Browsing category

Video

Video xəbərlər

Mingəçevirdə Zəfər günü

Noyabrın 8-də Mingəçevirdə Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan bayram tədbirinin iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanına gəldilər. Burada uyuyan bütün şəhidlərin, eyni zamanda itkin düşmüş hərbçilərimizin xatirəsi yad olundu. Gənc qazilər əllərində  portretlərini tutduqları şəhidlərimizin bir-bir adlarını çəkərək, uca səslə burda olduqlarını dedilər, Himnimizi ifa etdikdən sonra şəhidlərin adları yazılmış balonları havaya buraxdılar. Həmin gün şəhərdə […]

Muxtar Babayev: “Qış mövsümündə, yaz mövsümlərində yağış sularını yığaq ki, yay mövsümündə istifadə edə bilək”

Oktyabrın 22-də Mingəçevir və Ağdaşa səfər edən Ekologiya və Təbii Sərvətlər naziri M.Babayev “Mingəçevir işıqları” qəzetinə müsahibəsində bildirib ki, son illər quraqlıq artıb və bu səbəbdən də əsasən isti aylarda su çatışmazlığı baş verir, amma bu problemdə insan faktoru da mühüm rol oynayır. Məsələn, kanalların beton tikişlərinin sıradan çıxması nəticəsində sızmalar baş verir və bunun […]

Mingəçevir su hövzəsinə 100 min körpə balıq “gəldi”

Oktyabrın 22-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “İDEA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Mingəçevirdə iki, Ağdaşda isə bir maraqlı aksiya keçirilib. Bu gün səhər radələrində Lənkərandan,  balıqyetişdirmə müəssisəsindən gətirilmiş 100 min ədəd nərə, enli alın və aqamur növlü kiçik balıqlar Mingəçevir su hövzəsinə buraxılıb. Prosesdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar […]

Bakıda dəhşətli qəza: 5 ölü, 20 yaralı

Bakı Nəqliyyat Agentliyindən APA TV-yə verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan “Mercedes” markalı yük avtomobili, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin APA-ya verdiyi məlumata görə, ağır yol-nəqliyyat hadisəsi […]

Mingəçevirdə budanan ağacları poliqonda deyil, yerində zərərsizləşdirir və xammala çevirirlər

Mingəçevir İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilən məlumata görə, şəhərdə payız mövsümünün budanmasına başlanıb və bu dəfə tullantının həcmini 5 dəfədən artıq azaltmaq mümkün olub. Birliyin rəisi Şəhriyar Mustafayev “Mingəçevir işıqları” qəzetinə bildirib ki, yaz və payız budanma mövsümü ərzində şəhərdə təxminən 40 min kub metrə yaxın ağac budanır: “Əvvəlki illərdə budanmadan sonra […]

Dövlət dəstəyindən yararlanmaq istədi, 21 xəstə qoyun verdilər

Yevlax rayonunun Ərəş kənd sakini Rəbiyyə İsayeva dövlətin dəstəyindən yararlanaraq yeni bir təsərrüfat qurub, yoxsulluğun daşını biryolluq atmaq istəyi ilə Yevlax rayon Məşğulluq Mərkəzinə üz tutub. Çox çək-çevirdən sonra mərkəzin vasitəçiliyi ilə 21 baş qoyun alaraq geri kəndinə dönüb. Rəbiyyə xanımın bir gözü sevincdən gülsə də, o biri gözü narahatlıq içində döyüküb. Çünki çoxdankı arzusuna […]

Ötən il oktyabrın 4-də Mingəçevirdə 45 təsərrüfat və bir yük maşını dağıntılara məruz qalıb

Bir il öncə oktyabr ayının 4-də düşmən Mingəçevir şəhərini raket atəşinə tutdu. Düşmən öz terror cəhdini həyata keçirmək üçün axşam saatlarını seçmişdi. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, mülki obyektləri və dinc əhalini daim terror hücumuna məruz qoyan Ermənistan ordusu bu dəfə ölkənin dördüncü böyük şəhərini hədəf çevirdi. Çünki ölkənin ən böyük enerji obyekti […]

Mingəçevir sakini dələduzların toruna düşüb

Şəhər sakini Fəxri Həsənov alqı-satqı saytlarının birində özünə məxsus qarajı satması haqda elan yerləşdirib. Bundan sonra WhatsApp vasitəsi ilə onunla əlaqə saxlayan şəxs qarajı almaq istədiyini deyib. Zəng vuran Qazaxstanda olduğunu və beh vermək üçün Fəxridən kartının  nömrəsini göndərməsini bildirib. Nəticədə şəhər sakini aldadılıb. F.Həsənov deyir ki, kartlarının şəklini çəkib göndərəndən sonra telefonuna bankdan 6 […]

Elman Abuşov Vətən müharibəsinin cəsur iştirakçılarından biridir

44 günlük Vətən Müharibəsi həm də Azərbaycan xalqına özünə və gücünə daha yaxından bələd olmaq şansı yaratdı. Müharibə dövründə hətta elə oldu ki, ailənin bir neçə övladı könüllü döyüşlərə qatıldı, qəhrəmanlığı ilə hər kəsi heyran etdi. Örnək qəhrəmanlıq nümunəsindən biri də Mingəçevirli Abuşovlar ailəsidir. Zəfər döyüşlərinin cəsur iştirakçılarından biri olan Elman Abuşov ailəsinin vətənpərvər ənənələrini […]

Axtarışda olan dələduz saxlanıldı

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində dələduzluğa görə axtarışda olan şəxs tutulub. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə axtarışda olan Əziz Hüseynov saxlanılıb. Saxlanılqdıqdan sonra Əziz Hüseynovun ətrafında aparılan araşdırma zamanı digər bir vətəndaşın 1000 manat pulunu […]