Browsing category

Yerli Qurumlar

Mənzil Təsəsrrüfatı və Abadlaşdırma Müəssisəsinə yeni qurğu verildi

Yanvar ayının 17-də Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında Çin istehsalı olan kommunal təyinatlı yeni texniki avadanlıq ictimaiyyət nümayəndələrinə təqdimat olunub. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, son 3 il ərzində büdcədənkənar vəsat hesabına şəhərin kommunal xidmət müəssisələrinə 10-a yaxın yeni qurğu alınıb: “23 metr yüksəkliyədək məsafədə işləməyə imkan verən bu […]

Mingəçevirin daha yaşanabilər bir şəhər olmasına töhfə vermək üçün

Həmzəyev Faiq Məcid oğlu 12 noyabr 1962-ci ildə Mingəçevir şəhərində doğulub.  1981-1983 -ci illərdə radiotexnika qoşunları və hava hücumundan müdafiə sahəsində hərbi xidmət keçib.  1986-1989-cu illərdə Mingəçevir Baza Politexnik Texnikumunda elektrik stansiyaları şəbəkələri və sistemləri (mexanik-elektrik) ixtisası üzrə təhsil alıb. İlk dövrdə  elektrik quraşdırıcısı, kabelçi və lehimçi, kabel ustası vəzifələrində çalışıb. Sonradan peşəkar işçi kimi […]

Mingəçevir Bələdiyyəsi ötən ili necə yola saldı?

2024-cü ildə bələdiyyə 23 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 237 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 132-i icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 9-u şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 19-u maddi yardımlarla, […]

Mingəçevir İcması maarifləndirmə tədbirlərini davam etdirir

Mingəçevir İcması olaraq maarifləndirmə tədbirləri davam etdirilir. Fəaliyyət planına əsasən təlimçi Şəbnəm İslamova tərəfindən “İnsanın yaşıllıqlar aləminə təsirinin ekoloji nəticələri” və “Bərpa olunan enerji mənbələri” mövzusunda təlim təşkil olunub. Təlimin əsas məqsədi iştirakçıları ekoloji problemlər, insan fəaliyyətinin təbiətə təsiri və alternativ enerji mənbələrinin əhəmiyyəti haqqında maarifləndirmək olub. Təlim zamanı Şəbnəm İslamova insanın təbii mühitə təsirlərinin […]

Mingəçevir İcma İnkişaf Mərkəzi şəhərin ekoloji problemlərinin həlli üçün ekspertlər və gənclərlə görüş keçirib

Mingəçevir İcma İnkişaf Mərkəzinin təşəbbüsü ilə şəhərdə müxtəlif sahələrdə çalışan və müxtəlif sektorları təmsil edən şəxsləri bir araya gətirən  görüş keçirilib. Səmimi şəraitdə baş tutan görüşdə Mingəçevir İşıqları qəzetinin redaktoru, Mingəçevir Resurs Mərkəzinin piar meneceri Yeganə Nəbiyeva, Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakultəsinin Fizika və Ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova, Mingəçevir şəhər 8 saylı Regional Ekologiya […]

“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol”

2024-cü il martın 5-də Mingəçevir Gənclər Evində “Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda dəyirmi masa keçirilib. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbir torpaqlarımızın qorunması və azad olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsinin yad olunması ilə başlayıb. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunması barədə […]

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2023-cü ildəki fəaliyyəti

23 yanvar 2023-cü ildə Şura üzvləri qarşısında 2022-ci ilin hesabatı verilib. 2023-cü ilin Fəaliyyət Planına uyğun olaraq, fevral ayında əhali ilə 2 görüş keçirilib. Şura üzvləri 23 fevral 2023-cü ildə 20 Yanvar küçəsindəki 166  saylı binanın sakinləri ilə görüşüb. “Dəmir Yumruq” məhəllə komitəsinin sədri Röya Həmidova uzun illər boyu binanın zirzəmisinin kanalizasiya suları ilə dolu […]

Mingəçevirlilər üçün bol əyləncə

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü il dekabr ayının 29-da “Xarı Bülbül” şadlıq sarayında baş tutub. Öncə Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 31 […]

“Əyləncə Mərkəzi”ndə iş adamlarına attraksionlar quraşdırmaq üçün yer ayrılıb

2023-cü il noyabrın 10-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hökumət və ictimaiyyət nümayəndələri qısa müddət ərzində şəhərdə görülmüş işlərə baxış keçiriblər. Onlar öncə “Dostluq Parkı”nda salınan “Əyləncə Mərkəzi”nə baş çəkiblər. Məlum olub ki, Sanitar Təmizlik və Yaşıllaşdırma İdarəsinin gücü ilə uzun illər diqqətdən kənarda qalan ərazi nümunəvi şəkildə abadlaşdırılıb. Yeni ağaclar əkilib, köhnə […]

Sahil Parkının ərazisi 110 metr uzanacaq

2023-cü il oktyabrın 9-da Kür sahilindəki parkın genişləndirilməsiylə bağlı əraziyə baxış keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və təşkilat rəhbərləri körpünün altından keçən hissədə görülən işlərlə tanış olublar. Hazırda mövcud hissəyə tamet döşənir. Diqqətə çatdırılıb ki, işlər başa çatandan sonra Sahil Parkının ərazisi 110 metr uzanacaq. Məlum olub ki, yeni ərazidə vaxtilə nasos […]