Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Mingəçevir Bələdiyyəsi “Yerli Demokratiya Həftəsi” keçirilib

Mingəçevir Bələdiyyəsi “Yerli Demokratiya Həftəsi” keçirilib Yerli Demokratiya Həftəsi çərçivəsində (15-21 oktyabr 2018-ci il tarixlərində) Mingəçevir Bələdiyyəsində “Açıq qapı” günləri elan olunub, “qaynar xətt” açılıb. Əhali ilə bələdiyyədə və məhəllələrdə görüşlər keçirilib. Bələdiyyənin inzibati binasının fasadında “Yerli Demokratiya Həftəsində fəal iştirak edək!” şüarı asılıb, vətəndaşlara bələdiyyənin keçirəcəyi tədbirlərdə iştirakla bağlı çağırış edilib. Sakinlərin rəy və […]

Mən bələdiyyə üzvü olsaydım…

“Mən bələdiyyə üzvü olsaydım…” Oktyabrın 18-də “Yerli Demokratiya Həftəsi” çərçivəsində şəhər Bələdiyyəsinin Mingəçevir Tibb Kollecində (MTK) keçirdiyi tədbir belə adlanırdı. Tədbiri giriş sözü ilə bələdiyyənin sədr müavini Əli Əliyev açıb. O, bələdiyyənin 2018-ci ilin 9 ayı ərzindəki fəaliyyəti barədə qısa məlumat verib və 2019-cu il üçün nəzərdə tutulmuş işlərdən danışıb. Bələdiyyənin komissiya sədri Zahid Qasımlı […]

Mingəçevir teatrının 50 illik yubileyi qeyd olunur

Bu gün Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev,   Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov, Teatr Xadimləri İttifaqının sədri Azər Nemət Paşa, ARB Aran kanalının redaktoru Rəna İbrahimova və başqaları Azərbaycan teatrının və Mingəçevir teatrının şərəfli inkişaf yoluna nəzər salıblar. […]

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları -30326/30327/30328 – Mingəçevir Dövlət Dram Teatrı

X.N.Gəncəliyə “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 16 oktyabr 2018, 18:18 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Xəzər Novruz oğlu Gəncəliyə “Əməkdar artist” fəxri adı verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 oktyabr 2018-ci il. Mingəçevir Dövlət Dram […]

Tələbə və məzunlar üçün “Karyerada ilk addım”

Tələbə və məzunlar üçün “Karyerada ilk addım” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Mingəçevir şəhər Məşğulluq mərkəzi tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirini Mingəçevir Dövlət Universitetində təşkil edib. Tədbirdə müxtəlif ixtisasları üzrə 200-dən artıq tələbə iştirak edib. Mingəçevir şəhər Məşğulluq mərkəzinin direktoru Elçin Abdullayev […]

MTK-da müstəqilliyimizin 27-ci ildönümü qeyd olunub

MTK-da müstəqilliyimizin 27-ci ildönümü qeyd olunub   Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 27-ci ildönümü Mingəçevir Turizm Kollecinin foyesində videoçarxın nümayişi ilə başlayıb. Daha sonra kollecin ideoloji mərkəzində Heydər Əliyevin həyat və fəaliyyətilə bağlı məqamları özündə əks etdirən filmə baxış keçirilib

Dağlıq Qarabağın açarı tək Rusiya deyil, həm də Amerikanin əlindədir

Oleq Kuznetsov: “Dağlıq Qarabağın açarı tək Rusiya deyil, həm də Amerikanin əlindədir” Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində tanınmış rus tədqiqatçısı, hüquqşühas, müəllim və publisist Oleq Yuriyeviç Kuznetsovun gənclər və media nümayəndələri üçün məlumatlandırma sessiyasi olub. Məruzəsini “Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı” mövzusunda quran tarixçi düşmənlərimizin zaman-zaman türk millətinə qarşı bədxah niyyət və […]

Din xadimi toplumun anlayacağı şəkildə danışmalıdır

Din xadimi toplumun anlayacağı şəkildə danışmalıdır “İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə oktyabrın 13-də “Dini radikalizmə qarşı mübarizə istiqamətində regionlarda tədbirlərin təşkili” layihəsi çərçivəsində Mingəçevirdə fəaliyyət göstərən “Mənəvi saflıq” Vətəndaş maarifçiliyi fondunun üzvləri ilə növbəti tədbirini keçirib. Layihənin rəhbəri Əliqismət Kərimov və […]

Mənəvi dəyərlərimiz – dünən, bu gün, sabah

“Mənəvi dəyərlərimiz – dünən, bu gün, sabah” Oktyabrın 12-də Mingəçevir şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Mənəvi dəyərlərimiz – dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev seminar-treninqin ictimaiyyət arasında mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi məqsədilə təşkil […]

Azərbaycanın müstəqilliyi əbədidir

Azərbaycanın müstəqilliyi əbədidir Oktyabrın 16-da H.Əiyev mərkəzində “Heydər Əliyev müstəqilliyimizi əbədiləşdirən tarixi şəxsiyyətdir” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Mingəçevir İH və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə reallaşan tədbirə şəhərin idarə və təşkilat, ictimaiyyət və media nümayəndələri, eləcə də güc strukturlarının rəhbərləri qatılıblar. Öncə ulu ondərin hərcmərclik dövründə Azərbaycana qayıtması, müstəqil dövlət qurması naminə apardığı […]