Browsing category

Son xəbərlər

Oxuculara siyasi xəbərlər, iqtisadiyyat, cəmiyyət, idman xəbərləri, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən son xeberler operativ şəkildə Azərbaycan dillərində teqdim olunur.

Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin qatarı istifadəyə verilir

Azərbaycan Dəmir Yolları (ADY) ilk dəfə olaraq regiondaxili marşrut üzrə müasir elektrik qatarları ilə sərnişin daşımalarına başlayır. Sentyabrın 28-dən etibarən Gəncə–Mingəçevir–Ağstafa istiqamətində hər gün iki dəfə qatar reysləri təşkil olunacaq. Qrafikə əsasən, səhər saat 05:45-də Gəncədən yola düşən qatar 06:57-də Mingəçevirə, 07:15-də isə Gəncə–Ağstafa istiqamətinə hərəkət edərək 09:48-də Ağstafaya çatacaq. Günün ikinci reysi isə 16:00-da […]

Bakıdan Ağdama Yeni Avtobus Xidməti Başlayır

Sentyabrın 26-dan etibarən Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq. Bu addım “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşayan vətəndaşların rahat və keyfiyyətli nəqliyyatla təmin olunması məqsədini daşıyır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və marşrut üzrə son dayanacaq Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi olacaq. Aralıq dayanacaq isə Quzanlı qəsəbəsi təyin […]

Ukrayna PUA-ları Rusiyada ciddi dağıntılara səbəb oldu

Sentyabrın 11-dən 12-nə keçən gecə Rusiyanın bir sıra bölgələrində partlayış səsləri eşidilib. Rusiya yerli hakimiyyət orqanları bildirir ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumu hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf olunub. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko açıqlayıb ki, gecə saatlarında Ukrayna PUA-ları Rusiyanın ən böyük neft yükləmə limanı “Primorsk”a hücum edib və gəmilərdən birində […]

Azərbaycanda süni yağış layihəsi gündəmdə

Azərbaycanda su ehtiyatlarının artırılması və su qıtlığının qarşısının alınması üçün yeni yanaşma – süni yağış texnologiyasının tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə bir neçə pilot layihənin reallaşdırılması planlaşdırılıb. 2025-ci ilin sonuna qədər layihənin texniki-iqtisadi əsaslandırılması və sənədləşməsi tamamlanacaq. 2026-cı ildə pilot ərazilər müəyyənləşdiriləcək, 2027-ci ildə isə havadan su əldə olunmasına dair ilk sınaq layihəsi icra ediləcək. […]

Türkiyədə media qalmaqalı: İki telekanalın fəaliyyətinə məhdudiyyət qoyuldu

Türkiyədə “Can” Holdinqin rəhbərləri Mehmet Şakir Can, Kamal Can və Kənan Tekdağ da daxil olmaqla 10 nəfər Küçükçekmece Prokurorluğunun göstərişi ilə saxlanılıb. Onlara qarşı “cinayətkar dəstə yaratmaq”, “qaçaqmalçılıq”, “fırıldaqçılıq” və “çirkli pulların yuyulması” ittihamları irəli sürülüb. İstintaq çərçivəsində holdinqə məxsus bir sıra şirkətlər, eləcə də “Habertürk” və “Show TV” telekanallarına həbs qoyularaq Əmanətlərin Sığortalanması Fonduna […]

Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) imtahanı ödənişli olacaq

Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanın ödənişli olması nəzərdə tutulub. Məsələ ilə bağlı müzakirələr aparılıb və yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək. İmtahanın qiyməti hələlik açıqlanmayıb, lakin bəzi həssas qruplara aid şəxslərin ödənişdən azad ediləcəyi bildirilir. Rəsmi açıqlama hələ verilməyib. Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı və təhsil üzrə tədqiqatçı Elmin Nuri hesab edir ki, bu […]

Nepalda siyasi böhran dərinləşdi

Nepalda hökumətin sosial mediaya qoyduğu məhdudiyyətlər kütləvi etirazlara səbəb olub və nəticədə baş nazir istefa verib. Məlumatı “Reuters” yayıb. “India Today”in xəbərinə görə, yüksək vəzifəli şəxslərin təxliyəsi üçün baş nazirin Bhaisepati iqamətgahından Tribhuvan hava limanına onlarla helikopter göndərilib. Xatırladaq ki, sentyabrın 7-də hökumət “Facebook”, “Instagram” və “YouTube” daxil olmaqla 26 sosial platformaya girişin məhdudlaşdırılması barədə […]

Cəbhədə gərginlik artır

Rusiya və Ukrayna orduları cəbhənin müxtəlif istiqamətlərində intensiv döyüşlər aparır. Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirir ki, Ukrayna qüvvələri Sumi vilayətində irəliləyiş əldə edib, Rusiya isə Donetsk vilayətində hücumlarını gücləndirib. Məlumata görə, Ukrayna ordusu Suminin şimal-qərbində yerləşən Bezsalovka kəndini geri alıb, rus qoşunları isə uzun döyüşlərdən sonra Yunaqovkanı nəzarətə götürüb. Sərhəd xətti boyunca toqquşmalar davam edir. […]

İzmirdə polis idarəsinə silahlı hücum

Türkiyənin İzmir şəhərində polis idarəsinə hücum edilib. Hadisə barədə yerli KİV-lər məlumat yayıb. Bildirilib ki, hücum zamanı iki polis əməkdaşı həlak olub, daha bir nəfər isə ağır yaralanıb. İlkin məlumatlara görə, hadisəni 16 yaşlı gənc ov tüfəngi ilə törədib. Hücumla bağlı araşdırma aparılır.

Xəbərdarlıq: Dağlıq ərazilərdə leysan və sel təhlükəsi

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 4-dən 6-dək əsasən gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Proqnoza əsasən, bəzi ərazilərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, hətta dolu düşməsi ehtimal olunur. Həmçinin çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna edilmir.