Browsing category

Video

Video xəbərlər

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasını və yeni seçkilərin keçirilməsini qanunauyğun hesab etdi

Dekabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna […]

“Sabahın seçimi” gənclər təşəbbüsü ən ağır mövzunu müzakirəyə çıxarıb

Education Hub-ın təşkilatçılığı ilə Azərbaycanda yaşayan gənclər üçün “İNKİŞAF ZAMANI” proqramı həyata keçirilir. Proqram  çərçivəsində reallaşan “Sabahın seçimi” gənclər təşəbbüsü son illərin ən ağrılı mövzusu olan kriminal həyat tərzinə olan maraqların yaranma səbəblərindən  və onların bu maraqlardan uzaqlaşdırılması yollarından bəhs edir. Təşəbbüs zamanı  problemin yaranma səbəbləri, habelə  yeniyetmələr arasında kriminal həyat tərzinin bir növ “trend”ə […]

“Çadır şəhərciklərindən yeni qəsəbələrə”

Noyabrın 29-da Baku Film School Prodakşn və Humaintar Tədqiqatlar İctimai Birliyinin birgə istehsal etdiyi “Çadır şəhərciklərindən yeni qəsəbələrə” adlı sənədli filmin təqdimatı keçirilib. 2019-cu ilin avqust ayından çəkilişlərinə başlanan film 1988-ci ildən Dağlıq Qarabağ münaqişəsinin başlanması, rayonların işğalı, məcburi köçkünlərin yerləşdirilməsi, onların çadırlarda çətin həyatı və yeni qəsəbələrə köçürülməsi ilə bağlı prosesləri əhatə edir. Filmin […]

Mingəçevirdə tikilən bələdiyyə bazarına baxış keçirildi

Noyabrın 21-də tikintisi başa çatdırılan Bələdiyyə bazarına baxış keçirilib. Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev,  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 25 min əhalisi olan Energetiklər qəsəbəsində belə bir bazara çoxdan ehtiyac olduğunu vurğulayıblar. Başçı vurğulayıb ki, əvvəllər də mövcud ərazidə bazar mövcud olub, lakin sonradan təyinatı dəyişdirilib: “Yadımdadır, indiki “Nərgiz” klinikasının yanında da bazar var […]

Iqtisadiyyat naziri Azərbaycanda inhisarçılığa qarşı mübarizəyə başladığını elan etdi

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən, Vergilər naziri vəzifəsindən azad edilən və İqtisadiyyat naziri təyin edilən Mikayıl Cabbarov yeni postunda ilk müsahibəsini Azərbaycan Dövlət Televiziyasının “Həftə” verilişinə verib. AZTV.AZ xəbər verir ki, nazir qurumun yeni iş prinspiplərini, hədəflərini və nazirliyə birləşdirilən digər iki qurumun – Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət […]

14 əsr əvvəlin musiqi alətlərindən ansambl yaradılıb – GORANBOYDA

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, rayonun Düzqışlaq kəndindəki musiqi məktəbində 13-14 əsr əvvəl istifadə edilən çağanaq, qoşqa rübab, qopuz, bas tar və digər alətlərə xüsusi maraq var. Müasir kamança, tar və digər alətlərin əcdadı hesab edilən bu alətlərdə şagirdlər həvəslə ifa edir. Məktəbdə artıq 24 ildir sadalanan alətlərdən ibarət ansambl fəaliyyət göstərir. Məktəbin müəllimi […]

AR Ali Sovetinin sessiyasında Müstəqillik aktının qəbulu

Humanitar Tədqiqatlar İB-nin sədri Əvəz Həsənovun təqdim etdiyi bu video ölkəmiz və millətimiz üçün çox dəyərli bir tarixi əks etdirir.  1991-ci il Oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası zamanı müstəqillik aktının qəbul olunması anını əks etdirən video görüntüləri izləyicilərimizlə paylaşırıq.  

Mingəçevir su anbarında reyd keçirildi

APA TV-nın Mingəçevir bürosunun məlumatına görə, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir polis xətt məntəqəsi ilə birgə Mingəçevir su anbarında reyd təşkil edib. Zəngin və çeşidli balıq ehtiyatları ilə tanınan su hövzəsində balıqçılığın inkişafına ciddi problem yaradan sintetik torların və digər ov alətlərinin müəyyən edilməsi məqsədilə reyd iştirakçıları xüsusi […]

Eyvandan mənzilə girdilər və 3 min manat dəyərində qızıl-zinət əşyalarını apardılar

Mingəçevirdə M.Vidadi küçəsindəki 4 saylı evin 27-ci  mənzilindən qızıl-zinət əşyaları ilə birlikdə gümüş aksesuarları da oğurlanıb. Beşmərtəbəli binanın birinci mərtəbəsində yaşayan Gülafət İbrahimovaya 3 min manat dəyərində ziyan dəyib. Zərərçəkənin dediyinə görə, ad günü qonaqlığından evlərinə qayıdarkən eyvanın pəncərələrinin açıq olduğunu görüblər: “Oğurluqdan bir neçə gün öncə mənzilimin qapısına açar salınmışdı”. Oğurluqla bağlı şəhər polis […]

Çinar xeyir-şər evinin üstünə aşdı

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi, 15 ünvanında qeydə alınıb. Qırılan budaq həyətdəki xeyir-şər evini mavi yanacaqla təmin edən qaz xəttini yarasız vəziyyətə salıb. Daha sonra isə tikilinin üstünə aşıb. Xoşbəxtlikdən hansısa qəza baş verməyib. Bundan əlavə həmin an xeyir-şər evində və ərazidə kimsənin və avtomobillərin olmaması da şansa yazılmalıdır. Ağac […]