Browsing category

Video

Video xəbərlər

Uşaqlar caz nümunələri ifa etdilər

Oktyabrın 5-də Mingəçevirdəki Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində Müəllim Günü qeyd olunub. Məktəbin şagirdləri müəllimlərini caz ifaları ilə təbrik ediblər. Onların arasında respublika səviyyəli müsabiqələrin diplomat və laureatları var. Məkəbin müəllimi İradə Xəlilova dedi ki, uşaqlarımız çox istedadlıdırlar: “Onlar klassik və müasir bəstəkarların əsərlərini, hətta caz janrını elə gözəl ifa edirlər ki, dinləməkdən […]

Kəlbəcər sakini: “3 əsrin kilimini evə dəyişmədim”

APA TV-nın Mingəçevir bürosunun məlumatına görə, toxuma nümunələrinin əsl özəlliyi ondan ibarətdir ki, onlar vaxtilə kəlbəcərli xanımlar tərəfindən toxunub. 1993-cü ilin aprelində doğma yurdunu məcburən tərk etmək zorunda qalan Kəlbəcər sakini Səxavət Mamedov daşınma çətinliklərinə baxmayaraq, nəsil yadigarı kimi evlərində saxlanılan iki farmaş, xalça və kilimi özü ilə bərabər Molla Bayramlı kəndindən çıxarmağı bacarıb. O […]

Mingəçevirdə mənzildən oğurluq edilib

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivində, Cəmil Əliyev küçəsi 9 a ünvanında baş verib. Beşmərtəbəli binanın birinci mərtəbəsindəki Arif Abdulkərimova məxsus mənzil qarət olunub. Axşam saat 20:00–21:00 radələrində mənzilə eyvandan daxil olan şəxs və ya şəxslər 10 min manat dəyərində qızıl-zinət əşyaları aparıb. Həmin şəxslərin tapılıb-tutulması istiqamətində əməliyyat aparılır.

Məhəllələrarası futbol və şahmat yarışlarının qalibləri mükafatlandırılıb

Oktyabrın 2-də 5 saylı MİS-in ərazisində yerləşən stadionda mini-futbol üzrə məhəllələrarası yarışın finalı keçirilib. Oyun başa çatandan sonra hər iki komandanın üzvlərinə fəxri fərman və hədiyyələr, qalibə isə kubok təqdim olunub. Eyni zamanda məhəllələrarası şahmat birinciliyinin qalibləri də mükafatlandırılıb. Mərasimə qatılan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov uşaq və gəncləri təbrik edib, onların sağlam […]

Azərbaycanca, yoxsa rusca oxuyaq?

Hazırda  Mingəçevir şəhərinin 4 ümumtəhsil məktəbində rus bölmələri fəaliyyət göstərir. Ötən dərs ili ilə müqayisədə yeni tədris ilində övladlarının rus dilində təhsil almasını arzu edən valideyinlərin sayı xeyli artıb. Bu, 3 saylı beynəlmiləl tam orta məktəbdə xüsusi ilə diqqəti cəlb edir. Məktəbin Azərbaycan böməsində hazırlıq qruplarına 4 sinif üzrə  80 müraciət qəbul olunduğu halda, cəmi […]

Ahıllar İcra Hakimiyyəti başçısına təkliflərini verdilər

Beynəlxalq Ahıllar günü münasibətilə   oktyabrın 1-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov çay süfrəsi ətrafında Mingəçevirin ilk qurucuları və ahıl sakinləri ilə görüşüb. Ölkədə və şəhərdə görülən işlərdən danışan başçı ahılları maraqlandıran məsələlərə aydınlıq gətirib. Xüsusən istilik, iş yeri, suvarılma problemlərinin həlli ilə bağlı atılan addımlardan danışıb. 100 yaşını haqlayan Baba Əliyevin təşəbbüsü ilə […]

Yevlaxda zibil yandıran sakin kəndi işıqsız qoydu

Yevlax rayonunda yanğın baş verib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Əkşəm kəndində qeydə alınıb. Həyətində təmizlik apardığı zaman tullantılardan ocaq qalayan kənd sakini ehtiyatsızlıqdan daha ciddi yanğına şərait yaradıb. Alov öncə çəpərə, oradan isə xəttinə çataraq qəzaya və güclü yanğına səbəb olub. Nəticədə kəndin böyük bir hissəsi işıqsız qalıb. Hadisə yerinə 2 […]

“Gecələr”i nəğməyə kim çevirib?

Mahir qarmon ustası kimi tanınan Zabit Sultanov tələbəlik illərindən bəstəkarlığa başlamışdı və ali məktəbi bitirdikdən sonra Mingəçevirə gələrək, burada da yaradıcılığını davam etdirirdi. Onun vəfatı ilə əlaqədar 15 dekabr 1995-ci ildə “Azərbaycan işıqları” qəzetində dərc etdirdiyi məqalədə pedaqoq Bəhram Ağalarov yazırdı ki, xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Gecələr” mahnısı ilə musiqi həvəskarlarının diqqətini cəlb […]

Su çəkildi, texnika iflic oldu, sahələr quruyur

Şirvan bölgəsinin 11 rayonunda təsərrüfat sahələrinin suvarılmasında çətinlik yaranıb. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, səbəb Mingəçevir su anbarında suyun səviyyəsinin aşağı düşməsidir. Bu da Yuxarı Şirvan kanalının ötürücülük qabiliyyətini azaldıb. Çətinlik yaranan rayonlarda ərazilərinin suvarılması da məhz bu kanal vasitəsilə həyata keçirilir. Sıxıntı əsasən yağıntı azlığı ilə izah edilir. 3400 metr məsafədən kanalın texniki […]

Uşaqların oynadığı top mərmisi… FACİƏ BAŞ VERƏ BİLƏRDİ

APA TV-nin yerli bürosunun məlumatına görə, suyun çəkilməsi üzə çıxan naməlum əşya ərazidə məskunlaşan ailələrin kiçik yaşlı övladlarının diqqətini çəkib. Hərbi sursatı tanımayan uşaqlar hətta onunla oynamağa cəhd edib. Daha sonra ərazidə məskunlaşan məcburi köçkünlər onun mərmi olduğunu görüb, dərhal aidiyyəti qurumlara zəng edib. Polis əməkdaşları və ANAMA-nın xüsusi çevik əməliyyat qrupu əraziyə cəlb olunub. […]