Browsing category

Siyasət

Ölkəmizdə və dünyada baş verən bütün siyasi xeberler, siyasi prosesləri, yeniliklər və s. haqqda məlumatları mi-news.az informasiya agentliyinində oxuya bilərsiniz.

ABŞ-dən yeni diplomatik təşəbbüs

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı Qəzza üzrə formalaşdırılması nəzərdə tutulan “Sülh Şurası”na qoşulmağa dəvət edib. Ermənistan KİV-lərinin yaydığı məlumata əsasən, bu barədə hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib. Onun sözlərinə görə, Paşinyana ünvanlanan dəvət Şurada təsisçi üzv statusu ilə iştirak imkanını nəzərdə tutur. Bildirilib ki, Ermənistanın baş naziri bu […]

Azərbaycan beynəlxalq sülh təşəbbüsünə qoşulur

Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasında təsisçi dövlət kimi iştirak etməyə razılıq verib. Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, yanvarın 16-da Donald Tramp beynəlxalq səviyyədə fəaliyyət göstərəcək Sülh Şurasının yaradıldığını açıqlayıb və bu təşəbbüsə Azərbaycanı təsisçi üzv qismində qoşulmağa dəvət edib. Rəsmi Bakı həmin dəvəti müsbət dəyərləndirərək, Şuraya təsisçi […]

Prezident İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüş keçirib. Görüş zamanı Qətər tərəfi ölkə Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə görə təşəkkürünü bildirib və öz salamlarının da […]

Prezident: Azərbaycan–Ermənistan və Türkiyə–Ermənistan prosesləri paralel gedir

Prezident İlham Əliyev bildirib ki, regional səviyyədə əldə olunan uğurlar olmadan daha geniş miqyaslı, qlobal töhfələrdən danışmaq mümkün deyil. Dövlət başçısının sözlərinə görə, hazırda Azərbaycan–Ermənistan və Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması prosesi eyni vaxtda və paralel şəkildə irəliləyir. Bu fikirləri Prezident İlham Əliyev Davosda keçirilən “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel müzakirəsi zamanı səsləndirib. Prezident vurğulayıb ki, […]

Türkiyə–Ermənistan sərhədində yeni mərhələyə hazırlıq gedir

Türkiyə Ermənistanla sərhəddə yerləşən keçid məntəqəsində hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. İğdır vilayətinin yerli idarəetmə orqanlarının açıqlamasına görə, “Alican” sərhəd-keçid məntəqəsində görülən işlərin təxminən 90 faizi tamamlanıb. Bu da yaxın perspektivdə sərhədin mərhələli şəkildə istifadəyə verilməsi ehtimalını gündəmə gətirib. Məlumata əsasən, infrastruktur və texniki hazırlıq işləri paralel şəkildə həm Türkiyənin Qaraqoyunlu rayonundakı “Alican”, həm də Ermənistanın […]

Azərbaycanla Çin Arasında Hərbi-Texniki Əməkdaşlıq Başlayıb

Azərbaycanla Çin arasında son bir il ərzində imzalanan strateji və ardınca hərtərəfli strateji tərəfdaşlıq sənədləri iki ölkə arasındakı iqtisadi və siyasi münasibətlərin inkişafına ciddi impuls verib. Bu barədə Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə danışıb. Prezident qeyd edib ki, hazırda Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dolları ötüb. Onun […]

Azərbaycanla Ermənistan arasında ticarət başlayıb

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-dan olan nümayəndə heyəti ilə görüş zamanı Azərbaycanla Ermənistan arasında artıq ticarət münasibətlərinin qurulduğunu bildirib. Dövlət başçısı əldə olunan razılaşmaların tarixi əhəmiyyət daşıdığını vurğulayaraq, bu prosesdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi qeyd edib. Prezident İlham Əliyev regional sülh gündəliyinin irəlilədilməsi istiqamətində Azərbaycanın bundan sonra da fəal mövqe sərgiləyəcəyini bildirib. Prezidentin […]

QHT-lərin beynəlxalq çağırışı

Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub ünvanlayıblar. Müraciət ABŞ-ın Lemkin İnstitutunun Ruben Vardanyan da daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərilməsi çağırışına cavab olaraq dekabrın 25-də göndərilib. Qeyd edək ki, bundan əvvəl – 2025-ci il dekabrın 23-də Azərbaycan Milli QHT Forumu […]

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Təbrik məktubunda Vladimir Putin İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi sahələrdə mühüm nailiyyətlər əldə etdiyini və beynəlxalq arenada mövqelərini ardıcıl şəkildə möhkəmləndirdiyini vurğulayıb. Rusiya Prezidenti bildirib ki, iki ölkə arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Onun sözlərinə […]

Ermənistanın xarici siyasəti

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin xarici siyasətində balans və qarşılıqlı əməkdaşlıq prinsiplərinin uğurla tətbiq olunduğunu bildirib. Paşinyan qeyd edib ki, 2025-ci il ərzində regiondakı bütün qonşu ölkələrin liderləri ilə görüşlər keçirilib, həm rəsmi, həm işgüzar səfərlər çərçivəsində təmaslar qurulub. O əlavə edib ki, işgüzar və rəsmi səfərlərlə yanaşı ayaqüstü söhbətlər də olub. “Bu il […]