Browsing category
Video xəbərlər
Sentyabrın 27-də ermənilərin ölkəmizin sərhəd bölgələrinin müxtəlif istiqamətlərdən silahlı hücuma məruz qalması nətisəcində dövlətimiz qurbanlar verib, mülki əhali arasında da ölənlər və yaralananlar var. Düşmənin hər bir həmləsi zamanı Azərbaycan itkilərə məruz qalır. Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq, əllərindən gələni edəcək və […]
30 ilə yaxındır ki, Azərbaycan xalqı erməni şovinistlərinin silahlı hücumlarına məruz qalıb. Torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Bu həqiqətləri dünya birliyi bilir. İllərdir danışıqlar aparılsa da düşmən işğal etdiyi torpaqlardan qeyd şərtsiz çıxmaq istəmir. Ermənistan bu dəfə açıq müharibəyə başlayıb. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri […]
Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb. Ermənistan qoşunlarının məhv edilən, eləcə də ərazidə qalan hərbi texnikalarının video görüntülərini təqdim edirik.
Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllim kollektivi 18 sentyabr – Milli Musiqi Günü münasibətilə sənədli film çəkib. Film dünya şöhrətli azərbaycanlı bəstəkar, dramaturq, pedaqoq, Azərbaycan milli musiqisinin inkişafında misilsiz xidmətləri olan ictimai xadim Üzeyir Hacıbəylinin həyat və fəaliyyətinə həsr olunub. Sənədli filmin ərsəyə gəlməsində məktəbin müəllimləri iştirak […]
Sosial sahibkarlıq konsepsiyası cəmiyyətdə bərabərlik, inkluzivlik kimi dəyərləri təbliğ və təşviq edən yanaşma kimi tanınır. Sosial sahibkarlıq və təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Azərbaycanda ilk dəfə Sosial sahibkarların fəaliyyətiilə daha yaxından tanış olmaq və onların hekayələrindən bəhs edən “Paylaşılan Uğur” adlı filmi hazırlanıb. Filmin çəkilişlərini “Post Vision” media qrupu həyata keçirib. Film bu sahədə […]
Mingəçevirdə iri qovaq ağacı yola aşıb. APA-TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevirin girişində baş verib. Gözlənilmədən yola aşan iri və yaşlı qovaq ağacı dəmir işıqlanma dirəyinə çırpılaraq onu də yerə yıxıb. Baş verən hadisə şəhərin əsas və ona bitişik giriş küçəsində nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerinə aidiyyəti […]
Yevlağın Əkşəm kəndini sel basıb. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, səhər saatlarından etibarən Əkşəm kəndinə yağan aramsız yağış fəsadlar yaradıb. Gülövşə- Əkşəm su kanalı, eləcə də kəndin daxili su arxının daşması selə yol açıb. Kənd arası yolları, həyətləri, məktəbi və digər təsərrüfatları su basıb. Sel kənd sakini Duman İsmayılovun həyətyanı daş hasarının bir hissəsini […]
Su polisi Mingəçevir su anbarı ərazisində qanunsuz balıq ovu üçün nəzərdə tutulan sintetik torlar aşkar edib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsi əməkdaşları Mingəçevir Su Anbarı hövzəsində qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə reyd keçirib. “Xanabad körfəzi”ndə və “Ayı buxtası”nda aparılan reyd zamanı qanunsuz balıq ovu üçün […]