Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Mingəçevirdə və Kürdə qanunsuz balıq ovuna zərbə

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə qanunsuz balıq ovuna qarşı daha bir uğurlu əməliyyat həyata keçirib. Mingəçevir su anbarında keçirilən yoxlama zamanı balıqçılıq bileti olmadan ov edən bir neçə şəxs saxlanılıb. Onlardan 2 dəmir qayıq, 4 avar, müxtəlif balıq növlərindən ibarət 260-dan çox balıq və […]

Mingəçevirdə Eyni Gün İki Yol Qəzası

Mingəçevirdə qısa zaman ərzində iki ayrı yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin məlumata görə, Kür çayı üzərindən keçən nəqliyyat körpüsündə “İsuzi” markalı yük maşını minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində körpü üzərində sıxlıq yaranıb. Qəza zamanı xəsarət alanların olub-olmadığı araşdırılır. Digər hadisə isə az sonra şəhər mərkəzində – Üzeyir Hacıbəyov və Rəsul Rza küçələrinin kəsişməsində baş […]

Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin qatarı istifadəyə verilir

Azərbaycan Dəmir Yolları (ADY) ilk dəfə olaraq regiondaxili marşrut üzrə müasir elektrik qatarları ilə sərnişin daşımalarına başlayır. Sentyabrın 28-dən etibarən Gəncə–Mingəçevir–Ağstafa istiqamətində hər gün iki dəfə qatar reysləri təşkil olunacaq. Qrafikə əsasən, səhər saat 05:45-də Gəncədən yola düşən qatar 06:57-də Mingəçevirə, 07:15-də isə Gəncə–Ağstafa istiqamətinə hərəkət edərək 09:48-də Ağstafaya çatacaq. Günün ikinci reysi isə 16:00-da […]

Mingəçevirdə Şura iclası keçirildi

Sentyabrın 24-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclasda şura üzvləri, icra aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Toplantını açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin tapşırıqları əsasında şəhərdə görülən işlər barədə məlumat verib. Daha sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax […]

Sentyabrın 25-də Azərbaycanda Hava Proqnozu

Azərbaycan ərazisində sentyabrın 25-nə havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Bakı və Abşeron yarımadası Hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 15-18°C, gündüz 22-26°C olacaq. Azərbaycanın rayonları Havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir […]

Mingəçevirə yağışlı cümə gəlir – sinoptiklər xəbərdarlıq edir

Milli Hidrometeorologiya Xidmətinin məlumatlarına əsasən, Mingəçevirdə sentyabrın 18-i və 19-u üçün hava şəraiti fərqli keçəcək. 18 sentyabr – Cümə axşamı Şəhərdə gün ərzində əsasən buludlu hava müşahidə olunacaq. Səhər: Havanın temperaturu +17…+18°C olacaq. Cənub küləyi saniyədə 1 m/s sürətlə əsəcək. Yağış ehtimalı yoxdur. Günorta: Temperatur +20…+23°C-ə qədər yüksələcək. Cənub-qərb küləyi 1–2 m/s sürətlə əsəcək. Hava […]

Mingəçevirin icra başçısı sakinlərə çağırış etdi

Mingəçevirdə məişət tullantılarının daşınmasına görə ödəniş problemi qalmaqdadır. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sözlərinə görə, sakinlərin təxminən yarısı bu xidmətə görə müəyyən edilən müqavilə haqqını ödəməkdən yayınır. Bu barədə icra başçısı Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin istifadəsinə verilmiş yeni yük maşınlarının təqdimatı zamanı danışıb. O bildirib ki, hazırda şəhərdə 50 minə yaxın istifadəçi ya […]

MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN LİDER NAMİZƏDLƏRİ

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin nəticəsi barədə ilkin məlumat yayıb. Mingəçevir Bələdiyyəsinə üzvlüyə 19 namizədin topladığı səs aşağıdakı cədvəldəki kimi göstərilib: NAMİZƏDİN SOYADI, ADI, ATASININ ADI TOPLADIĞI SƏS ALŞANOV VÜSAL ELŞAD OĞLU 7332 ZEYNALOV FİKRƏT QÜDRƏT OĞLU 7258 HİDAYƏTOVA GÜLNAR İLDRIM QIZI 7212 ABDULLAYEVA XƏDİCƏ ELXAN QIZI 7210 HƏSƏNOV FİKRƏT İSMİXAN OĞLU 7208 BAĞIYEV ABİD […]

Bu dəfəki seçkilərdə fəallıq hiss olunmadı

29 yanvar 2025-ci ildə Mingəçevirdə keçirilən Bələdiyyə seçkilərində səhər saatlarından başlayaraq, seçki prosesinin izlədik. 53 saylı Yevlax-Mingəçevir seçiki dairəsinin 38, 39, 40, 42, 43, 44, 45 nömrəli, 54 saylı Mingəçevir seçki dairəsinin 11,16, 25, 26, 36 saylı məntəqələrinə baş çəkdik. Bələdiyyə üzvlüyünə namizədlərdən Vahid Tanırverdiyev, Əfqan Şirinovl və Faiq Həmzəyevlə də qarşılaşdıq. Məntəqələrin əksəriyyətində həm […]

Bələdiyyə üzvlüyünə namizədlər: müstəqillik və inamın bərpası

23 yanvar 2025-ci il tarixində Mingəçevir Media Mərkəzində Mingəçevir Bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürən şəxslərlə media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə əhəmiyyətli görüş keçirilib. Tədbirin məqsədi namizədlərin platformalarını seçicilərə tanıtmaq və onların şəhərin inkişafı ilə bağlı təkliflərini müzakirə etmək olub. Görüşdə həm namizədlərin öz fikirləri, həm də ictimaiyyətin və jurnalistlərin sualları diqqət mərkəzində idi. Tədbirdə […]