Browsing category

Təqvim

Möhtəşəm üçrəngli Dövlət Bayrağımız meydana gətirildi

Mingəçevirdə noyabrın 9-da Bayraq günü maraqlı anlarla  yadda qalıb. Gənclərin,  ictimaiyyət fəallarının iştirakı ilə Heydər Əliyevmeydanından Bayraq Meydanınadək yürüş keçirilib. Yürüşün sonunda eni 7, uzunluğu 14 metr olan möhtəşəm üçrəngli Dövlət Bayrağımız meydana gətirilib. Şəhərin idmançıları yürüş boyu  bayrağı başlar üzərində daşıyıblar. Əli bayraqlı digər həmyaşıdları onları müşayiət edib. Bayraq meydanında Azərbaycanın Dövlət Himni səsləndirilib, […]

Mingəçevir Bələdiyyəsinin üzvləri şəhərin qurucuları ilə çay süfrəsi ətrafında bir araya gəlib

Mingəçevirlilər üçün qarşıdan iki möhtəşəm bayram günləri yaxınlaşır: 9 Noyabr – Dövlət Bayrağı günü və 11 Noyabr-Mingəçevir şəhərinin 70 illiyi. Hər iki bayrama şəhərdə böyük hazırlıq gedir, müəssisə və təşkilatlarda müxtəlif tədbirlər keçirilir. Məhz bu məqsədlə Mingəçevir Bələdiyyəsinin üzvləri şəhərin qurucuları ilə çay süfrəsi ətrafında bir araya gəliblər. Bələdiyyə sədri Coşqun Abdullayev onları Dövlət Bayrağı […]

Nəsib Bayramoğludan Mingəçevirə hədiyyə

Nəsib Bayramoğlu 53 ildir ki, Mingəçevirdə yaşayıb yaradır. O, 1965-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatla bu şəhərə gəlib. Uzun illər partiya, sovet orqanlarında, 12 il isə şəhər bələdiyyəsində çalışıb. 12 bədii, tarixi və publisistik kitab yazıb. Bir neçə gün əvvəl çapdan çıxan “Yazdım, yazdılar” adlı kitabı da onun özünə-məxsus yaradıcılığının davamıdır. Yeni kitabda […]

MTK-da müstəqilliyimizin 27-ci ildönümü qeyd olunub

MTK-da müstəqilliyimizin 27-ci ildönümü qeyd olunub   Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümü Mingəçevir Turizm Kollecinin foyesində videoçarxın nümayişi ilə başlayıb. Daha sonra kollecin ideoloji mərkəzində Heydər Əliyevin həyat və fəaliyyətilə bağlı məqamları özündə əks etdirən filmə baxış keçirilib

GƏLİN İNSAN ALVERİNƏ BİRLİKDƏ “YOX” DEYƏK!

BMqT müvafiq fəaliyyəti çərçivəsində ötən illər olduğu kimi, bu il də İnsan alverinə qarşı Beynəlxalq Mübarizə Gününü Azərbaycan Hökuməti ilə birlikdə qeyd etməyi nəzərdə tutur və bu məqsədlə, maarifləndirmə xarakterli kampaniya çərçivəsində insan alveri ilə bağlı məlumatlılığın artırılması məqsədi daşıyan bukletlərin və plastik su şüşələrinin ölkənin müxtəlif yerlərində paylanılması planlaşdırılır.  30 iyul 2018-ci il tarixində […]

GİZ Mediada gender hüququ ilə bağlı təlim təşkil edir

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində 25-27 May 2018-ci il tarixdə Xaçmaz şəhərində „Mediada gender hüququ: cəmiyyətdə gender balansın təşviq edilməsində medianın rolu“ mövzusunda  jurnalistlər üçün 2 günlük seminar keçirəcəkdir  Seminarda iştirakla bağlı müraciət (CV ilə) üçün son tarix: 17 May 2018-ci il  Ətraflı məlumat almaq üçün GIZ-in layihə ofisinə müraciət etmək […]

AZƏRBAYCAN QADINLARI: 100 İLLİK YOL JURNALİSTLƏR ÜÇÜN MEDİA MÜSABİQƏSİ

MÖVZULAR Azərbaycanda qadın insan haqlarının son 100 ildəki durumun öyrənilməsi, gender bərabərliyi mövzusunda de-juri və de-facto vəziyyətin araşdırılması, qadınların fundamental hüquq və azadlıqlarının təbliğ olunmasına dair jurnalistlər arasında aşağıdakı mövzular üzrə MEDİA MÜSABİQƏSİ elan edilir: 1.JURNALİST  BAXIŞI:  “Azərbaycanda qadınların insan haqları sahəsindəki uğurları: 100 ildəki (1918-2018) de-juri və de-facto vəziyyət” 2.JURNALİST    BAXIŞI: “100 ildə (1918-2018) […]

Regiondakı jurnalistlər üçün Data Jurnalistika təlimi və müsabiqə

Data Jurnalistika bir çətir terminidir, daim çoxalmaqda olan alətlər dəstini, metodları və nəql etməyə yanaşmaları əhatə edir. Buraya ənənəvi kompüter dəstəkli hesabat vermə, mənbə kimi istifadə edilən məlumatın əyaniləşdirilməsi və xəbər tətbiqinin ən kəskin sahələri daxildir.  Peşəkar media mənsublarının hadisələri geniş auditoriyaya çatdırmaqda data jurnalistikadan istifadə etmələri artıq reallığa çevrilib. Bəs ənənəvi jurnalistika ilə məşğul olan […]

“Mingəçevir işıqları” qəzetinin 70 illik yubileyi keçiriləcək

28 fevral 2018-ci ildə  “Mingəçevir işıqları” qəzetinin 70 ilik yubileyi qeyd olunacaq.  İctimaiyyət nümayəndələrinin iştirakilə baş tutacaq tədbirə dövlət qurumları və Azərbaycan Mətbuat Şurası rəhbərlərinin qatılacağı gözlənilir. Mərasim  Mingəçevir Dövlət Universitetinin konfrans zalında  saat 16.00-da başlayacaq.

“Azərbaycan regionlarında yeniyetmələrin inkişafı” proqramına komanda yığımına start verildi

Proqram “İnformasiya texnologiyaların effektiv istifadəsi”, “Sosial sahibkarlıq və sosial biznes”, “Təhsil və karyera”, “Sağlam həyat” və başqa müxtəlif mövzuları əhatə edəcəkdir. Proqram 6 həftə ərzində müxtəlif regionları davam edəcək və 13-19 yaş arası yeniyetmələrin iştirakı nəzərdə tutulub. Siz hər biriniz bu geniş və Azərbaycan regionların sağlam gəncliyini təmin edə biləcək gələcəydə bir rol oynaya bilərsiniz! […]