Browsing category

Siyasət

Ölkəmizdə və dünyada baş verən bütün siyasi xeberler, siyasi prosesləri, yeniliklər və s. haqqda məlumatları mi-news.az informasiya agentliyinində oxuya bilərsiniz.

Aleksandar Vuçiç Azərbaycana səfər edəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç 2026-cı ilin sentyabrında Azərbaycana rəsmi səfər edəcəyini açıqlayıb. Bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyev ilə Belqraddakı mətbuat konfransında bildirib. Vuçiç qeyd edib ki, səfəri çərçivəsində sentyabr ayında keçiriləcək iri beynəlxalq konfransda iştirak edəcək. Dövlət başçısı əlavə edib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan da Serbiyada təşkil olunacaq “EXPO 2027” sərgisində iştirak […]

Azərbaycan Prezidenti: Serbiyaya qaz ixracını artırmaq planlaşdırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanın energetika sahəsində Serbiya ilə əlaqələri indi çoxşaxəli formatda inkişaf edir. Prezident qeyd edib ki, bir müddət əvvəl Serbiyaya təbii qaz ixracına başlanılıb və bu gün qərara gəlinib ki, ixracın həcmi artırılsın. “İndi Serbiyaya ixrac ediləcək qazı elektrik enerjisinə çevirərək artıq […]

Azərbaycan və Serbiya İqtisadi Əməkdaşlığı Güclənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə mətbuata açıqlamasında bildirib ki, aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə yatırmağa hazırdır. Dövlət başçısı vurğulayıb ki, elektrik stansiyalarının tikintisi, yenidən qurulması və reabilitasiyası hər bir ölkənin davamlı inkişafı üçün strateji əhəmiyyət daşıyır.

Azərbaycan və Serbiya sənədlərin mübadiləsini həyata keçirdi

Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi keçirilib. Mərasim çərçivəsində bir neçə sahədə əməkdaşlıq barədə sənədlər imzalanıb: Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın kənd təsərrüfatı, meşəçilik və su təsərrüfatı naziri Dragan Glamočiç mübadilə ediblər. Qaz-turbin […]

Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan arasında sülh artıq mövcuddur

Azərbaycan Prezidenti İlham Əliyev Münxendə telekanallara verdiyi müsahibədə bu ilin yekunlarında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı mövzusuna münasibət bildirib. Dövlət başçısı bildirib:“Bu məsələ tamamilə bizdən asılı deyil. Azərbaycan tərəfi uzun illər ərzində mövqeyini Ermənistan tərəfinə çatdırıb. Ermənistanın Konstitusiyasında zəruri dəyişikliklər edildikdən sonra ertəsi gün sülh müqaviləsini imzalaya bilərik. Buna baxmayaraq, mən hesab edirəm […]

ABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətində

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfəri dünya mediasının diqqət mərkəzindədir. Səfər zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb və Azərbaycan Prezidenti İlham Əliyev Venslə birgə mətbuata bəyanat verib. Bəyanatda regional sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsi, həmçinin Azərbaycanın ərazi sularının qorunması və yeni tranzit dəhlizlərinin yaradılması planları barədə məlumat verilib. Media qurumları – […]

Prezident İlham Əliyev Ərəb Parlamentinin nümayəndə heyətini qəbul edib

Fevralın 11-də Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanın ərəb ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafında qarşılıqlı səfərlərin rolunu vurğulayıb və islam həmrəyliyinə verdiyi töhfələri, o cümlədən Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini xatırladıb. Qonaq Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyində əldə […]

Azərbaycan-İran Birgə Dövlət Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

Azərbaycan-İran Birgə Dövlət Komissiyasının növbəti iclası yaxın günlərdə Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bu görüş əməkdaşlığın bütün sahələrini genişləndirmək və mövcud layihələrin reallaşmasını sürətləndirmək məqsədini daşıyır. Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Bakıda keçirilən, İran İslam İnqilabının 47-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib. Mustafayev vurğulayıb ki, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı çərçivəsində […]

Azərbaycan və ABŞ mülki nüvə enerjisi sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə enerjisi sahəsində əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında da əks olunub. Sənəddə həmçinin bildirilir ki, tərəflər Orta Dəhliz vasitəsilə dünya bazarlarına vacib mineral ehtiyatların tranzitini asanlaşdırmaq üçün əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər.

Azərbaycan və ABŞ texnologiya sahəsində strateji tərəfdaşlığa başlayır

Azərbaycan və Amerika Birləşmiş Ştatları iqtisadi inkişafı sürətləndirmək və ikitərəfli biznes mühitini gücləndirmək məqsədilə geniş əməkdaşlığa başlayır.Bu təşəbbüs “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nda öz əksini tapıb.Sənəd çərçivəsində tərəflər süni intellekt (AI) sahəsində tərəfdaşlıqların inkişafını, rəqəmsal infrastruktur və kosmik sənaye layihələrini təşviq etməyi planlaşdırırlar. Eyni zamanda Tədqiqat və İnkişaf […]