Browsing category

Müsahibə

Vergi Məcəlləsinə dəyişikliklər özəl sektorun inkişafına əhəmiyyətli təsir göstərəcək

Vergi Məcəlləsinə edilmiş  və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minən əlavə və dəyişikliklərlə bağlı 11 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin direktoru, baş vergi xidməti müşaviri Qüdrət Məmmədov qəzetimizə müsahibə verib. Q.Məmmədov öz açiqlamasinda Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının […]

Fərman Nəbiyev: “70 illiyimizə ən böyük töhfəmiz sadəcə davamlı fəaliyyətimizdir”

Bu günlərdə “Mingəçevir işıqları” qəzeti 70 illik yubleyini qeyd etməyə hazırlaşır. Bu münasibətlə qəzetin baş redaktoru,  “Əməkdar jurnalist”, “Qızıl qələm” və  “H. B. Zərdabi” mükafatları laureatı Fərman Nəbiyevlə görüşüb bu illər ərzində olanlar, qəzetin yaranma tarixi, digər məsələlərlə bağlı həmsöhbət olduq. Beləliklə, ilk sualımızı həmsöhbətimizə ünvanladıq. – Fərman bəy, bölgə mətbuatımızın qocamanlarından sayılan “Mingəçevir işıqları”nın […]

“Aktyor səhnədə ölməlidir”

Mingəçevir Dövlət Dram Teatrında yerli və paytaxt rejissorlarının bir-birinin ardınca yeni əsərləri səhnələşdirməsi tamaşaçılarda teatra məhəbbəti artırıb. Tamaşa zalının dolu olması isə aktyorların öz işlərinə daha məsuliyyətlə yanaşmasını tələb edir. Teatrın uğurlarından biri də şəhər sakinlərinin sevimli aktyoru Respublikanın Xalq artisti Valeh Kərimovun Mingəçevir teatrının səhnəsində  görünməsidir.  Valeh müəllimin duzlu-məzəli fikirlərini sizinlə bölüşürük. -“Gəl, qohum […]

“Hər bir aktyorun səhnədə yeri görünür”

Bu yaxınlarda Mingəçevir Dövlət Dram Teatrının aktyoru Şıxı Yaqubov Əməkdar artist fəxri adına layiq görülüb.  25 yaşından həyatını səhnəyə bağlayan müsahibimiz  1951-cı ildə Ağdaş rayonunun Pirəzə kəndində doğulub. Evlidir, 3 övladı, 5 nəvəsi var. -Səhnəyə gələn yol haralardan keçdi? -Orta məktəbdə oxuyanda ədəbiyyat dərsini tədris edən Eyyub müəllim tədbirlərdə həmişə məndən istifadə edirdi. Mən kiçik […]

Əmək pensiyası ala bilməyənlərin sosial-müavinət almaq hüquqları var

Xəbər verdiyimiz kimi, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aztəminatlı ailələrə və məcburi köçkünlərə sosial hüquqlarla bağlı hüquqi və informasiya xidmətinin təşkili” layihəsini gerçəkləşdirir.  Layihə çərçivəsində MVA nəzdində hüquq kabineti  də açılıb.  Burada görülən fəaliyyət barədə suallarımızı  hüquqşünas İlqilab Həsənov cavablandırır. -İnqilab […]

Psixoloq: “İntiharı şouya çevirməyin!”

2014-cü il başlayandan demək olar ki, hər gün intihar xəbəri alırıq. Statistikaya görə dünyada gün ərzində 3 min insan intihar yolu ilə yaşamlarını sonlandırır. Başqa sözlə, hər 40 saniyədə 1 insan intihar edir. Azərbaycan ölkələrin intihar reytinqində 110 ölkə arasında 101-ci yerdə qərarlaşıb. Son 2 ayda isə özünü öldürənlərin sayı hədsiz artıb. Niyə intihar edirlər? […]

Təhsilə bağlı ömür

Bu dəfə müsahibə götürdüyüm xanımı – Esmira Cəfərovanı 35 ildən çoxdur ki,  tanıyıram. 80-ci illərdə təxminən 10 il  bir binada çalışmışıq. O, şəhər Komsomol Komitəsinin birinci katibi, mən isə “Mingəçevir işıqları” qəzetinin  müxbiriydim. İş prosesində tez-tez görüşür, gəncləri narahat edən məsələləri birgə müzakirə edirdik. Redaksiyanın ən gənc əməkdaşı olduğumdan redaktor gənclərin həyatı ilə bağlı yazıları […]

Hicablı xanımın düşmənlə üz-üzə həyatı

Son  illər  atəşkəs rejiminin pozulması nəticəsində sərhəd bölgəsində yerləşən kəndlərimizdə güllə səsləri daha çox eşidilir və Gülzar xanım da bu güllə yağışının altında öz işini görür-insanların düşüncələri, sosial problemləri barədə videoreportajlar hazırlayır. Məhz bu videolara baxanlar  real gerçəkliyi öyrənmək imkanı qazanırlar. Hobbi biznesə çevrildi Qazaxda doğulan 33 yaşlı müsahibimiz  Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin fransız […]

“Mən ailədə də,cəmiyyətdə də kişilərin əsas söz sahibi olmasının tərəfdarıyam, amma əlbəttə, qadınların da sözü eşidilməlidir”

Birinci təqdimat: Müsahibimiz Bərdədə,  ziyalı ailəsində  doğulub. Atası müəllim, anası evdar qadın olub. Orta məktəbi “Qızıl medal”la bitirib və Bakı Dövlət Universitetinin  jurnalistika fakültəsinə daxil olub. Universitetdə televiziya ixtisası üzrə təhsil alsa da, tələbnamə üzrə Bərdəyə qayıtmalı olub. Yerli qəzetdə jurnalist kimi fəaliyyətə başlayıb. Bir il sonra  redaksiyanın aparıcı işinə irəli çəkilib və 2007-ci ilə […]

“Bugün mənim günüm deyil… İkinci yer mənim üçün məğlubiyyətdir”

-Yarış necə keçdi? -Mənim üçün o qədər də uğurlu olmadı. Hər bir idmançı qızıl medal üçün cəhd edir.Bugün belə alındı ki, mən uduzdum. 200 m çox az məsafədir. Burda fortuna da önəmlidir. Mənim bəxtim gətirmədi. Qarşıda Dünya çempionatı var. Gələn il çox ağır olacaq. Hələ vaxtım var. Bu məni sakitləşdirən yeganə amildir. Öz səhvlərimi və […]