Browsing category

Qarabağ

Qarabağ İqtisadi Rayonunun fermerlərinə “ekoloji təmiz məhsulun” istehsalı təşviq olunacaq

“Ekoloji İnformasiya ” İctimai Birliyi “Qarabağ iqtisadi rayonunun  fermerləri arasında  “ekoloji təmiz məhsul” istehsalının təşviqi” ” mövzusunda növbəti layihəsinin icrasına start verib. Bu barədə birliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə üç ay davam edəcək layihənin məqsədi Ağcabədi, Ağdam, Bərdə və  Tərtər rayonlarının fermerləri arasında […]

Ayıl, Ermənistan, ayıl!

Azərbaycan iqtisadi sahədə necə deyərlər “iri” addımlarla irəlləyir. Həm neft sahəsində, həm də qeyri neft sahəsində ölkəmiz çox mühüm nailiyyətlər əldə edib. Ölkənin valyuta ehtiyatı, müharibədən çıxmasına baxmayaraq, artıb. Azərbaycanın xarici ticarət balansı artmaqda davam edir. Yəni ölkə üçün ixrac idxalı üstələyib. Bunun nəticəsidir ki, manatın məzənnəsi bu günə qədər sabit olmaqda davam edir. Ölkəyə […]

Azərbaycanın iki hərbi qulluqçusu Kəlbəcərdə yol qəzasında həlak olub – VİDEO

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə […]

Yay səhnəsində ağrılı bayram günü-FOTOLAR

Təbii ki, böyüdüb-başa çatdırdığı oğulu, uşaqlarının atasını itirmək çox ağırdır. Övladının, ərinin Vətən yolunda şəhid getdiyini, yaralandığını qəbul edənlərin içində sağalmaz bir sızıltı var. Və bu ağrı iyunun 26-da, Silahlıı Qüvvələr Günündə mükafatların təqdim olunması zamanı çılpaqlığı ilə üzə çıxdı. Şəhidin medalı kimə çatmalıdır: anaya, yoxsa gəlinə? Qanuna görə, şəhid evli olubsa, onun həyat yoldaşı,  […]

Şəhid qardaşların xatirəsinə bulaq inşa olundu

Mingəçevirdə şəhid Musa və Tural qardaşlarının xatirəsinə inşa edilən ehsan bulağının açılışı olub. Karantin rejiminin qaydalarına uyğun olaraq, xatirə bulağının açılışına şəhidin ailə üzvləri və bir neçə şəhid anası, qazillər, MDU-nun ictimayyətlə əlaqələr şöbəsinin nümayəndələri və bir neçə tələbə, 10 saylı məktəbin şagirdləri qatılıb. Mingəçevirdən  olan Musa və Tural Həsənov qardaşları İkinci Qarabağ Müharibəsi başlayanda […]

Tural və Musa şəhid qardaşlarının anası Nəhayət Həsənova: ”Elə bildim oğullarım gəlib məni təbrik etdilər”

Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Mingəçevir şəhər Təhsil şöbəsi və Uşaq Gənclər  İnkişaf Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilən aksiya 7 saylı tam orta məktəbin həyətində baş tutub. Burada 44 günlük Vətən Müharibəsinin Mingəçevirdən olan 51 şəhidinin  hər birinin adına bir sərv ağacı əkilib. Aksiyaya məktəb direktorları və şəhid valideynləri də böyük həvəslə qoşulub. Şəhid Atiq […]

Xalqmı, Lobbimi…

Bizə qarşı “etnik təmizləmə” iddiası və ittihamı isə yenə də ermənilərin həyasız uydurması  və riyakarlığıdır. Çox da uzaq tarix deyildir,1988 -ci ilin soyuq oktyabr- noyabr aylarında Ermənistanda yaşayan minlərlə soydaşımız öz dədə-baba yurdlarından silahlı erməni dəstələri tərəfindən qovulurdular. Öz yurdlarını tərk etmək istəməyənlər, müqavimət göstərənlər isə vəhşicəsinə qətl edilirdilər. Bu isə faktiki olaraq soydaşlarımıza qarşı […]

Gözümüz üstündə yerin var, Samir

Noyabrın 27-də Azərbaycan bayraqları ilə bəzədilmiş bir neçə maşın Mingəçevirə, Ü.Hacıbəyov küçəsindəki 78 saylı binanın qarşısına gəldi. Onların səs siqnalları ətrafdakı insanların da məhəlləyə yaxınlaşmasına səbəb oldu. Yaralı halda maşından enən 28 yaşlı Samir Tacızadəni alqışlarla, sevinc yaşları ilə dostları, ailəsi, ata-anası, qohum-qonşuları, əzizləri əhatəyə aldılar. Onun ayaqları altında qurban kəsildi. Hamı valideynlərinə gözaydınlığı verirdi. […]

Xalqmı, Lobbimi…

Bəzən düşünürəm ki, bir aydan çoxdur bizim bu qədər həyəcanlı, qəzəbli, nifrət dolu olmağımız normaldırmı? Çünki biz, xalq olaraq, daha çox xeyirxah, üzügülər, mərhəmətliyik. Lakin ermənilər faşist davranışları ilə illərdir xalqımıza zülm edirdilər və bu bir ayda isə vəhşiliklərini çox  həyəsızcasına davam etdirirlər, ən pisi isə etdiklərini inkar edirlər. Bununla da kifayətlənməyib bizi ittiham edirlər, […]

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilmiş rayonlarda

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib. Prezident […]