Browsing category

Mingəçevir Şəhər Statistika İdarəsi

2018-ci ilin 9 ayı ərzində Mingəçevirdə dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri kommunal xidmətlər.

İlkin hesablamalara görə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində şəhərdə büdcədən maliyyələşdirilən istehlakçılar tərəfindən natura ifadəsində 5314,0 min kVt.saat elektrik enerjisi, 1327,8 Qkalori istilik enerjisi, 488,0 min kub m. təbii qaz, 165,2 min kub m. sudan istifadə edilmişdir ki, bu da 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə natura ifadəsində istifadə edilən elektrik enerjisinin 28,6 faiz, istilik […]

01 oktyabr 2018-ci il tarixinə Mingəçevirdə demoqrafik vəziyyət.

2018-ci il oktyabr ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Əhali statistikası şöbəsinin ilkin məlumatlarına əsasən şəhərin daimi əhalisinin sayı (məcburi köçkünlər istisna olmaqla) 105078 nəfər olmuşdur. 2018-ci ilin yanvar-sentyabr aylarında əhalinin ümumi artımı 515 nəfər olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 111 nəfər və ya 17,7 faiz azdır. 2018-ci […]

Mingəçevir şəhəri üzrə məşğulluq və işsizlik, pensiya təminatı və açılmış yeni iş yerləri (2018-ci ilin yanvar-sentyabr)

     Məşğulluq və işsizlik Məşğulluq xidmətləri tərəfindən Respublikada rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2018-ci ilin oktyabr ayının 1-nə 34760 nəfər olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz və ya 2012 nəfər az deməkdir. Ölkə üzrə həmin tarixə rəsmi işsiz statusu verilmiş cəmi şəxslərin sayından 2,8 faiz və ya […]

Mingəçevir şəhəri üzrə istehlak qiymətlərinin və xidmət tariflərinin indeksləri (2018-ci ilin yanvar-sentyabr)

Hazırkı şəraitdə inflyasiya prosesinin öyrənilməsində istehlak qiymətlərinin dəyişməsi indekslərinin hesablanması vacibdir. Mingəçevir şəhəri üzrə istehlak qiymətlərinin və xidmət tariflərinin indeksləri  2018-ci ilin yanvar-sentyabr 2017-ci ilin yanvar-sentyabr aylarına nisbətən dəyişməsini qrafik təsvirdən görmək olar. Göründüyü kimi cari ilin yanvar-sentyabr aylarında keçən ilin yanvar-sentyabr ayları ilə müqayisədə cəmi istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,9 faiz bahalaşmışdır. […]

2018-ci ilin yanvar-sentyabr aylarında Mingəçevirdə məhsul bazarı, ictimai iaşə və əhaliyə göstərilən ödənişli xidmətlərin əsas göstəriciləri.

   Məhsul bazarı 2018-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində cəmi istehlak malları satışının 46,7 faizi və ya 123180,5 min manatı ərzaq malları, 53,3 faizi və ya 140376,8 min manatı isə qeyri ərzaq mallarının payına düşmüşdür. Cari ilin yanvar-sentyabr ayları ərzində əsas fəaliyyəti pərakəndə ticarət olan şəbəkələrdən 14433,7 min manatlıq əmtəə satılmışdır ki, bu da […]

2018-ci ilin 9 ayında Mingəçevirdə nəqliyyat, informasiya və rabitə sahələrinin əsas göstəriciləri

Nəqliyyat Şəhərdə hava və su nəqliyyatı olmadığından əsasən avtomobil nəqliyyatından istifadə olunur. Şəhərin nəqliyyat müəssisə və təşkilatlarında (fiziki şəxslər də daxil edilməklə) 2018-ci ilin yanvar-sentyabr aylarında göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə ümumi həcmi 3734,3 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,1 min manat və ya […]

Cari ilin yanvar-sentyabr ayında Mingəçevir şəhərində tikinti sahəsində görülmüş işlər.

2018-ci ilin yanvar-sentyabr aylarında 9388,3 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 7050,2 min manatı və ya 75,1 faizi dövlət, 2338,1 min manatı və ya 24,9 faizi isə qeyri-dövlət sektorunun payına düşür. 2018-ci ilin yanvar-sentyabr aylarında şəhərdə əsas kapitala cəmi 35971,8 min manat investisiya yönəldilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə […]

2018-ci ilin 9 ayında Mingəçevirdə sənayenin əsas göstəriciləri.

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha […]

2018-ci ilin yanvar-sentyabr aylarında Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Sənaye müəssisələri tərəfindən 2018-ci ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə 219396,7 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma sektorunda, 2,9 faizi emal sektorunda, 95,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,6 faizi isə su təchizatı, tullantıların […]