Browsing category

Video

Video xəbərlər

Mingəçevirdə özbaşına, qanunsuz tikililərin sökülməsinə başlanıb

Mingəçevirdə qanunsuz və özbaşına tikintilərin iyulun 25-dən sökülməsinə başlanıb. İcra Hakimiyyəti başçısının sərəncamıyla özbaşına tikintilərə yol verilməməsi məqsədilə yaradılmış komissiyada Sağ sahil və AzDRES yaşayış massivləri üzrə işçi qrupunun və şəhər Bələdiyyəsinin sədri Coşqun Abdullayevin dediyinə görə, xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar hələ də məsuliyyətsiz hərəkətlərə yol verirlər: “Fazil Əzimov döngəsindəki 5 saylı evdə yaşayan Ağayev […]

Mingəçevirin mənzil mülkiyyətçilərinin Baki səfəri

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə layihə çərçivəsində növbəti tədbirini gerçəkləşdirib. Mingəçevirli mənzil mülkiyyətçilərinin bir qrupu ötən həftənin sonlarında-iyunun 8 və 9-da Bakıda təcrübə səfərində olub. Onlar paytaxtın Gəncə prospekti, 30 və 2935A, S.S.Axundov, 4 və İbrahimpaşa Dadaşov, 90 və 91 saylı ünvanlarında yaradılan 3 […]

Mingəçevirdə açıq məlumatlara dair növbəti təlim

Mingəçevir Media Mərkəzində açıq məlumatlara dair təlimlər başa çatıb. Jurnalistlər və QHT nümayəndələri Avropa İttifaqının maliyyə dəstəyilə BMT İnkişaf Proqramının Mingəçevir Valideynlər Assosiasiyası ilə birgə gerçəkləşdirdiyi layihə barədə nə düşünürlər?  

MVA “Disput”da sosial problemləri üzə çıxardı

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aztəminatlı ailələrə və məcburi köçkünlərə sosial hüquqlarla bağlı hüquqi və informasiya xidmətinin təşkili” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində MVA nəzdində hüquq kabineti açılıb.  Mingəçevir Televiziyasının “Disput” verilişində müzakirə aparılıb. İlk verilişi oxucularımızın nəzərinə çatdırırıq.

“Mingəçevirdə 100-ə qədər dializ xəstəsi var”

“Şəhərdəki tibb müəssisələrinin binalarında əsaslı təmirə ciddi ehtiyac var” “Dövlət xəstəxana və poliklinikalarında xidmət tamamilə pulsuzdur” Bu fikirləri Mingəçevir şəhər İcra hakimiyyəti başçısının 25 fevral 2013-cü il tarixli sərəncamı ilə şəhər Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunan Yusif Hüseyn oğu Quliyev müxbirimizlə söhbətində deyib. Mərkəzi xəstəxananın baş həkimi Yusif Quliyev deyir ki, səhiyyə müəssisələrinin […]

Pəncərədən baxan abidə

Yəqin ki, abidənin köhnə vəziyyəti hər birimizin yadındadır. Hazırkı vəziyyəti də göz qabağındadır. Əvvəllər şəhərin o biri başından görünən, ucalan abidə indi sanki şəhərimizə pəncərədən baxır. Əvvəllər abidənin yanından keçəndə baxmaq fikrin olmasa da insanın gözü sataşırdı. Amma indi istəsən de görmək mümkün deyil. Çünki abidənin kənarları sütunlar vasitəsi ilə hasara alınıb. Məncə, bu sütunlar […]

Balaca Cabir dünya çempionu olacaq

7 yaşlı Cabir Aslanov baxmayaraq ki, cəmi 1 ildir idmanla məşğul olur, artıq çoxlu uğurlara imza atıb. Onun nailiyyətlərini saymaqla bitməz. Ötən ilin payızında UGIM-in təşkil etdiyi açıq şəhər birinciliyində 21 kq çəki dərəcəsində 1-ci yerə çıxıb. Bundan sonra Zaqatalada Dünya Azərbaycanlılarının Həmrəylik gününə, Bərdədə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yarışlarda, nəhayət bu ilin […]

Novruz ovqatlı şəhərim

Bir neçə gündür ki, bahar bayramı münasibəti ilə Mingəçevirin küçə, park və xiyabanları bayramsayağı bəzədilib. Martın 20-də isə səhər saatlarlndan başlayaraq qara zurnanını sədaları altında atlı çaparlar yaşayış məhəllələrini gəzərək, Novruzun gəlişini müjdələyiblər. Dilarə Əlieva küçəsindən Səməd Vurğun meydanına qədər çeşidli sərgilər, Novruz personajları, milli adət-ənənələrimizin zənginliyindən soraq verən səhnələr bir-birini əvəz edib. Səməni və […]