Browsing category

Video

Video xəbərlər

FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət etdi

FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət edib. Nazirlik bir neçə sadə təhlükəsizlik qaydasını vətəndaşların diqqətinə çatdırıb: –   taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin; –   sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab […]

Goranboyda oğurluq edən keçmiş məhkumlar tutuldu

Goranboyun Boluslu kəndində oğurluq edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Məmmədov, tanışları – əvvəllər də məhkum olunmuş Qüdrət Cəfərov və Ruslan Məmmədovla qabaqcadan əlbir olaraq, yaxın qohumuna məxsus fərdi yaşayış […]

İlham Əliyevin Şuşaya səfəri

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər. Dövlətimizin başçısı festivalın açılışında çıxış etdi. Prezident […]

Güclü külək Mingəçevirdə 50-yə qədər ağacı aşırtdı

Dünən axşam saatlarından başlayan güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlara səbəb olub. APA TV-nin Mingəçevir bürosu xəbər verir ki, şəhərin Vaqif, Nəriman Nərimanov, Təbriz, Səməd Vurğun, İsmət Qayıbov, Dilarə Əliyeva və digər küçələrində, ilkin hesablamalara görə, əlliyə qədər ağac aşıb. Külək ağacları nəqliyyat vasitələrinin, yaşayış və inzibati binaların, qarajların, hasarların üstünə, yollara aşırıb. Nəticədə […]

Mingəçevir məktəblisinin “Ən yaxşı təqdimat”ı ölkə üzrə 1-ci dərəcəli diploma layiq görüldü

Təhsil Nazirliyi ümummilli liderin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinə yekun vurub. Müsabiqənin nəticələrinə əsasən, 6 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplom, 20 nəfər isə həvəsləndirici tərifnaməyə layiq görülüb. Bu barədə Təhsil naziri 27 aprel 2021-ci ildə əmr imzalayıb. Mingəçevir şəhər S.Vurğun adına 16 nömrəli tam orta məktəbin XI […]

Yumşaq səsin zənguləsi

Azərbaycan radiosunun əməkdaşı olduğum illərdə efirə gətirdiyim proqramlardan biri də “Axtarış” idi. Gənclik redaksiyasında işləyirdim deyə bu verilişə daha çox cavanları dəvət edir, onları axtarıb tapır, üstün cəhətlərindən söhbət açır, danışdırır, söz, könül mülklərinə güzər edirdim. Amma sonralar “Axtarış”in sərhədlərini bir az da genişləndirdim, istədim çağdaş gənçliyimizi həm də vaxtilə, tutaq ki, 20-30 il əvvəl […]

Mingəçevirdə aptek işçisinin mobil telefonunu əlindən alan şəxs tutulub

Mingəçevir sakininə qarşı soyğunçuluq edilib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında 2002-ci il təvəllüdlü şəhər sakini Həsənzadə Taleh Əmrah oğlu çalışdığı aptekdən evinə gedərkən tanımadığı şəxs tərəfindən saxlanılıb. Həmin şəxs T.Həsənzadəni döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Həmçinin, hadisəni törədən şəxs onun mobil telefonunu zorla əlindən alaraq ərazidən uzaqlaşıb. T.Həsənzadə xəstəxanaya yerləşdirilib. Zərərçəkənin […]

“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı 500.000-i ötüb

2021-ci ilin aprel ayında “ASAN ödəniş” sistemində açılan şəxsi kabinet sayı 500 mini ötərək ümumilikdə 500 418 şəxsi kabinet təşkil edib. Sistemdə şəxsi kabinet yaradan vətəndaş bir sıra üstünlüklər əldə edir: • Dövlət Yol Polisi tərəfindən tərtib edilən cərimələr haqqında məlumat əldə edir; • Avtomobilin texniki baxış talonu haqqında operativ məlumat əldə edir; • Texniki […]