Browsing category

Qarabağ

Qarabağda qalan əsgərlər Ermənistana qaytarıldı

Azərbaycan Qarabağda qalan 10 erməni və bir rus əsilli vətəndaşı Ermənistana təhvil verib. Bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan məlumat verib. Bildirilib ki, həmin şəxslər Qarabağdakı separatçı qurumun ləğv edilməsindən sonra bölgədə qalmışdılar. Nazir öz Facebook hesabında yazıb: “Qarabağda hələ də yaşayan 10 erməni və bir rus əsilli vətəndaş Ermənistan Respublikasına […]

Qarabağda təhsil yenidən canlanır

Xankəndi, Ağdam və Xocalıda məktəbəqədər təhsil müəssisələrində ilk dərslər təşkil olunub. İşğaldan azad edilmiş bölgələrdə təhsil infrastrukturunun bərpası davam edir. Bu münasibətlə Xankəndinin Kərkicahan kəndindəki 1 nömrəli uşaq bağçasında, Ağdam rayonunun Xıdırlı kəndindəki 1 nömrəli uşaq bağçasında və Xocalı rayonunun Ballıca kəndindəki 1 nömrəli uşaq bağçasında şagirdlər tədris ilinə start veriblər. Eyni zamanda, Xankəndinin Kərkicahan […]

İşğaldan azad olunmuş torpaqlarda Böyük Qayıdış sürətlə davam edir

Prezident İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş bölgələrdə məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam etdirilir. Xankəndi şəhərinə köçən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti yerləşdirilib. İlk mərhələdə şəhərə 36 ailə – ümumilikdə 162 nəfər – qayıdıb. Doğma yurdlarına dönən sakinlər onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və […]

Qarabağın incisi qış mənzərəsinə bürünüb

Qarabağın incisi Şuşada mövsümün növbəti qarı yağıb. Dağlar şəhəri yenidən ağ örtük altına düşərək füsunkar mənzərə yaradıb. Yağan qar şəhərin təbiət gözəlliyini daha da ön plana çıxarıb. Hazırda Şuşada yağıntının davam etdiyi bildirilir. Ağ örpəyə bürünən Şuşadan lentə alınan görüntüləri təqdim edirik.                           […]

Şuşanın bərpası və inkişafı

Şuşa şəhərində yaşayış infrastrukturunun genişləndirilməsi məqsədilə növbəti tikinti mərhələsinin icrası nəzərdə tutulur. Layihəyə əsasən, şəhərin D-5 yaşayış massivində ikinci mərhələ çərçivəsində bir neçə çoxmənzilli yaşayış binasının inşa edilməsi planlaşdırılır. Belə ki, bu mərhələdə 4 mərtəbəli olmaqla 9-dan 16-ya qədər nömrələnmiş səkkiz yaşayış binasının, eləcə də sakinlər üçün nəzərdə tutulan köməkçi və xidmətedici obyektlərin tikintisi həyata […]

Laçın Hava Limanı və Xankəndidə sərhəd təhlükəsizliyi artırılır

Laçın Hava Limanı və Xankəndidə sərhəd nəzarətini gücləndirmək məqsədilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi quraşdırılacaq. Bu sistem sərhəd keçidində sənəd fərdiləşdirmə və nəzarət funksiyalarını əhatə edəcək. Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən elan olunmuş tenderə əsasən, qalib şirkətə avadanlıq, proqram-texniki təminat və lisenziyaların alınması üçün 2 milyon 453 min 347,60 manat […]

Qarabağ danışıqlarının gizli səhifələri

Ermənistanın “Xristian-Demokrat” Partiyasının sədr müavini Hayk Sukiasyan ölkənin keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı Qarabağ münaqişəsi dövründə aparılan danışıqlara dair mühüm sənədləri ictimaiyyətdən gizlətməkdə ittiham edib. Sukiasyan bildirib ki, danışıqlar prosesi yalnız Köçəryanın dövrü ilə məhdudlaşmır və ondan əvvəlki mərhələlərə aid materiallar da ortada yoxdur: “Ter-Petrosyanın prezidentliyi dövründə aparılan danışıqların sənədləri haradadır? […]

Ağdamda bərpa və yenidənqurma işləri davam edir

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç mərhələsi həyata keçirilib. Bu dəfə kəndə 13 ailə, ümumilikdə 48 nəfər köçürülüb. Köç edən ailələr ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış şəxslərdir. Beləliklə, Xıdırlı kəndinə qayıdan ailələrin ümumi sayı 568-ə, yəni 2 min 243 nəfərə çatacaq.

Azad olunmuş ərazilərdə tibbi aksiyalara start verilir

Azad olunmuş torpaqlarda həyatın bərpası ilə yanaşı, insan sağlamlığına da xüsusi diqqət yetirilir. Bu məqsədlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi oktyabrın 17-də Suqovuşan kəndində səyyar tibbi aksiya keçirəcək. Aksiyanın əsas məqsədi bölgədə yaşayan, tibbi xidmətlərə çıxışı məhdud olan insanların göz sağlamlığını qorumaq və onlara yerində tibbi yardım göstərməkdir. […]

Böyük Qayıdış Proqramı

Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna yaxın aylarda 900 ailənin qayıdışı planlaşdırılır. Bu barədə məlumatı Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda Prezidentin Ağdam, Füzuli və Xocavənd üzrə xüsusi nümayəndəsi Emin Hüseynov açıqlayıb. O, bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində bölgədə infrastruktur yenidən qurulub və sakinlərin rahat yaşaması üçün bütün hazırlıqlar görülüb. “Gələn ay Ağdama […]