Browsing category

Təqvim

Xəzər Universitetində Avropa Ittifaqının institusional monitorinqi keçiriləcək

26-27 noyabr 2019-cu il tarixində Xəzər Universitetində Avropa Ittifaqının institusional monitorinqi keçiriləcəkdir. İnstitusional monitorinqdə indiyə qədər Xəzər Universitetinin koordinatorluğu ilə həyata keçirilmiş və ya Xəzər Universitetinin tərəfdaş olduğu Erasmus+ layihələrinə yenidən baxış olacaqdır. Layihələri həyata keçirən məsul şəxslər bitmiş layihələrin nəticələri və təsirləri, hazırda davam edən layihələrin mövcud vəziyyəti, yeni yazılmış layihələr üzrə gələcək planlar […]

Nazir müavininin qəbuluna düşmək istəyənlərin nəzərinə!

Əziz mingəçevirlilər, Daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərsiniz. Mingəçevir şəhər sakinlərinin qəbulu 23 noyabr 2013-cü il tarixdə Göyçay rayon polis şöbəsində Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru cənab Seyfulla Əzimov tərəfindən keçiriləcəkdir. Qəbul üçün elan olunan gündən noyabr ayının 13-dək Mingəçevir şəhər […]

Avropa İttifaqı mədəni irs festivalı keçirəcək

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi 1-15 noyabr 2019-cu il tarixlərində Bakıda, Gəncədə və Qəbələnin Nic kəndində 2-ci “Fantazia” mədəni irs festivalı keçirəcək. Məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “FANTAZİA” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival “Şərq Tərəfdaşlığı”nın 10 illik yubileyi ilə üst-üstə düşür. Festival, Avropa İttifaqına […]

Avropa İttifaqı və Azərbaycan Bakıda Tvinninq layihələrini müzakirə edirlər

10 oktyabr 2019-cu il tarixində Avropa İttifaqı və Azərbaycan arasında Tvinninq  layihələrini müzakirə etmək üçün Bakıda dəyirmi masa keçiriləcək.  Avropa Komissiyasının  Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbərləri  cənab Vasilis Maraqos və xanım Diana Yablonskanın başçılıq etdiyi nümayəndə heyətinin, həmçinin Azərbaycan rəsmilərinin qatıldığı tədbirə Azərbaycanın  İqtisadiyyat Nazirliyi ev sahibliyi edəcək. Dəyirmi masanın keçirilməsində […]

Kövrək anların fotoları

1iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 21-il bundan əvvəl , 1 iyun 1998-ci ildə şəhid balaları öz bayram günlərində doğma Qarabağımızın  ərazi  bütövlüyü  uğurunda  canlarından  keçərək, şəhidlik zirvəsinə ucalmış atalarının məzarlarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına  gəldilər. Qısa, lakin şərəfli bir ömür yaşayaraq əbədiyyətə qovuşmuş, hər birimizə örnək olan Kişilərin övladları! Niyə bu foto mənə bu qədər […]

MDU-da Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı növbəti tədbir tələbə və magistrantların iştirakı ilə baş tutub

İlin əvvəlindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Universitetində silsilə tədbirlər keçirilib. Növbəti tədbir isə dekabrın 7-də isə tələbə və magistrantların iştirakı ilə baş tutub. Konfransı giriş sözü ilə universitetin rektoru Akif Hacıyev açıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil […]

“Mavi Röya”da peyğəmbərin mövludundan və əxlaqından danışıldı

Sonuncu peyğəmbərin dünyaya gəlişindən əvvəl və sonra milyardlarla insan anadan olub və vəfat edib. Amma peyğəmbərin mövludu tam fərqli bir hadisədir. Böyük Yaradanın insanlara son elçisini göndərməsi ilə bəşərin ən yeni tarixinin yazılmasına başlanıb. Adəm, Nuh, İbrahim, Musa, İsa kimi peyğəmbərlərin misilsiz zəhməti və səyi ilə yetişən din Məhəmməd (s.a.v.) tərəfindən cilalanaraq, Adəm övladlarına çatdırılıb. […]

MDU-da əlamətdar günlər, silsilə tədbirlər

MDU Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyevin verdiyi məlumata görə, 17 Noyabr  Beynəlxalq Tələbə və Milli Dirçəliş günləri münasibəti ilə universitetin akt zalında tələbələrin özləri tərəfindən hazırlanan ssenari üzrə bayram konserti baş tutub. Tədbirin aparıcıları Şəmsiyyə Şəmsəddinova və Nicat Fərəcov professor-müəllim və tələbələrə təbriklərini çatdırıb, universitetin beynəlxalq əlaqələr sektorunun xəttilə 2019-cu ilin fevralından Erasmus+ proqramı ilə […]

“Müstəqilliyimiz ən böyük sərvətimizdir”

Yeni Azərbaycan Partiyasının  şəhər təşkilatı yerli İcra Hakimiyyəti  ilə birgə  YAP ŞT-nın qərargahında 17 Noyabr-Milli Dirçəliş günü ilə bağlı toplantı keçirib.  Çıxışlarda milli azadlıq hərəkatı, onu doğuran səbəblər və hərəkatın məntiqi yekunları barədə ətraflı söhbət açılıb. Qeyd olunub ki, SSRİ dağılan ərəfədə işğala, təqibə və hədələrə qarşı yumruq kimi birləşən Azərbaycan xalqının iradəsi dünyanı lərzəyə […]

MTK-da İcra Hakimiyyəti ilə birgə Konstitusiya günü qeyd edilib

Mingəçevir Turizm Kollecində mili Konstitusiya günü münasibətilə silsilə tədbirlər keçirilib. İnaşa və rəsm müsabiqələri təşkil olunub, fənn komissiyalarında və dəyrimi masa ətrafında pedaoq və tələbələrin iştirakı ilə fəal müzakirələr aparılıb. Təbirlərlər silsiləsi “Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” adlı elmi-nəzəri konfransla yekunlaşıb. Konfrans öncəsi tədbir iştirakçıları kollecin foyesində əlamətdar milli tarixi təqvim münasibətilə […]