Browsing category

Video

Video xəbərlər

Bərdəni atəşə tutan “Smerç” məhv edilib

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib. Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib. Müdafiə Nazirliyi qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü təqdim edib.

“Heç vaxt Azərbaycan ərazisində ikinci ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək”

Azərbaycanın işğal altında qalan torpaqlarını geri alması məqsədi ilə düşmən dövlətin hücumlarına adekvat cavab verərək məğlubiyyətə uğratması dünyanın diqqət mərkəzindədir. Sabah bir ayı tamam olacaq Vətən müharibəsi uğrunda döyüşlərdə Azərbaycan Ordusu böyük qələbələr əldə etmiş, bir cox şəhər, qəsəbə və kəndləri azad edərək Azərbaycan Bayrağını həmin ərazilərdə göylərə ucaltmışdır. Bütün bunlar xalqımızı qürurlandırır, dövlətimizin başçısına […]

Erməni terroru bu gün Bərdədə 31 nəfərin həyatını əlindən aldı

Bu gün oktyabrın 28-də saat 13 radələrində Ermənistan tərəfdən Bərdənin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazilər raket atəşlərinə məruz qalıb. Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri şəhərə “Smerç” yaylım atəşli reaktiv sistemindən atəş açıb.  Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına  görə, düşmənin törətdiyi terror nəticəsində 21 nəfər həlak olub, […]

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində 4 dinc sakin həlak olub

Oktyabrın 27-də növbəti dəfə humanitar atəşkəsi pozan Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Bərdə rayonunun Qarayüsifli kəndi ərazisində yaşayış məntəqəsinə düşüb.  Nəticədə dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 13 nəfər isə xəsarət alıb.  

İlham Əliyev: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib. Prezident İlham […]

Azərbaycan Prezidenti Amerika auditoriyasına nəyin nəyə görə baş verdiyini və gələcəkdə nələri görmək istəyimizi izah edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. – Sabahınız xeyir. – Sizin də sabahınız xeyir. – Mən 30 il Avropada işləmişəm. Mən heç vaxt Sizin ölkənizdə olmamışam. Buna görə təəssüflənirəm. Bu səhvi gələcək aylarda səfər etməklə düzəltməli olacağam. – Ümid edirəm ki, gələcəkdə bizi də ziyarət etmək üçün […]