Browsing category

Siyasət

Ölkəmizdə və dünyada baş verən bütün siyasi xeberler, siyasi prosesləri, yeniliklər və s. haqqda məlumatları mi-news.az informasiya agentliyinində oxuya bilərsiniz.

Gürcüstan regionda əməkdaşlıq nümunəsi göstərdi

Gürcüstan hökuməti Azərbaycandan Ermənistana yanacağın dəmir yolu ilə daşınmasını pulsuz həyata keçirəcək. Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze qərar verib. Qərara əsasən, “Gürcüstan Dəmir Yolları” SC Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə Ermənistana yanacağın birdəfəlik daşınmasını tarifsiz və ödənişsiz həyata keçirəcək. Bu barədə məlumat Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən təsdiqlənib. Qurum bildirib ki, Azərbaycan […]

Almaniya və Ermənistan yeni strateji tərəfdaşlıq gündəliyi imzaladı

Ermənistan hökuməti dekabrın 9-da Baş nazir Nikol Paşinyan və Almaniya kansleri Fridrix Merts arasında keçirilən görüşün nəticəsi olaraq imzalanmış “Ermənistan və Almaniya arasında ikitərəfli tərəfdaşlığın strateji gündəliyi” üzrə birgə bəyannamənin mətnini dərc edib. Sənəddə tərəflər aşağıdakı altı sahədə əməkdaşlıq barədə razılığa gəlib: Siyasi və diplomatik əməkdaşlıq İqtisadi və ticari əlaqələr İnkişaf və potensialın gücləndirilməsi Mədəniyyət, […]

Ermənistandan tranzit mesajı: Regional nəqliyyat xəritəsi dəyişir

Ermənistan rəhbərliyi Türkiyə ilə Azərbaycan arasında yüklərin öz ərazisindən tranzitinə yaşıl işıq yandırmağa hazır olduğunu bəyan edib.Bu barədə baş nazir Nikol Paşinyan Berlində çıxışı zamanı məlumat verib. Paşinyan xatırladıb ki, Azərbaycan artıq bu ölkədən Ermənistana yükdaşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırıb və bu addım region üçün mühüm dönüş nöqtəsi sayıla bilər. Onun sözlərinə görə, son aylarda […]

Sülh yalnız sənəddə yox, cəmiyyətdə qurulmalıdır

Qətərdə keçirilən “Doha Forumu”nda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev regionda uzunmüddətli sülhün təmin olunması üçün xalqların sülhə hazırlanmasının vacibliyini vurğulayıb. Hacıyev bildirib ki, Azərbaycan üçün müharibə mərhələsi artıq arxada qalıb və bundan sonrakı hədəf bölgədə dayanıqlı rifah və inkişafın təmin edilməsidir. Onun sözlərinə görə, Cənubi Qafqazın […]

Budapeşt sülh masası ola bilər

Rusiya və Ukrayna arasında mümkün sülh razılaşmasının Budapeştdə imzalanacağı ehtimal edilir. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib. Nazirin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında planlaşdırılan görüşün dəqiq tarixi hələlik bəlli olmasa da, tərəflər Ukrayna münaqişəsinə son qoymaq istiqamətində razılıq əldə edə bilərlər. Peter Siyarto bildirib […]

İşə qəbuldə yeni qaydalar tətbiq olunur

Xəstəxanalara işə qəbuldə nəticə əsasdır Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025″də açıqlayıb ki, xəstəxanalara işə qəbul prosesində nəticələr önəm daşıyır. O bildirib ki, işçilər sertifikasiya imtahanlarından uğursuz keçərsə, onlar ilkin mərhələdə müvəqqəti olaraq tibbi xidmətdən uzaqlaşdırılır. Növbəti imtahanda da nəticə uğursuz olarsa, onların […]

ABŞ-ın Cənubi Qafqaz strategiyası

Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun fəaliyyətinə başlanacaq. Bunu “Report”un ABŞ bürosuna Birləşmiş Ştatların Dövlət Departamentinin Mətbuat xidməti bildirib. Qurum qeyd edib ki, bu təşəbbüs iki ölkə arasında əməkdaşlığın yeni mərhələsini formalaşdırmağı hədəfləyir. “ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun nizamnaməsi regional əlaqələrin möhkəmləndirilməsi, iqtisadi investisiyaların artırılması və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi üçün hazırlanıb. Bu, ABŞ-Azərbaycan strateji tərəfdaşlığının […]

İki ölkə arasında strateji tərəfdaşlıq genişlənir

Rusiya və Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sahəsində əməkdaşlığı gücləndirir. Bu barədə Milli Məclisdə keçirilən “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında Rusiyanın Federal Məclisinin Federasiya Şurasının üzvü Nataliya Kuvşinova çıxışı zamanı məlumat verib. O, çıxışı zamanı həmçinin Xəzər dənizinin ekoloji problemlərinə toxunub və bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd […]

Ramil Həsən deputatlıq fəaliyyətini başa vurdu

Milli Məclisin deputatı Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib. Bu qərar onun Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) Baş katib seçilməsi ilə əlaqədardır. Məsələ parlamentin bu gün keçirilən iclasında elan olunub.Ramil Həsən iclasda sonuncu dəfə çıxış edərək həmkarlarına təşəkkürünü bildirib.

Düşənbədə diqqətçəkən anlar

Tacikistanın paytaxtı Düşənbədə keçirilən danışıqlardan sonra MDB ölkələri rəhbərlərinin qeyri-rəsmi görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında səmimi anlar yaşanıb. “RİA Novosti”nin məlumatına görə, görüş Tacikistan Prezidenti Emoməli Rəhmonun iqamətgahında baş tutub. Dövlət başçıları rəsmi iclasdan sonra qeyri-rəsmi mühitdə bir araya gəliblər. Prezident İlham Əliyev toplantıya ən sonda qoşulub, Vladimir […]