Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Mingəçevir futbolu yenidən dirçələ bilər

Mingəçevir futbol ənənəsi olan bölgələrdəndir. Hazırda şəhəri təmsil edən “Energetik” son illər birinci divizionun autsayderləri sırasında olsa da, köklü klublardan sayılır. Əvvəllər “Avtomobilçi”, “Toxucu”, “Kür”, “Kür-Nur” və sair adlarla ölkə çempionatında çıxış edib. “Kür-Nur”un dönəmində Mingəçevir futbolunda canlanma, inkişaf, irəliləyiş nəzərə çarpırdı. Ramiz Məmmədov, Mehman Alışanov, Mehman Baxışov, Arif (Aron) Zərbailov, Əli Məmmədov, Elbrus İsmayılov, […]

Erməni millətçilərinin son 200 ildə törətdikləri qanlı cinayətlər yada salındı

Martın 29-da  Mingəçevir Şəhər İcra Hakimiyyəti YAP ŞT ilə birlikdə 31 Mart-Azərbaycanlıların Soyqırımı günü münasibəti ilə konfrans təşkil edib. Konfransdan öncə soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə şəhid soydaşlarımızın xatirəsi ehtiramla yad edilib,  ruhlarına dua oxunub. YAP ŞT-nın konfrans zalında davam edən tədbiri  açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov erməni millətçilərinin son […]

Mingəçevir Turizm Kollecində “31 mart Azərbaycanlıların Soyqırım Günüdür” adlı konfrans keçirilib

31 mart Azərbaycanlıların Soyqırım günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub. “Azərbaycanlıların Soyqırımı və deportasiyası qurbanları” mövzusunda dəyrimi masa ətrafı müzakirələr təşkil olunub, istedadlı tələbələr arasında  rəsm və inşa müsabiqəsi keçirilib, divar qəzetlərinin xüsusi buraxılışları hazırlanıb və tələbələrin əl işlərindən ibarət xatirə sərgisi  təşkil edilib, Azərbaycanlıların soyqırım və deportasiyasından bəhs edən sənədli film nümayiş […]

Mingəçevirin köhnə su xətləri suvarma məqsədilə istifadə olunacaq

Mingəçevirdə içməli su xətlərinin yenidən bərpasından sonra son illər şəhərdə yaşıllığın suvarılmasında narahatlıq yaşanırdı. Amma problem artıq həllini tapıb. Bu barədə Mingəçevir Şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılov martın 28-də sakinlərlə növbəti səyyar görüşündə məlumat verib. Görüş şəhərin 20 Yanvar küçəsi 18, 19 və 20 ünvanlarındakı hündürmərtəbəli  binaların qarşısında baş tutub. Sakinlər şəhərdə aparılan quruculuq-abadlıq […]

Mingəçevirdə yol qəzası baş verib, yaralananlar var

Yüksək sürətlə hərəkət edən “Niva” markalı  avtomaşın “Hunday” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Kənan Şükürov və Leyla Şükurova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya qaldırılıb. Məlumata görə Leyla Şükürovanın xəsarəti  daha ciddidir. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə təhlükəsizlik orqanlarının bayramında 100 illik tarixin səhifələri vərəqləndi

Martın 28-də Mingəçevirdə, Heydər Əliyev Mərkəzində Azərbaycanın dövlət təhlükəsizlik orqanlarının 100 illik yubileyi qeyd edilib. Ulu öndərin abidəsi önünə gül qoyma mərasimindən sonra mərkəzin konfrans zalında təhlükəsizlik orqanlarımızın fəaliyyəti ilə bağlı film nümayiş olunub. Filmdə ölkədə sabitliyin qorunmasında, eyni zamanda Bəxtiyar Vahabzadə, Xəlil Rza, Eldar Quiyev kimi ziyalıların sovetlərin kəsəkəsindən müdafiə olunmasında H.Əliyevin rolundan danışılıb. […]

Heç kəs əlillikdən sığortalanmayıb

Bahar xanım hesab edir ki, bu gün Azərbaycanda əlilliyi olan şəxslər cəmiyyətə inteqrasiya edilsələr də cəmiyyət onlara inteqrasiya olunmayıb “Mənim etdiyimi sağlamların çoxu bacarmır” Martın 8-də 45 yaşını tamamlayan Bahar Şıxıyeva 21 ildir ki, əlillikdən əziyyət çəkir. O, orta məktəbi bitirəndən sonra təhsil sektoruna işə düzəlmişdi, ali təhsil alıb, Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq […]

Mingəçevirdə təhlükə saçan iri gövdəli ağaclardan biri aşdı

Bu  gün səhər saatlarında Mingəçevir  şəhərinin M.Füzuli küçəsindəki  19/87 saylı ünvanda, beş mərtəbəli binanın qarşısındakı iri gövdəli cinar ağacı aşıb. Bina sakinlərinin bildirdiyinə görə, bu ağac  təhlükə yaratmasına baxmayaraq, onun altinda oturanlar da az deyildi. Ağac aşarkən xöşbəxlikdən həyətdə  heç kim  olmayıb. Sadəcə sakinlərin paltar asılqanlarına ziyan dəyib.

Mingəçevirdə təhlükə saçan iri gövdəli ağaclardan biri aşdı

Bu  gün səhər saatlarında Mingəçevir  şəhərinin M.Füzuli küçəsindəki  19/87 saylı ünvanda, beş mərtəbəli binanın qarşısındakı iri gövdəli cinar ağacı aşıb. Bina sakinlərinin bildirdiyinə görə, bu ağac  təhlükə yaratmasına baxmayaraq, onun altinda oturanlar da az deyildi. Ağac aşarkən xöşbəxlikdən həyətdə  heç kim  olmayıb. Sadəcə sakinlərin paltar asılqanlarına ziyan dəyib.

Hər yerdə abadlıq və səliqə-sahman

Martın 16-da Mingəçevirin bütün küçə və xiyabanlarında, həyət və məhəllələrində Novruz bayramının gəlişi münasibətilə iməcilik keçirilib. İH-dən aldığımız məlumata görə, idarə və müəssisələrin, eyni zamanda sahibkarların qatıldıqları təmizlik bayramında şəhər ərazisi tullantı və məişət çıxarlarından təmizlənib, park və bağlarda yaşıllıq sahələri bellənib, ağac və kül kolları əkilib.