Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Mingəçevirdə “Ölü xatirələr dükanı” kitabının imza günü keçirilib

Mingəçevir Dövlət Dram Teatrında yazıçı və dramaturq, Prezident təqaüdçüsü Elçin Məhərrəmin “Ölü xatirələr dükanı” kitabının imza günü keçirilib. Tədbirdə şəhərin mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri, teatr xadimləri, qonaqlar və oxucular iştirak ediblər. Qonaqlar çıxışlarında müəllifin yaradıcılığından, onun ədəbi-bədii fəaliyyətindən və yeni kitabın mövzu baxımından fərqliliyindən danışıblar. İmza mərasimində yazıçının əsərləri əsasında tanınmış kino və teatr […]

Qarabağ kanalında batan şəxsin meyiti tapıldı

Mingəçevirdə bir neçə gün əvvəl Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.Mərkəzi Aran bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Bəxtiyar Məmmədovun cəsədi kanalın Mingəçevir ərazisindən keçən hissəsində Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupu tərəfindən aşkarlanıb.Axtarışların nəticəsində sudan çıxarılan meyit aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Mingəçevirdə faciə: Qarabağ kanalında 39 yaşlı kişi batdı

Mingəçevirdə Yuxarı Qarabağ suvarma kanalında faciə baş verib. Şəhər sakini, 39 yaşlı Bəxtiyar Məmmədov kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb. İlkin ehtimala görə, o, ehtiyatsızlıq nəticəsində suya düşüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, hadisə barədə məlumat daxil olan kimi Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Hazırda […]

Məktəbdə bədbəxt hadisə

Mingəçevirdə məktəbdə xoşagəlməz hadisə baş verib. 2013-cü il təvəllüdlü Bayramov Rza Əziz oğlu 7 saylı orta məktəbdə dərs zamanı xəsarət alıb. Məlumata görə, şagirdin sol əl barmağı ehtiyatsızlıq nəticəsində əyləşdiyi stulun şrupuna ilişib. Hadisə zamanı o, stulla birgə dərhal xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsi nəticəsində yeniyetmənin vəziyyəti stabilləşib, həyatına təhlükə olmadığı bildirilir.

Mingəçevirdə Ümumdünya Statistika Günü qeyd olunub

Ümumdünya Statistika Günü münasibətilə Mingəçevir Şəhər Statistika İdarəsində tədbir keçirilib. Toplantıya idarənin rəisi Etibar Kərimovun rəhbərliyi ilə müxtəlif idarə və təşkilatların nümayəndələri qatılıblar. Tədbiri giriş sözü ilə açan Etibar Kərimov iştirakçıları bayram münasibətilə təbrik edib və Ümumdünya Statistika Gününün əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, 20 oktyabr tarixi BMT Baş Assambleyasının qərarı ilə […]

Mingəçevirdə faciə

Mingəçevirdə ehtiyatsızlıq nəticəsində baş verən faciə ölümlə nəticələnib. Mərkəzi Aran bürosunun məlumatına görə, 1945-ci il təvəllüdlü Dilarə Orucova səhvən sirkə turşusu içərək zəhərlənib. Ailəsinin köməyi ilə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səylərinə baxmayaraq, Dilarə Orucova bu gün səhər saatlarında dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır.

Mingəçevirdə gənc qızın ölümü ilə bağlı araşdırma aparılır

Mingəçevirdə 19 yaşlı qızın meyiti yaşadığı evdə aşkarlanıb. Hadisə şəhərin Günəşli Bağlar adlanan ərazisində baş verib. Mərhumun şəxsiyyəti müəyyənləşdirilib – bu, Ləman Məmmədli adlı Mingəçevir sakini olub. İlkin məlumatlara görə, hadisənin başvermə səbəbləri hələlik araşdırılır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.

Mingəçevirdə avtovağzal rəhbərinin qəfil ölümü

Mingəçevirdə avtovağzalın icraçı direktoru Coşqun Rəhimov qəfil vəfat edib. Hadisə bu gün şəhər avtovağzalında baş verib. Əməkdaşlar onun uzun müddət istirahət otağından çıxmadığını görəndə narahat olublar. Qapı açıldıqda Rəhimovun huşsuz vəziyyətdə yerə yıxıldığı aşkarlanıb. Dərhal Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə məlumat verilib. Hadisə yerinə çatan təcili tibbi yardım briqadası 1976-cı il təvəllüdlü Coşqun […]

Mingəçevirdə sabah günəşli və rahat hava gözlənilir

Oktyabrın 4-də Mingəçevirdə hava əsasən açıq və günəşli keçəcək, yağıntı gözlənilmir. Gecə saatlarında havanın temperaturu +15…+16° isti olacaq. Şimal küləyi zəif əsəcək. Nisbi rütubət yüksək olacaq – 90%-ə qədər. Səhər saatlarında temperatur +15…+20°-dək qalxacaq, hava açıq və rahat keçəcək. Günorta havanın temperaturu +21…+23° isti təşkil edəcək. Cənub-şərq küləyi zəif əsəcək, səma tamamilə açıq olacaq. Axşam […]

Kür çayında təhlükəsizlik nəzarətdə – DİN-in katerləri fasiləsiz xidmətdə

III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərində keçiriləcək avarçəkmə yarışlarında təhlükəsizliyin tam təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Kür çayında gücləndirilmiş rejimdə xidmət aparırlar. Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, xidmətə əlavə katerlər və canlı qüvvə cəlb olunub. Polis əməkdaşları su hövzəsində ictimai asayişin qorunması, mümkün hüquqazidd əməllərin qarşısının vaxtında […]