Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” müsabiqəsinin “Gənc İstedad” qrant istiqaməti üzrə qalib olmuş “ART LİNE” layihəsi uğurla yekunlaşdı.
“ART- LİNE” layihəsinin rəhbəri Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Nərgiz Rüstəmova layihənin faydalılığından danışıb. Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək həmçinin, onların yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, dil biliklərini, natiqlik qabiliyyətlərini və özünü ifadə bacarıqlarını yüksəltmək məqsədi ilə hazırlanan layihənin məqsədinə çatdığını bildirib. Belə ki, layihəyə cəlb olunan gənclər bir neçə bədii əsərləri birlikdə mütaliyə […]