Browsing category

Siyasət

Ölkəmizdə və dünyada baş verən bütün siyasi xeberler, siyasi prosesləri, yeniliklər və s. haqqda məlumatları mi-news.az informasiya agentliyinində oxuya bilərsiniz.

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ

Fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ Vitse-prezidenti Ceyms Devid Vens birgə imzalayıblar. Aşağıda Xartiyanın tam mətnini təqdim edirik. Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti: İkitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü […]

ABŞ–Azərbaycan təhlükəsizlik əməkdaşlığı genişlənir

ABŞ Xəzər dənizində Azərbaycanın ərazi sularının mühafizəsi üçün ölkəmizə yeni qayıqlar təqdim edəcək. Bu barədə Azərbaycanda rəsmi səfərdə olan ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı məlumat verib. Vens bildirib ki, bu addım Azərbaycanın dəniz təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək:“Ərazi sularınızı qorumaq səylərinizə dəstək məqsədilə Azərbaycana yeni qayıqlar verəcəyik”.

Azərbaycan–ABŞ münasibətlərində tarixi gün

Fevralın 10-da Bakıda Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərdə mühüm mərhələni ifadə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar. İmzalanma mərasimindən sonra Prezident İlham Əliyev və vitse-prezident Ceyms Devid Vens mətbuata birgə bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxışında ABŞ-la […]

İlham Əliyev: Azərbaycan Enerji Tərəfdaşlığında Güclənir

Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu ölkələrdən 10-u Avropa İttifaqının, 11-i isə NATO-nun üzvüdür. Prezident İlham Əliyev vurğulayıb ki, bu səbəbdən Azərbaycan indi əvvəlkindən daha əhəmiyyətli tərəfdaş mövqeyindədir. Dövlət başçısı ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə bildirib: “Biz bütün öhdəliklərimizə hörmətlə yanaşırıq və heç vaxt siyasi gündəliyi bizneslə qarışdırmamışıq. Bu, həm […]

Beynəlxalq iqtisadi əlaqələr

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, eləcə də “Apple”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Baker Hughes”, “Boeing Global”, “Honeywell”, “J.P. […]

ABŞ vitse-prezidenti Ceyms Vens Cənubi Qafqazda səfərdə

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bu gün İrəvana səfər edəcək, növbəti dayanacağı isə Bakı olacaq. Erməni politoloq Suren Surenyants bildirib ki, ABŞ-ın Cənubi Qafqazdakı əsas tərəfdaşı Azərbaycandır. Ekspertin sözlərinə görə, səfər çərçivəsində Bakı ilə müzakirələrin mərkəzində Zəngəzur dəhlizi, Transxəzər nəqliyyat dəhlizi və digər strateji məsələlər dayanır. Surenyants vurğulayıb ki, Ermənistan səfərdə daha çox ABŞ-ın daxili […]

ABŞ rəsmiləri Cənubi Qafqaza səfərə hazırlaşır

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqin fevralın 9-dan 11-dək Azərbaycan və Ermənistana rəsmi səfər edəcəyi bildirilib. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, səfərlər Vaşinqtonun regionda sülh prosesinə dəstək vermək niyyətinin tərkib hissəsidir. Qeyd olunur ki, səfərin əsas məqsədi ABŞ administrasiyasının sülh təşəbbüslərinin, eləcə də “Beynəlxalq […]

Azərbaycan-Pakistan Hərbi Dəniz Qüvvələri əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Pakistan İslam Respublikasına səfər edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Nəvid Əşrəf ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib və şəhid abidəsi önünə əklil qoyulub. Görüşdə tərəflər donanmalar arasındakı hazırkı əməkdaşlığı […]

Azərbaycan–BƏƏ münasibətlərində yeni mərhələ

Fevralın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, danışıqlar zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində siyasi, iqtisadi, ticarət, enerji və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Eyni zamanda […]

Tokayev Azərbaycan və Ermənistanın sülh irəliləyişini tarixi dönüş nöqtəsi adlandırdı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Zayed İnsan Qardaşlığı Mükafatı” çərçivəsində etdiyi videomüraciətdə Azərbaycan və Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunan irəliləyişi tarixi əhəmiyyətli dönüş nöqtəsi kimi dəyərləndirib. Tokayev çıxışında bildirib ki, mükafat Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın müdrik rəhbərliyini qeyd edir, qarşıdurma əvəzinə sülh, kin əvəzinə məsuliyyət və keçmiş əvəzinə gələcəyin seçilməsini […]