Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

“Tükənən ehtiyatsız olan suyun qənaətlə istifadə istiqamətində ictimaiyyətin maarifləndirilməsi” layihəsi həyata keçirilib

Layihə çərçivəsində nəzərdə tutulan təlimlər Mingəçevir şəhərində həyata keçirilib. “İstedadlı və Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində təhsil alan yeniyetmə və gənclərin mövzu istiqamətində bilik və bacarıqlarının artırılması ilə yanaşı cəmiyyətin digər üzvləri üçün faydalı məlumatları ötürə biləcək […]

Qazilər müharibənin acı günlərini təkrar yaşadılar

“Əsgər şəhidlik zirvəsinə ucalır. Qazi isə müharibənin travmasını, mərmidən  aldığı yarasını, ağrı-acıları ömür boyu canında və yaddaşında daşıyır. “Bu elə bir hisdir ki, ondan xilas olmaq çətindir”-deyir qazilər.   Mingəçevir şəhərindən İkinci Vətən müharibəsində 1030 nəfər iştirak edib. Onlardan 51-i şəhid olub, 120 nəfər yüngül yaralanıb, 35 nəfər isə müxtəlif dərəcəli əlillik statusu alıb. Odun-alovun içindən […]

“Dost ola bilməsək də an azından düşmənçiliyi yığışdıraq”

Baş leytenant Teymur Əhmədov: Təbii ki, müharibə ağir bir şeydir. Müharibə itkisiz baş vermir. Hər bir tərəfdən dövlətə mənfi təsir göstərir. İqtisadiyyatı çökdürür, dövlətin büdcəsinə də ziyandır. Bir günün müharibəsi küllü miqdarda vəsait hesabına başa gəlir. Müharibə ekoloji problemlər yaradır. Atılan mərmilər insanları, fauna və floranı məhv edir. Müəyyən xəstəliklər ortaya çıxır. Sülh siyasi müstəvidə […]

Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada “Şuşa İli” çərçivəsində silsilə tədbirlər keçirilir

2022-ci ilin bitməsinə az müddət qalmasına baxmayaraq Gimnaziya öz ənənəsinə sadiqdir. Burada təhsil alan şagirdlərin milli mənəvi dəyərlərin qoruyub saxlanılması istiqamətində yetişdirilməsi prioritet vəzifələrdən biridir.  Bu sözləri Gimnaziyanın direktoru Pərvanə Tahirova bu yaxınlarda keçirilən “Şuşanın Tarixi” adlı tədbirdə çıxışı zamanı qeyd edib. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı və 2022-ci ilin “Şuşa İli” elan edilməsi bir daha […]

Mingəçevir Gəncləri Ulu Öndər Heydər Əliyevi hörmət və ehtiramla anıb

Mərkəzin əməkdaş və könüllüləri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub. Mingəçevir Heydər Əliyev Mərkəzinə ekskursiya edən gənclər ekskursiya zamanı Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto və eksponatlarla tanış olub. Onları maraqlandıran sualları cavablandıran mərkəzin əməkdaşı Ümummilli Liderin şəhərimizə olan səfəri ilə bağlı məlumat verib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin […]

Mingəçevir şəhər Texniki Humanitar Liseyi (THL) qızıl medala layiq görüldü

        “Bu gün Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilmiş Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-nin bağlanış mərasimi keçirilib”         Elm və Təhsil Naziri Emin Əmrullayev başda olmaqla, Elmi-tədqiqat institutlarının direktorları, diplomatik nümayəndəliklərin təmsilçiləri, ali təhsil müəssisələrinin və dövlət qurumlarının rəhbərlərinin qatıldığı bağlanış mərasimində festival çərçivəsində təşkil […]

Avropa İttifaqından Mingəçevirə dəstək

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirdiyi “Merlər Sazişi”nin  üzvü olan Mingəçevir Bələdiyyəsi də təqdim etdiyi layihəyə görə maliyyə dəstəyi alacaq.  Gürcüstanda keçirilən  yubiley tədbirində bu barədə  qərar verilib.  Mi-news.az-a  verilən  məlumata görə, Mingəçevir Avropa İttifaqının  “Merlər Sazişi ” layihəsinin önəmli partnyorlarından birinə çevrilib. Bu günlərdə Sazişin ərsəyə gəlməsinin 10 illik əlamətdar təqvimi münasibəti […]

Banklar sahibkarların SİF kreditlərinə əlçatanlığı təmin edəcəkmi?

Noyabrın 25-də Mingəçevir Gənclər Evində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və KOBİA sahibkarlarla görüş keçirib. Məqsəd kiçik və orta bizneslə məşğul olan şəxsləri güzəştli kredit şərtlərindən yararlanmağa təşviq etmək, yeniliklər haqda məlumat vermək olub. İş adamları bankla müştəri arasında olan münasibətlərdən, xüsusən bank faizlərinin yüksək olmasından danışıblar. Tədbiri Mingəçevir İcra Hakimiyyətinin məsul işçisi İlqar Pirməmmədov […]

2006-cı il təvəllüdlü Yevlax şəhər sakini Turan Rüstəmov qətlə yetirilib. Yevlax rayon Hacıselli kənd orta məktəbinin XI sinifində təhsil alan Turan Rüstəmov Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı T. Rüstəmova bıçaqla […]

Mingəçevir şəhər Texniki və Humanitar Liseyin 5 komadası “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022” finalına vəsiqə qazanıb

Beynəlxalq STEAM Azərbaycan Festivalında Mingəçevir Texniki Humanitar  Liseyinin (THL) 5 komandası finala vəsiqə qazanıb! Bildiyimiz kimi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022” keçiriləcək! Mingəçevir şəhər Texniki Humanitar Liseyin komandaları seçim turunda ən yüksək nəticələrlə finala vəsiqə qazanıb. Bu […]