Browsing category

Video

Video xəbərlər

Tapılan daşlaşmış qədim ağac parçasının gələcəkdə Mingəçevir Tarix Muzeyində sərgilənməsi planlaşdırılır

Mingəçevir su anbarının altında qalan ərazi zəngin fauna və floraya malik Samux vadisi kimi məşhur olub. Zaman-zaman anbarda su çəkilmələri baş verdiyi üçün yaşı qədim olan bir çox nümunələr üzə çıxır. Nəsli kəsilmiş cənub fillərinin, yaxud indiki dövrdə də yaşamaqda davam edən heyvan növlərinin skletlərinin daşlaşmış hissələri ərazinin maraqlı keçmişindən xəbər verir. Bu günlərdə isə […]

Dövlət dəstəyindən yararlanan mingəçevirli fermer özünə təsərrüfat qurub

Mingəçevirli fermer dövlət yardımı sayəsində Avstriya Smental cins iribuynuzlu heyvan təsərrüfatını genişləndirməyə nail olub. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, gənc fermer Tural Abdullayev köhnə Mingəçevir kəndi adlanan ərazidə adətən şəhər mühiti üçün o qədər də xarakterik olmayan iri heyvandarlıq təsərrüfatı yaradıb. Cəmi iki baş Avstriya Smental cins iribuynuzlu heyvanla təsərrüfat yaratmağa başlayan fermer qısa […]

Avtobuslarda və mağazalarda tibbi maskadan istifadə etməyən şəxslər müəyyənləşdi

Bu gün Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda reyd keçirib və tibbi maskadan istifadə etməyən şəxsləri müəyyənləşdirib. Şəhərdaxili marşrut avtobuslarında fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyənlərə karantin rejiminin qaydaları izah olunub, barələrində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol yazılıb və cərimə tətbiq edilib. Reyd mağazalarda da davam etdirilib. Burada […]

Yaşayış yerini icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olundu, çimərliklərə icazə verildi

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunmuşdur. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə […]

Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında […]

Mingəçevirli aprel şəhidlərinin ailələri Mehriban Əliyevaya minnətdarlıq edirlər

“Mingəçevirli aprel şəhidlərinin ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması haqqında verdiyi göstərişə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik”. Bu sözləri APA TV-nin yerli bürosuna açıqlamasında 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Teymur Qasımovun anası Gülnarə Qasımova deyib. Onun sözlərinə görə, hazırda yaşadıqları ikiotaqlı mənzil 1948-ci ildə tikilib. Gülnarə Qasımova bildirib ki, üç övladından ikisinin aprel […]

8103 SMS icazə sisteminin fəaliyyəti 16 inzibati ərazidə davam edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi 8103 SMS icazə sistemi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Mingəçevir, Goranboy və Göygöl şəhərləri, Bərdə, Samux, Siyəzən, Şəki və Xaçmaz rayonları daxil olmaqla, Bakı, Sumqayıt, […]

İyulun 5-dən Mingəçevirdə də xüsusi karantin rejimi tətbiq olunacaq

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Bununla bağlı Nazirlər Kabineti iyulun 3-də qərar verib. Eyni zamanda  COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, […]