Browsing category

Orta və ali təhsil

MDU-da təhsilin keyfiyyətinin artırılması istiqamətində daha ciddi addımlar atılır

Mingəçevir Dövlət Universitetində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin Yaradılması və İnkişafı” (EQAC) layihəsi üzrə təlim keçmiş, universitetin Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin əməkdaşları, akademik heyəti və tələbələrlə görüş keçirilmişdir. Məlumatlandırma xarakterli tədbirdə universitetin idarə olunması prosesinə tələbələrin cəlb olunması və təhsilin keyfiyyətinin artırılmasında müəllim və tələbə sorğularının əhəmiyyəti müzakirə edilmişdir. […]

MDU-da “Elm günü” münasibətilə İqtisadiyyat və idarəetmə fakültəsində “Elm ağılın çırağıdır” mövzusunda TEC-in konfransı keçirilib

Martın 15-də Mingəçevir Dövlət Universiteti “İqtisadiyyat və idarəetmə” fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Elm günü” münasibətilə “Elm ağılın çırağıdır” mövzusunda konfransı keçirilib. Konfransı giriş sözü ilə rektor Akif Hacıyev açıb. Bildirib ki, elmin inkişafı cәmiyyәtdә intellektual potensialın formalaşmasının әsas mәnbәyi hesab olunur. Hesab edirəm ki, cәmiyyәtdә baş verәn hәr bir tәrәqqi әsasәn iki mәrhәlәdәn, birincisi, elmin […]

MDU-da “Elm günü”nü silsilə tədbirlərdə

Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 9 aprel 2018-ci il tarixdə cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamın icrası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyyəsi ilə bağlı Tədbirlər planına uyğun olaraq Mingəçevir Dövlət Universitetinin kitabxanasında kütləvi […]

MDU-da “Elm günü” münasibətilə Pedaqoji fakültədə TEC-in VI elmi konfransı keçirilib

Mingəçevir Dövlət Universiteti Pedaqoji fakültədə Tələbə Elmi Cəmiyyətinin “Elm günü”nə həsr olunmuş VI elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə fakültə dekanı, t.f.d., dosent Nizami Zeynalov açıb. Qeyd edib ki, yeni dünya nizamında elmi-informativ biliklәr inkişafın mühüm katalizatoruna, innovativ yeniliklәrin başlıca tәminatına çevrilmişdir. Elmtutumlu informasiyanın yaradılması, әldә edilmәsi, tәtbiqi sosial-iqtisadi inkişafın, qlobal rәqabәtin, әn başlıcası […]

“Qarabağdakı çiçəkləri qoxulayacağımız gün uzaqda deyil”

“Mən “Qarabağ şikəstəsi”ni yenidən doğma Qarabağımızda eşitmək istərdim. Indi Qarabağda çiçəklər açır. O çiçəklər bizim şəhidlərimizin qanından can alıb, böyüyürlər. Ümid edirik ki, düşmən tapdağı altında olan torpaqlarımız tezliklə geri alınacaq  və hər kəs öz yurd-yuvasına qayıdacaq. Və o çiçəklərin qoxusu bizim yurd həsrətli insanlarım evlərinə dolacaq. Bax, o zaman şəhidlərimizin ruhu və bizim ürəyimiz […]

Mingəçevirli məktəblilər ölkənin cənub bölgəsinə yola düşdülər

”Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təhsildə fərqlənən bir qrup Mingəçevir məktəblisi ölkəmizin cənub bölgəsinə yola düşüb. Şəhərin Heydər Əliyev Mərkəzinin qarşısında düzənlənən yola salma mərasimində valideyinlər, təhsil işçiləri, ictimayyət nümayəndələri iştirak ediblər. Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev bildirib ki, 40 şagird   4 gün müddətində Lənkaran, Masallı, Astara bölgələri ilə yaxından tanış ola biləcəklər: “Şagirdlərimiz […]

Multikulturalizm Azərbaycanda həyat tərzidir

Tədbiri giriş sözüylə açan kollecin direktoru Fikrət Zeynalov ölkəmizdə tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verildiyini, cənab prezidentimiz tərəfindən 2016-cı ilin multikulturalizm ili elan edildiyini bildirib: “Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, qəzet və jurnal dərc etdirmək sahələırində bərabər hüquqlara malikdir. Multikultural cəmiyyətdə nəinki […]

İstək liseyinin ilk məzunları müstəqil həyatın astanasında

Öncə Qarabag şəhidlərinin və 19 mayda Bakıda yanğın nəticəsində dünyasını dəyişənlərin ruhu yad edilib. Azərbaycan Respublikasının Dövlət himni oxunduqdan sonra Liseyin direktoru Saday Möhnətov məktəbin nailiyyətlərindən danışıb: “Şagirdlərimiz fənn olimpiadalarında iştirak edib, riyaziyyat, fizika və informatika fənləri üzrə bir qızıl, iki gümüş və bir bürünc medal qazanıblar. Bakı 2015 Avropa Oyunları ərəfəsində paytaxtda və bölgələrdə […]

Qabaqcıl pedaqoji təcrübə direktoryanı şurada müzakirə olundu

Pedaqoji fəaliyyət təlim və tərbiyə prosesini təkmilləşdirmək üçün fasiləsiz yollar axtarışıdır. Bunun üçün əlverişli şəraiti olan təhsil müəssisələrində pedaqoji proses əsl yaradıcılıq işinə çevrilir. Pedaqoji kollektivdə çalışan ayrı-ayrı müəllimlər işə yenilik gətirir, elmi nəzəriyyəyə və təcrübədə yaranan ideyalara həssaslıqla öz münasibətini bildirirlər. Onlar həm də müəllim fəaliyyətinin metodika və texnikasında yeni qiymətli tapıntılara qabil olduqlarını […]

Dil ürəyin güzgüsü, insan kamilliyinin açarıdır

Fevralın 20-də Mingəçevirdəki 7 saylı məktəb Heydər Əliyev Mərkəzində Beynəlxalq ana dili günü ilə bağlı tədbir keçirib. Tərbiyə işləri üzrə direktor müavini Tünzalə Hüseynova vurğulayıb ki, ana dili hər bir xalqın mənəviyyatının, mədəniyyətinin güzgüsü, tərkib hissəsidir: “Dil elə bir ünsiyyət vasitəsidir ki, başqa dillərdə yaranmış mədəniyyətləri də özündə birləşdirir. Dil ürəyin güzgüsü, insan kamilliyinin açarıdır”. […]