Browsing category

Video

Video xəbərlər

Goranboy rayonunun Məşədiqaralar kəndində sahibsiz it 29 yaşlı gəncin cinsiyyət üzvünü dişləyib

APA_TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib.  Belə ki, sahibsiz it 1992 – ci il təvəllüdlü kənd sakini Qarayev Toğrul Qiyas oğlunun cinsiyyət orqanını dişləyiəyərək ona ciddi xəsarət yetirib.  Yaralı xəstəxanaya yerləşdirilib. Zərərçəkənin yaxınlarının dediyinə görə, Toğrul Qarayev kəndin mərkəzindən evə gedərkən sahibsiz it ona hücum edib. Kənd sakinləri bildirir […]

Mingəçevir su anbarında balıq ovuna nəzarət artırılıb

Mingəşevir su anbarında və Kür çayı hövzəsində mövsümün ilk günündən etibarən yalnız 5 balıqçı briqadasının balıq ovuna icazə verllib, qaydalara əməl etməyən ovçular isə məsuliyyətə cəlb olunub. APA-nın Mingəçevir bürosuna bu barədə açıqlama verən 8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Su hövzələrində bioloji resurslara nəzarət qrupunun məsləhətçi müfəttişi Natiq Mustafayev bildirib. Onun sözlərinə […]

COVID-19 pasportu “CheckApp” mobil tətbiqi ilə yoxlanılacaq

Elektron Hökumətin İnkişafı Mərkəzi  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müəyyən olunmuş qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə  “CheckApp” mobil tətbiqini yaradıb. “CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub. EHİM-dən Aydan Abasquliyevanın mi-news.az-a verdiyi məlumata görə,  tətbiq üzərindən vətəndaşın COVİD-19 pasportu aşağıdakı […]

COVİD-19-un növbəti qurbanlarından biri Nəriman Mingəçevirli oldu

Ruhun şad olsun, Nəriman Mingəçevirli! Cismən aramızda olmasan da musqili dünyan  “Səndən mənə xəbər verir”.   Tanınmış mingəçevirli müğənni Nəriman Mingəçevirli koronavirus infeksiyasına (COVID-19) yoluxma nəticəsində bu gün dünyasını dəyişib. Ölüm faktı Ağdaş Karantin Xəstəxanasında qeydə alınıb. Müğənni bir müddət idi ki,  Ağdaş Karantin Xəstəxanasında koronavirusdan müalicə alırdı. Nəriman Mingəçevirli bir neçə il əvvəl “Toylar kralı” […]

Azərbaycanın iki hərbi qulluqçusu Kəlbəcərdə yol qəzasında həlak olub – VİDEO

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə […]

Bakı-Mingəçevir marşrutu üzrə işləyən sərnişin avtobusu yanıb

Bakıdan Mingəçevirə gələn sərnişin avtobusu Yevlax rayonu ərazisində alovlanıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu saatlarda Yevlaxın Qarxun kəndi yaxınlığında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb olunub. Sərnişinlər arasında zərərçəkənin olmadığı bildirilir. Qeyd edək ki, avtobus bu gün saat 16:00-da Bakıdan Mingəçevirə yola düşüb.  

icaze.e-gov.az portalında 956 tədbir qeydiyyatdan keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icazə.e-gov.az portalında şənlik mərasimlərinin keçirilməsi məqsədilə məkan sahibləri tərəfindən 4841 əməkdaş və 956 tədbir qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçirilən tədbirlərin 336-sı Bakı şəhərinin, digərləri isə bölgələrin payına düşür. Tədbirlər 55 rayon üzrə 259 şadlıq sarayını əhatə edir. Ən […]

Şüvəlanda yerləşən Şimal-1 Elektrik Stansiyası əsaslı təmir edilib – VİDEO

20 il əvvəl istismara verilən Bakının Şüvəlan qəsəbəsində yerləşən 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının qaz turbininin rotoru dəyişdirilməklə əsaslı təmir edilib. “Azərenerji” ASC-dən verilən məlumata görə, 100 ton çəkisi olan rotor dəyişdirildikdən sonra köhnə rotor modifikasiya üçün təmirə göndəriləcək. Bundan başqa, stansiyanın sahil nasosxanasındakı nasosların və fırlanan torların dəyişdirilməsi, qazanların daxili izolyasiya örtüyünün yenilənməsi və […]

QHT-lərə Dövlət Dəstəyi Agentliyi hansı zərurətdən yarandı və ondan gözləntilərimiz nədir?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin hansı zərurətdən yarandı? ELTV-nin “İndiki zaman” verilişində bu və digər suallar ətrafında müzakirə aparıldı. İnqilab Şirinbəylinin aparıcı olduğu verilişdə yeni Agentliyin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyev və “EkoTES” İB-nin sədri Çingiz Nəzərov fikirlərini bölüşdülər.