədbirlərə dəvət alıram. Hamısında iştirak etməyə həvəsim və zamanım çatmasa da, çalışıram ki, informasiya əldə etmək üçün kənarda qalmayım. Yanvarın 8-də İcra Hakimiyyəti  başçısının 11 saylı məktəbdə sağ sahil qəsəbəsinin sakinləri ilə görüşünə isə getməyə bilməzdim. Bunun səbəbini bir azdan izah edəcəyəm. Bu, başçının 2020-ci ildə sakinlərlə ilk görüşüydü, son […]

İcra Hakimiyyəti başçısı Uşaq Nevroloji Sanatoriyasını ziyarət edib

Dekabrın 30-da Mingəçevir Uşaq Nevroloji Sanatoriyasının balaca sakinlərini Mingəçevir  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ziyarət edib. Başçı qayğıya ehtiyacı olan uşaqlara salamlarını çatdırıb, can sağlığı arzulayıb. Mingəçevir şəhər Mərkəzi  Xəstəxanasının baş həkimi Eldar Kərimov da balaca fidanların sevincinə şərik olub. Uşaqlar bir neçə saat ərzində qonaqlarla birgə əylənib, bayramın keyfini çıxarıblar. Onların şəninə şux mahnılar […]

İcra başçısı birinci qrup Qarabağ əlilinə evini isitmək üçün yardım göstərdi

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dekabrın 29-da müharibə veteranlarının, eyni zamanda tənha qocaların ziyarətinə gəlib, onlara qarşıdakı bayramlar münasibətilə ərzaq bağlamalarını hədiyyə edib. Böyük Vətən Müharibəsi veteranı, 99 yaşlı Baba Əliyevin evinə gələn başçı veteranın səhhəti ilə maraqlanıb, ona can sağlığı arzulayıb və 100 yaşının şəhər səviyyəsində qeyd olunacağını deyib. Birinci qrup Qarabağ […]

2019-cu il icra başçısının yaddaşında necə qalıb?

Şəhər sakinlərini Dünya Azərbaycanılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2019-cu ilə nəzər salıb, respublikamızın və şəhərimizin həyatında yadda qalan məqamlara toxunub. O, xüsusilə vurğulayıb ki, Heydər Əliyevin başladığı və inkişaf etdirdiyi işlər onun siyasi varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun […]

Mingəçevirdə Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Mingəçevirdə ulu öndərin anın günü qeyd edilib. Hökumət və ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, şəhər sakinləri Heydər Əliyevin abidəsi önünə gələrək, ona ehtiramlarını bildiriblər.  Gülqoyma mərasimindən sonra anım mərasimini iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyəini əks etdirən fotosərgi ilə tanış olub və onun barəsində filmi izləyiblər. Şəhər İcra […]