Browsing category

Müsahibə

4 mingəçevirli “Qızlar İKT-də” beynəlxalq konfransında iştirak edib

Mətbuatda xəbər verildiyi kimi, bu günlərdə Bakıda Beynəlxalq Günlə bağlı silsilə tədbirlər keçirilib. Belə ki, “Hyatt Regency” mehmanxanasında İREX-Azərbaycanın təşkilatçılığı ilə “Qızlar İKT-də” adlı 3-cü beynəlxalq konfrans olub. Konfransda ABŞ səfirinin xanımı, İREX-in nümayəndələri, Qazax, Tovuz, Zaqatala, Şirvan rayonları ilə yanaşı Mingəçevir məktəbliləri iştirak ediblər. Şəhərimizi inşa müsabiqəsinin qalibləri Fidan Əlizadə (7 saylı), Türkan Məmmədova, […]

Zaman keçir, gecikirik

Şakir müəllim Laçının Alpout kəndində doğulub-böyüyüb. Orta təhsilini orda alan müsahibimiz ali təhsilini Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnsitutunda alıb. Danışığından hiss olunur ki, Laçın üçün çox darıxıb. Deyir ki, “Laçının 1 stəkan suyu üçün darıxmışam” Laçın adı çəkiləndə ilk ağlınıza nə gəlir? -Laçın mənimçün Azərbaycanın ən gözəl bölgəsidir. “Qarabağın qara qapısı” adlanırdı. Kəlbəcər, Qubadlı, Şuşa […]

“Ağdamdan erməni işığı gəlir”

Yazıya başlamazdan əvvəl qeyd edim ki, bu şəxs haqqında yazmaq mənimçün həm şərəflidir, həm də məsuliyyətli. Ömrünün 45 ilini şagirdlərinə həsr edib. Saçlarının sayı qədər uşağa elmin, təhsilin sirlərini öyrədib, özünü şam kimi əridib bu yolda. Şagirdlərini öz balalarından seçməyib, hər kəsə eyni gözlə baxıb, əsas məqsədini-müəllim adını zirvələrə qaldırıb, daim uca tutub bizim İldırım […]

O GÜNLƏR HƏYATIMIN ƏN GÖZƏL SƏHİFƏLƏRİDİR

Bu sayımızda həmsöhbətim Ağdamda doğulub-böyümüş 80 yaşlı Züleyxa nənə oldu. Qəhrəmanımla müsahibəyə gedərkən yol boyu yaşlı qadına verəcəyim sualları götür-qoy edirdim, fikrimdə yataq şəraitində olan, arıq, cılız, üz-gözü qırışmış, hal- hərəkətsiz bir qoca canlanırdı. Nəhayət, Mingəçevir kəndinə-Züleyxa nənənin evinə çatdıq. Qapını şən, şux, qədd-qamətli, çöhrəsindən nur tökülən, enerjili, şirin dilli (maşallah) Züleyxa xanım açdı. Soyuq […]

“Xocalı alınsa, ayaqyalın evimizə qaçaram…”

26 fevral 1992-ci il. Qarlı, sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə od vuruldu, torpaq qana qərq oldu o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının […]

Bir gün gülə-gülə qayıdacaqdır ağlaya–ağlaya köçən Kəlbəcər

Qəzetimiz bir neçə həftədir fərqli layihə təqdim edir. Yurd–yuvasından, el-obasından didərgin düşmüş, 20 ildən artıq köçkünlük taleyi yaşayan və doğma torpağının həsrətini çəkən insanlarla söhbətləşir, onların dərdlərinə ortaq oluruq. Maraqlıdır axı, yaşadıqları yerləri necə xatırlayırlar, harda yaşayıblar, nə işlə məşğul olublar, niyə bura gəliblər, necə dayanıblar vətən həsrətinə? Mətləbdən çox uzaqlaşmayaq, keçək müsahibimin təqdimatına. Bu […]

ATAMA MƏKTƏBİN HƏYƏTİNDƏ YAS VERDİK…

Müsahibim Şahnaz Məmmədova 1993-cü ildə öz doğma ev-eşiyindən didərgin düşmüş 126 min Ağdam sakinindən biridir. Qəhrəmanım əziz el-obası, torpağı olan Gülablını tərk edərkən 8 yaşı vardı. O artıq hər şeyi dərk edir, Ağdamda və digər rayonlarda ermənilərin törətdikləri vəhşilikləri yaddaşına yazırdı. Şahnaz xanımla söhbət edərkən hiss etdim ki, doğma yurdu üçün çox darıxıb. O, danışarkən […]

“Bölgələrdə mətbuatın vəziyyəti ürəkaçan deyil”

Hər bir millətin, dövlətin inkişafında, formalaşmasında onun mətbuatının böyük rolu var. Elə bu səbəbdən mətbuat “xalqın görən gözü”, “danışan dili”, “insanların ruhunu təzələyən səhər mehi” kimi xarakterizə olunur. Bizim mətbuat tariximiz “Əkinçi\” ilə başlayır. Düz 138 ildir ki, Həsən bəy Zərdabinin saldığı bu yol davam edir. Fərq isə müqayisəolunmazdır. Bu gün Azərbaycanda qəzet açmaq, istədiyini […]

Məhəllə futbolundan peşəkar arenaya

Azərbaycan futbolunu ən ünlü simalarından olan, haqqında fərəhlə söhbət açacağım futbol hakimi, beynəlxalq arenada belə öz sözünü demiş, futbol ictimaiyyətinə yaxşı tanış olan beynəlxalq dərəcəli futbol hakimi Rövşən Əhmədovdur. Bir çoxlarının əlçatmaz insan kimi baxdığı, əslində sadə, səmimi, mehriban və şirindil insan olan Rövşən müəllimlə Mingəçevir şəhər stadionunda görüşüb söhbətləşdik . -İlk öncə özünüz haqqında […]

“İş çox olduqca əqrəblərin sürətindən xəbər olmur”

“Mingəçevir işıqları”nın sullarına şəhər İcra hakimiyyətinin başçlsl cənab Niyazi Bayramov cavab verir -Siz Mingəçevirə gəlməkdən nə dərəcədə məmnunsunuz? Deyək ki, Prezident Sizi başçı göndərməsəydi, öz arzunuzla gəlib bu şəhərdə nə işlə məşğul olmaq ürəyinizdən olardı? -Mingəçevir şəhərində əvvəllər də olmuşam. Şəhər xoşuma gəlir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə başçı təyin olunduğum gündən şəhərimiz […]