Browsing category

Səhiyyə

Xəstəlik yaradan şirin sular

Qızmar yayda ən çox tələbat duyulan məhsul sudur. Yay günəşi yandıranda əhali susuzluqdan yanan ciyərini sərin su və sərinləşdirici içkilərlə söndürməyə çalışır. Çeşid-çeşid suları fərqinə varmadan içənlərin əksəriyyəti isə bu suların hansı fəsadlara yol açmasından bəlkə də xəbərsizdir… Dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda  ölkədə su istehlakçılarının aldadılması prosesi baş alıb gedir. Küçələrdə satılan rəngli […]

COVID-19 testindən keçən və nəticəsi neqativ olan sərnişinlər arayışı təqdim etməklə uçuşa buraxılacaqlar

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması […]

Pandemiya ilə mübarizədə də həkimlər ön xətdədir

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse prezidenti  Mehriban xanım Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Qeyd edim ki, dövlətimizin başçısının koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədi ilə bu il aprelin 7-də imzaladığı sərəncama əsasən hər biri 200 çarpayılıq olan modul tipli xəstəxanalar quraşdırılır. İlk modul tipli xəstəxana may […]

Goranboy rayonunda 5 nəfərdə koronovirusa yolxuma aşkarlanıb

Goranboyda 2256 nəfərdən koronovirusla bağlı test nümünəsi götürülüb. Onlardan 5-nin nəticəsi pozitiv çıxıb. Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşı Murov Həsənovun bildirdiyinə görə, karantin xəstəxanası elan edilən Goranboy Rayon Mərkəzi xəstəxanasına bu günə qədər müxtəlif bölgələrdən 408 xəstə gətirilib. Yoxluxma hallarının qarşının alınması üçün rayon ərazisində dizinfeksiya işləri,  həmçinin sakinlərlə marifləndirci söhbətlər aparılır.

Goranboyda daha çox Qafqaz gürzəsinə rast gəlinir

İsti iqlimi ilə seçilən Goranboyda ötən ilə nisbətən bu il ilan dişləməsi azalıb. Goranboy Rayon Xəstəxanasından verilən məlumata görə, ötən il rayon ərazisində 20-dən artıq sakini ilan sancıb. Onlar arasında vəziyyəti ağır olanlar da olub. Yay fəslində ilan vurma halları artdığından zərərçəkənlərə  zəhər əlehinə zərdabların vurulması vacibdir. Bəs xəstəxanalarda zərdablar varmı? Goranboy rayon xəstəxanasının həkimi […]

Qanını ver, başqasını xilas elə

“Mingəçevir işıqları” xəbər verir ki, irsi və qan xəstəliyi olan insanlara kömək məqsədilə aprelin 22-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov və aparatın digər işçiləri, eləcə də şəhər bələdiyyəsinin, YAP Mingəçevir şəhər təşkilatının, Heydər Əliyev Mərkəzinin əməkdaşları və Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələri qan veriblər. Regional Qan Mərkəzindən dəvət olunmuş həkim briqadası kampaniyaya […]

Koronavirus: Aİ-nin pandemiya ilə mübarizə üzrə qlobal cavab tədbirləri

8 aprel 2020-ci ildə Avropa Komissiyası və Aİ-nin Ali Nümayəndəsi tərəfindən ittifaqın tərəfdaş ölkələrinin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə dəqiq və məqsədyönlü tədbirlər planının işlənib hazırlanacağına dair məlumat açıqlanmışdır. Aİ-nin kollektiv fəaliyyəti dərhal diqqət tələb edən səhiyyə sahəsi ilə bağlı böhrana və onunla əlaqədar humanitar ehtiyacların aradan qaldırılmasına, tərəfdaş ölkələrin səhiyyə, su və […]

Mingəçevirdə küçə və parklar boşalsa da həyat davam edir

Laqeydlik göstərənlərin canlarına isti keçib Son günlərədək Mingəçevirdə əhalinin koronavirusdan qorunması istiqamətində aparılan tədbirlər kifayət qədər yetərli deyildi. Hökumət qurumlarının ciddi səylərinə baxmayaraq, bu xəstəliyi ciddi qəbul etməyənlər vardı. Nə gizlədək, dünənə kimi şəhərin mərkəzi bazarı əvvəlki kimi işləyirdi. Hətta qarşı hissədə, ayaq altında meyvə-tərəvəzin, süd-qatıq və balıq məhsullarının satıldığını görürdük. Əksər satıcılar nə maska […]

Bu gün ölkəmizdə 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 1-də yaydığı məlumatda deyilir. Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda […]

Azərbaycanda 26 nəfər sağalsa da, koronavirus 5 nəfəri həyatdan apardı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, martın 31-də ölkədə 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Eyni zamanda bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent […]