Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Müstəqilliyi qorumaq üçün zaman-zaman şəhid vermişik

Mingəçevir Məscidinin Dini İcması Mingəçevir Media Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətin 100-cü ildönümü ilə bağlı gənclərlə ictimaiyyət nümayəndələrinin görüşünü təşkil edib. Bakı İslam Universitetinin məzunu Pünhan Hüseynov diqqətə çatdırıb ki, xalqımız Azərbaycanın müstəqilliyini qorumaq üçün zaman-zaman şəhid verib: “Aprel düyüşlərində də igid əsgərlərimiz əllərindən gələni etdilər və torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər”. Mingəçevir Dövlət Universitetinin baş […]

Məcburi köçkünlərin yaşadığı bina yanıb

Hadisə şəhərin Samux küçəsindəki  17 saylı ünvanda,  Sürücülük məktəbinin binasında enerji qapanması səbəbindən baş verib. Orada 25 ildir ki, 20 köçkün ailəsi məskunlaşıb. Köçkün  Vidadi Vəliyevin  bildirdiyinə görə, səhər saatlarında  işıq sayğaclarının yandığının şahidi olub:  “Nə qədər çalışdımsa, söndürə bilmədim. Məcbur olub su tökdük…” Yanğın zamanı yaranan tüstü 10 nəfərin səhhətində problemlər yaradıb.  Bir neçə […]

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün seminar

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün seminar keçirilib. Təhsil Nazirliyi yanında “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda danışan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili vurğulayıb ki, ilkin rasionallaşdırma tədbirləri nəticəsində 83 peşə təhsili müəssisəsi yaradılıb, 60 peşə təhsili müəssisəsinin 2 minə yaxın müəllim və istehsalat təlimi ustası diaqnostik […]

Mingəçevirlilər  Azərbaycanın ilk Milli Turizm Sammitində iştirak edib

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun  təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutan  Milli  Turizm Sammintində turizm sənayesi üçün ixtisaslı kadr hazlığını həyata keçirən Mingəçevir Turizm Kollecinin nümayəndə heyəti də yer alıb. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun sözlərinə görə, Azərbaycanın yeni turizm brendinin təqdimatı, “Azərbaycan turizm strategiyası 2023” ilə […]

Stadionda idman bayramı

Oktyabrın 26-da Yaşar Məmmədzadə adına Mingəçevir stadionunda idman bayramı keçirilib. Şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbir Mingəçevirin 70 illiyinə həsr olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra İH başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov çıxış edib. O, qədim Mingəçevirin müasir şəhər statusu almasının 70 illiyinə […]

 Sağlam bədən, sağlam təhsil

Sağlam bədən, sağlam təhsil V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəbin müəllimi Namiq İbrahimli  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə II qrant müsabiqəsinin qalibi kimi “Sağlam bədən, sağlam təhsil” layihəsinə strat verib.  Layihə çərçivəsində Mingəçevir şəhərində ilk dəfə olaraq X-XI siniflər arasında ini-basketbol yarışı təşkil olunub. Yarışda hər biri 4 nəfərdən ibarət […]

Yerli məhəllə komitəsi yaradılıb

Yerli məhəllə komitəsi yaradılıb Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində nəzərdə tutulmuş tədbirlər cədvəlinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsinin üzvləri 20 Yanvar küçəsindəki 10 saylı binanın sakinləri ilə görüşüblər. Bələdiyyənin sədr müavini Əli Əliyev sakinlərə 2018-ci ilin 9 ayı ərzində görülmüş işlərdən və gələn il üçün planlaşdırılmış fəaliyyətlərdən danışıb. “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı […]

Tələbələrlə görüş

Tələbələrlə görüş Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində Mingəçevir Bələdiyyəsində bir qrup  tələbə ilə görüş keçirilib. Görüşdə “Gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi” mövzusu müzakirə edilib. Bələdiyyənin sədri Coşqun Abdullayev bələdiyyənin gənclərlə gördüyü işlərdən, gələcəkdə tələbə gənclərlə bağlı bir neçə layihənin həyata keçiriləcəyindən danışıb və gənclərin yerli özünüidarədə fəal iştirak etməsini arzulayıb. “Yerli sosial […]

Sakinlər sosial sifarişlər verdilər

Sakinlər sosial sifarişlər verdilər Mingəçevir Bələdiyyəsinin “Yerli Demokratiya Həftəsi”ndə sakinlərlə növbəti səyyari görüşü “Şimşək” məhəllə komitəsinin ərazisində – N.Nərimanov prospektindəki 42 saylı və Şah İsmayıl Xətai küçəsindəki 11 saylı binaların yaşayışçıları ilə baş tutub. Bələdiyyənin komissiya sədri Zahid Qasımlı sakinlərə “həftə”nin mahiyyəti, tarixi və məqsədi barədə məlumat verib. Bildirib ki, əhalinin fəallığı, yerli özünüidarədə iştirakı, […]

İH-də 9 aylığın yekunu ilə bağlı müzakirədə nöqsan və problemlər daha çox qabardıldı

Oktyabrın 19-da şəhər İcra hakimiyyətində 2018-ci ilin 9 ayı üzrə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. İHB-nın müavini Məhluqə Cavadova bu barədə məruzə edib. Ötən müddətdə ölkədə əldə edilən uğurlardan danışan natiq oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında vurğulanan məqamlardan danışıb və bilddirib […]