Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Mingəçevirdə aprel şəhidinin xatirəsi anılıb

Aprel döyüşlərindəki  qələbədən 3 il keçdi. Bu şanlı qələbənin əldə edilməsində ən uca zirvəyə-şəhid adına yüksələnlər xalqımızın and yerinə çevriliblər.  Onların xatirədi dövlətimiz tərəfindən əbədiləşdirilir, ailələri bir an da olsun diqqət və qayğıdan kənarda qalmır. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimaiyyətinin nümayəndələri aprel şəhidi Qasımov Teymur Sabir oğlunun növbəti […]

Mingəçevirdə iki bacının kirayə yaşadıqları mənzildə meyitləri tapılıb

Hadisə Mingəçevirin Heydər Əliyev prospektindıki 90 saylı ünvanda baş verib. Bir gün öncə köçdükləri mənzildə onların cansız bədəni aşkarlanıb. 24 yaşlı Roza və 18 yaşlı Emilya Mobilçenkolardan xəbər çıxmadığına görə bağlı mənzilin qapısı sındırlıb. Bu zaman onlardan birinin vanna otağında, digərinin kənarda vəfat etdiyi məlum olub. İlkin səbəb kimi hadisənin dəm qazından zəhərlənmə nəticəsində baş […]

Elman balıq ovundan həm ləzzət alır, həm də qəpik-quruş qazanır

Kür sahilində  balıq tutmaq mingəçevirlilərin ən sevilən istirahəti və məşğuliyyətidir. Onlar “həm ziyarət, həm ticarət” deyiminə əsaslanaraq, vaxtlarının bir hissəsini gözəl təbiətin qoynunda, çay qırağında keçirirlər. Nəticədə həm mənəvi zövq alır, həm də dadlı təamlar dadmaq üçün balıq tuturlar. Həvəskar balıqçı Elman Süleymanov da Mingəçevir sakinidir. İlin hansı fəsli olur-olsun, o, Kürün  sahilinə gələrək balıq […]

Sumqayıt sakini üzərində narkotika ilə Mingəçevirdə yaxalandı

Sumqayıt şəhər  sakini, əvvəllər məhkum olmuş Əmiraslanov Şəmşir Hümbət oğlu Mingəçevirə, mağazalardan birinə oğurluq məqsədi ilə gəlmişdi. Mingəçevir şəhər polis şöbəsinin  cinayət –axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat – axtarış tədbirləri nəticəsində Şəmşir Hümbətov  şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Bu barədə  şöbənin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Kərim İsmayılbəyli məlumat […]

MDU-da tələbələrin sərbəst işlərinin təqdimatı keçirilib

Mingəçevir Dövlət Universiteti Mühəndislik fakültəsi Mexanika kafedrasının 050622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə YN16 saylı qrupda sərbəst işlərin qəbulu İKT-nin multimediya imkanlarından istifadə edərək həyata keçirilmişdir. İşlərin təqdimatı beynəlxalq aləmdə öz sözünü demiş, liderliyini qoruyub saxlayan avtomobillərin tarixi və bu avtomobillərin qısa texniki xarakteristikası haqqında tələbələrin hazırladıqları videoçarxlar üzərində qurulmuşdur. Sərbəst işlərin təqdimatında fakültə […]

MDU-da tələbələrin sərbəst işlərinin təqdimatı keçirilib

Mingəçevir Dövlət Universiteti Mühəndislik fakültəsi Mexanika kafedrasının 050622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə YN16 saylı qrupda sərbəst işlərin qəbulu İKT-nin multimediya imkanlarından istifadə edərək həyata keçirilmişdir. İşlərin təqdimatı beynəlxalq aləmdə öz sözünü demiş, liderliyini qoruyub saxlayan avtomobillərin tarixi və bu avtomobillərin qısa texniki xarakteristikası haqqında tələbələrin hazırladıqları videoçarxlar üzərində qurulmuşdur. Sərbəst işlərin təqdimatında fakültə […]

“Kür qırağının əcəb seyrangahı var…”

Azərbaycanınn 10 milyonuncu vətəndaşının doğulması bütün ölkəmizdə olduğu kimi Mingəçevirdə də böyük atəşfəşanlıqla qeyd olundu. Aprelin 7-də  səhər tezdən başlayaraq, bütün küçə və məhəllələrdə ağacəkmə və təmizlik kampaniyası baş tutdu. Əsl bahar havası olduğundan nahardan sonra  mingəçevirlilər Kür sahilindəki istirahət parkına gələrək, mədəniyyət şöbəsinin hazırladığı konsert proqramını izlədilər. UGİM-in təqdim etdiyi rəqslər, MTK tələbələrinin flaşmobu […]

“Fakt araşdırıcı” mağazalarımızda nəyi araşdırır?

Özünü Gəncə Qida Təhlükəsizliyi Agentliyinin “Fakt araşdırıcı” mütəxəssisi kimi təqdim edən Fayilə İbrahimova bir müddətdir ki, Mingəçevirdəyoxlama aparmaq adı ilə sahibkarlardan pul tələb edir. Elmir adlı sahibkarın dediyinə görə, həmin qadın özünü təqdim etdikdən sonra bildirib ki, 20 AZN ödəyərsə, qəbz verəcək və heç bir yoxlama da aparmayacaq: “Mən kiçik market sahibiyəm. Qadın 2 dəfə […]

“Aprel döyüşləri bizim şanlı tariximizdir” devizi ilə

Mingəçevir gəncləri aprel şəhidlərinin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlib, burada uyuyan mərd oğullarımızın məzarlarını ziyarət ediblər. Bundan sonra onlar Mingəçevir Gənclər Evində “Aprel döyüşləri bizim şanlı tariximizdir” adlı tədbirə toplaşıblar. MGE-nin direktoru Tural Kərimov şanlı tariximiz boyu bir çox döyüşlərə şahidlik edən ölkəmiz üçün aprel döyüşlərinin xüsusi bir mərhələ, xarici müdaxilələrə layiqli cavab […]

Azərbaycanda taksi sürücüsü: o, nə cür olur?

“Maxim”in mütəxəssisləri tipik taksi sürücüsünün nə cür göründüyü barədə danışdılar: onun adını, yaşını və avtomobilinin markasını bildirdilər. Azərbaycanda taksi sürücüləri arasında ən geniş yayılmış ad Anar adıdır. Sürücülərin 2%-nin adı məhz belədir. İkinci yerdə Orxan adıdır, bu adı sürücülərin 1,7%-i daşıyır. Sürücülərin 1,5%-in adı Elnurdur. Ən geniş yayılmış adların onluğuna həmçinin Elvin, Samir, Tural, Rəşad, Vüsal, […]