Browsing category

Son xəbərlər

Oxuculara siyasi xəbərlər, iqtisadiyyat, cəmiyyət, idman xəbərləri, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən son xeberler operativ şəkildə Azərbaycan dillərində teqdim olunur.

Ukrayna dron hücumu ilə Rusiyanın enerji infrastrukturuna zərbə endirdi

Dekabrın 12-nə keçən gecə Ukrayna qüvvələri Rusiyanın Yaroslavl şəhərində yerləşən Slavneft-YANOS neft emalı zavoduna hücum edib. Hücum nəticəsində zavodda yanğın baş verib. Rusiya sosial media qrupları yerli sakinlərə istinadla şəhərdə güclü partlayışların qeydə alındığını bildiriblər. Şahidlərin sözlərinə görə, gecə ərzində ən azı yeddi partlayış baş verib. Hücumdan əvvəl yerli qubernator Mixail Evrayev bölgədə dron həyəcanı […]

Ukrayna Xəzərdə Rusiyanın enerji obyektinə zərbə endirdi

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi əməliyyat bölməsi Rusiyanın “Lukoyl-Nijnevoljskneft” şirkətinə aid Filanovski neft hasilatı platformasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Hücum nəticəsində platformada fəaliyyət göstərən 20-dən çox quyuda neft-qaz hasilatı dayandırılıb. UNIAN xəbər agentliyi Ukrayna xüsusi xidmət orqanlarına istinadla məlumat verir ki, bu, Ukraynanın Xəzər dənizində Rusiyanın enerji infrastrukturuna yönəlmiş ilk zərbəsidir. Platformaya […]

Əmək qanunvericiliyində yenilik

Əmək müqavilələrinin bağlanması və onlara edilən dəyişikliklərdə yeni tənzimləmələr nəzərdə tutulub. Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunan qanun layihəsinə əsasən, Əmək Məcəlləsində göstərilən şərtlərdən hər hansı biri əmək müqaviləsində əks olunmasa belə, bu müqavilə tərəflərdən birinin təşəbbüsü ilə etibarsız sayılmayacaq. Mövcud qaydaya görə, belə müqavilələrin tərəflərdən biri tərəfindən yenidən tərtib edilməsinə tələblər qoyula […]

Azərbaycanın Təbrizdəki yeni Baş konsulu fəaliyyətə başlayıb

Azərbaycanın Təbriz şəhərindəki yeni Baş konsulu Taleh Zöhrabov dünəndən etibarən rəsmi şəkildə diplomatik fəaliyyətinə start verib. Bununla əlaqədar əvvəlki Baş konsul Əliyənnağı Hüseynov geri çağırılıb. Məlumatı “Azad İran” teleqram kanalı yayıb. Bildirilib ki, Taleh Zöhrabov fəaliyyətə başladığı ilk gün İran Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Azərbaycan–İran ikitərəfli münasibətləri, regional əməkdaşlığın inkişafı, […]

Türkiyəyə aid hərbi təyyarə Gürcüstanda qəzaya uğradı: 20 hərbçi həyatını itirdi

Dünən Azərbaycandan yola düşən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 20 hərbçi həlak olub. Qəza sonrası müxtəlif ölkələr və beynəlxalq təşkilatlar Türkiyəyə başsağlığı verib. Azərbaycan: Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq şəhid olan hərbçilərə Allahdan rəhmət diləyib. Gürcüstan: Prezident Mixail Kavaleşvili və […]

Saxlanılan QHT sədrləri istintaqdan sonra sərbəst buraxıldı

Bir neçə gün əvvəl saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlamaqda şübhəli bilinən bir neçə QHT sədri saxlanmışdı. Aparılan ilkin araşdırmalar nəticəsində onların izahatları alınıb və müvafiq prosessual tədbirlər başa çatdıqdan sonra sərbəst buraxılıblar. Məlumata görə, araşdırmalar zamanı bu şəxslərin fəaliyyət istiqamətləri və rəhbərlik etdikləri təşkilatların son dövrlərdəki fəaliyyəti barədə müəyyən məlumatlar dəqiqləşdirilib. […]

“Türk Hava Yolları” İrəvana uçuşlara hazırlaşır

“Türk Hava Yolları” yaxın vaxtlarda Ermənistana birbaşa uçuşlara başlayacaq. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan məlumat verib. Onun sözlərinə görə, şirkətin Ermənistan bazarına daxil olması uzun illər müzakirə mövzusu olub, lakin siyasi səbəblərə görə həyata keçirilməyib. Xandanyan bildirib ki, xüsusi nümayəndələrin son görüşlərindən sonra hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi qərara […]

Şuşada partlayıcı tələ aşkarlanıb

Şuşa rayonu, Kiçik Qaladərəsi kəndində aparılan ev təmizləmə işləri zamanı partlayıcı tələ aşkar edilib. Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, evin damında sütuna və giriş qapısına döyüş vəziyyətinə gətirilmiş 2 ədəd F-1 əl qumbarası tələ ilə quraşdırılıb. ANAMA əməkdaşları dərhal müdaxilə edərək tələ qurğularını zərərsizləşdirib və ərazinin təhlükəsizliyini təmin ediblər. Qeyd olunur ki, işğaldan azad […]

Bakcell-dən böyük sürpriz: “Porsche Cayenne” də daxil olmaqla 100-dən çox hədiyyə

İnnovasiya və sürət lideri Bakcell abunəçilərini möhtəşəm hədiyyələrlə sevindirəcək yeni lotereyaya start verib. 1 oktyabr – 31 dekabr tarixlərində keçiriləcək kampaniya çərçivəsində istifadəçilər hər gün “iPhone 17”, hər həftə “Zeekr 001”, finalda isə “Porsche Cayenne” qazanmaq imkanı əldə edəcəklər. Ümumilikdə iştirakçılara 100-dən artıq hədiyyə təqdim olunacaq. Abunəçilər Bakcell-in məhsul və xidmətlərindən istifadə etdikcə avtomatik lotereyada […]

Azərbaycanda müflisləşmə qanunu yenidən gündəmdə

Azərbaycanda “Müflisləşmə və iflas haqqında” qanun borclu şəxslərin iqtisadi vəziyyətini sabitləşdirmək və onları yenidən bazara qaytarmaq məqsədilə hazırlanıb. Lakin deputat Razi Nurullayevin sözlərinə görə, hazırkı qanun bu məqsədə tam xidmət etmir. Nurullayev Milli Məclisin plenar iclasında qeyd edib ki, iqtisadi şərait və müflisləşmə prosedurlarına olan ehtiyac zamanla dəyişib. “Qanunun digər ölkələrdəki müflisləşmə və iflas qanunları […]