2021-ci ilin yanvar-sentyabr ayları ərzində Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Sənaye müəssisələri tərəfindən 2021-ci ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə 258243,8 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 7,2 faizi emal sektorunda, 91,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda […]