Səhiyyə Nazirliyi saxta yoxlamalarla bağlı obyekt sahiblərini xəbərdar edir
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz yoxlamalar aparılması halları ilə bağlı sahibkarlara və vətəndaşlara xəbərdarlıq edib. Nazirliyin məlumatına görə, son vaxtlar bəzi şəxslər Mərkəzin adından istifadə edərək Bakı şəhəri və regionlarda fəaliyyət göstərən obyektlərə müraciət edir, sanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədə əsassız iddialar səsləndirirlər. Həmin şəxslər dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin […]