34 yaşlı gənc iş yerində faciəvi şəkildə ölüb
Azərbaycan İstilik Elektrik Stansiyasında bədbəxt hadisə baş verib. Belə ki, stansiyanın işçisi Sənan Yəhyayev 6000 kvt-lıq transformatora düşərək, yanıb. Onun həyatını xilas etmək mümkün olmayıb. 1985-ci il təvəllüdlü Mingəçevir sakininin azyaşlı uşaqları vardı.