Browsing category

Uncategorized

Qəbələdə qız şagirdlərinin idman festivalı başa çatıb

Qəbələdə qız şagirdlərinin idman festivalı başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Qəbələ qız şagirdlərinin idman festivalı” layihəsinin bağlanış tədbiri keçirilib. Bağlanış tədbirində çıxış edən layihə rəhbəri Vüsal Abdullayev qonaqlara layihə haqqında geniş məlumat verib. Bağlanış mərasimində təhsil və gənclərlə bağlı layihələr üzrə ekspert Etiram Sadıqzadə, Qəbələ şəhər təhsil sektorunun […]

Müasir Şagirdə Müasir yanaşma layihəsi uğurla yekunlaşdı

“Müasir şagirdə müasir yanaşma” layihəsi  Oğuz şəhər Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü Liseydə uğurla həyata keçirilib. Bağlanış tədbirində Layihə rəhbəri Təranə Zəkəriyyəyeva 5 ay davam edən layihədə mentorların şagirdlərin intellekt düşüncəsinə, dünya görüşünə uyğun hazırladıqları təlim paketi çərçivəsində şagirdlərə”fiziki və psixi inkişafı”, ” idrak proseslərinin inkişafı”, “ailədaxili münasibətlər və rollar” , “məktəblinin şəxsiyyətinin formalaşması xüsusiyyətləri”, […]

Region gəncləri Xocalı abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər

Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin 32-ci ildönümündə yad etmək məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsi müxtəlif mövzulu anım tədbirləri həyata keçiriblər.  Tədbirlər region gənclərinin Xocalı abidəsini və Şəhidlər xiyabanını ziyarət etməsi ilə başlayıb. Gənclər vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin […]

Mingəçevirdə 2023-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ayrı-ayrı sahələrinin əsas göstəriciləri

Bitkiçilik. 2023-cü ilin məhsulu üçün şəhər üzrə 175,0 hektar kənd təsərrüfatı bitkiləri əkilmiş, ondan 109,0 hektarını dənli, paxlı və yağlı bitkilər (54,0 hektar arpa, 55,0 hektar günəbaxan dəni), 12,0 hektarını tərəvəz, 5,0 hektarını kartof və 49,0 hektarını isə çoxillik otlar təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 1,4 faiz az […]

2023-cü ilin 9 ayında Mingəçevir şəhərində tikinti sahəsinin göstəriciləri

2023-cü ilin yanvar-sentyabr ayları ərzində şəhərdə 161 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 14 ev və ya 9,5 faiz çox olmuşdur. 2023-cü ilin yanvar-sentyabr aylarında istifadəyə verilmiş fərdi evlərin ümumi sahəsi 17695,0 kv.metr, yaşayış sahəsi isə 9251,5 kv.metrdir. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq fərdi evlərin […]

Mingəçevir şəhər 12 saylı Şəfa körpələr evində “Anım Günü” tədbiri keçirilib

27 sentyabr 2020- ci ildə başlanan Vətən müharibəsini canları bahasına qazanan Şəhidlərimizin Anım Günü Mingəçevir şəhər 12 saylı Şəfa körpələr evində qeyd olunub.  Azərbaycanın 30 illik Qarabağ həsrətinə son qoyan müharibənin qəhrəmanları bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə iştirak edən Mingəçevir Şəhidləri Məmişov Nurlan, Seyidov Şahmar, Əliyev Elman, Xankişiyev Fuad, Ağakişiyev İlkinin anaları çıxış edərək, […]

MDU-da birinci kurs magistrantlarla görüş keçirilib

2023-cü il sentyabrın 22-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2023/2024-cü tədris ilində bu ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olunmuş birinci kurs magistrantlarla görüşüb. Magistrant adını qazanmaları münasibətilə gəncləri təbrik edən Ş.Bayramov ali təhsillərini növbəti səviyyədə davam etdirmələri üçün MDU-nu seçdiklərinə görə onlara təşəkkürünü bildirib. Universitetdə keçirilən çoxsaylı nəzəri və praktiki təlim, seminar […]

MDU-da ilk dərs Ümummilli Liderimizə həsr olunub

Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin ilk dərsi müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunub. Bununla əlaqədar olaraq, 2023-cü il sentyabrın 15-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bu ali təhsil müəssisəsinə yeni […]

Mingəçevir Dövlət Universitetində “Bilik Günü” qeyd edilib

2023-cü il sentyabrın 15-də Mingəçevir Dövlət Universitetində (MDU) “Bilik günü” tədbiri keçirilib. Universitetin həyətində təşkil olunan təntənəli tədbirdə şəhid ailəsi üzvləri, MDU-nun akademik və inzibati heyəti, tələbələr, magistrantlar və onların valideynləri ilə yanaşı, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər qonaqlar iştirak ediblər. Əvvəlcə, ümummilli lider Heydər Əliyevin […]

Uçan dənizlər

Uşaqların diqqətini hərdən təbiətə yönəldin, çünki təbiəti tanımasalar onu sevməzlər, sevməsələr qorumayacaqlar, qorumasalar isə onu məhv edənlərə heç bir zaman etiraz etməyəcəklər. Bu isə onların sağlamlığını, gələcəyini məhv edəcəkdir. Torpaq, su, hava, meşələr insanların həyatı üçün çox önəmlidir və bunu uşaqlar da anlamalıdırlar.