Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

MDU nümayəndələri EQAC layihəsi çərçivəsində Litvanın EKT şirkətinin keçirdiyi təlimlərdə iştirak edib

Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirlməsi” (EQAC) layihəsi çərçivəsində 29 aprel – 2 may tarixlərini əhatə edən proqram təminatı təlimlərinə başlanılıb. Təlimlərdə layihənin tərəfdaşı olan Mingəçevir Dövlət Universiteti ilə yanaşı 11 Azərbaycan universitetlərinin nümayəndələri iştirak edirlər. Təlimlərin məqsədi proqram təminatının qurulması, keyfiyyət təminatı sisteminin fəaliyyətinə nəzarət edən […]

“Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihənin toplantısı

Bakı Biznes Universitetində koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihənin 2 günlük toplantısı keçirilib. Toplantıda Mingəçevir Dövlət Universiteti ilə yanaşı Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Avropa Komissiyasının, Milli Erasmus+ Ofisinin və layihənin tərəfdaşları olan 10 Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Toplantının 1-ci günündə […]

“Mingəçevir işıqları” beynəlxalq mükafatı ardıcıl üçüncü dəfə Mingəçevirə gətirdi

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələrini mayın 3-də elan edib.  “Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusuna dair müsabiqəyə  çap və elektron mediada dərc olunan 20-dən artıq yazı təqdim edilib. Bu barədə GİZ-in proqram rəhbəri Thomas Meyer məlumat verib. O, […]

Mingəçevirdə 1116 yeni iş yeri açılıb

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyar görüşünü  mayın 1-də N.Nərimanov küçəsindəki  4, 6, 8, 10 və 12 saylı binaların həyətində  yaradılan nümunəvi məhəllədə keçirib. Bu ünvanlarda həyətlər abadlaşıb, küçələrə asfalt döşənib, yeni yaşıllıqlar salınıb, binaların fasadı, pəncərə qəfəslərinin içərisi tamamilə yenilənib. Binaların giriş hissəsinə qapılar qoyulub. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib […]

AYİB-in nümayəndələri Mingəçevirdə

Mayın 1-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı daimi nümayəndəliyinin başçısı İvana Fernandes Duarte, Baş Bankir Sanjar Usmanov, Bankirlər Sofiko Çikradze və Real Hacıyevi qəbul edib.  Görüşdə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Avropa Yenidənqurma İnkişaf Bankının  prezidenti Suma Şakrabotini  ilə müzakirə etdiyi “Yaşıl şəhər” təşəbbüsü proqramının imkanları və […]

MDU-da V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Təqdimatı keçirilib

Mingəçevir Dövlət Universitetində V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə rektor Akif Hacıyev açıb. Bildirib ki, “Bakı Prosesi” Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni […]

“Asan Peşə”də yol hərəkəti qaydaları izah olunub

Mingəçevir “Asan Peşə” Təhsil Mərkəzində yol hərəkəti qaydalarının təbliği ilə bağlı uşaq və yeniyetmələrin təhlükəsizliyini təmin etmək üçün tələbə və müəllimlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Peşə məktəbinin direktoru İlham İlyasov deyib ki, məqsəd baş verə biləcək yol qəzalarında uşaq və yeniyetmə gənclərin ölüm və xəsarət alma hallarının sayını  sıfıra endirməkdir. Bununla bağlı yeniyemə gənclərə ətraflı […]

Cavid Əlizadəyə ABŞ-dan 74 min dollar təqaüd təklif edilib

Cavid Əlizadə Mingəçevirdə doğulub, boya-başa çatıb. İlk təhsilini şəhərdəki Mingəçevir Texniki  Humanitar Liseyinin rus bölməsində,  Aytən Əliyevanın qrupunda alıb.  7-ci sinifdən təhsilini liseyin eksperimental pilot sinfində (keçmiş türk liseyi) davam etdirib. Hazırda 19 yaşı olan Cavid dünyanın ən tanınmış gəncləri arasındadır. Böyük Britaniyanın İmperial Kollecinə qəbul olub və ona ən yüksək təqaüd təklif edilib. Cavid […]

MDU-da “AFBİA”İB və “İnvestAz investisiya şirkəti” təlim keçib

Mingəçevir Dövlət Universitetində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi (AFBİA), “İnvestAz investisiya şirkəti” QSC və Mingəçevir Dövlət Universitetinin birgə təşkil etdiyi “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib. Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli […]

MDU Karyera mərkəzinin dəstəyi ilə iş adamı ilə tələbələrin görüşü keçirilib

Mingəçevir Dövlət Universitetində “Şəxsi biznesə gedən yol” mövzusunda tədbir keçirilib. “ForHome”, “Mutfakçı” və “Belissa” mağazalar şəbəkəsinin təsisçisi, iqtisad üzrə fəlsəfə doktoru İlkin Namaz oğlu Manafovun tələbələrlə görüşü baş tutub. Tədbiri giriş sözü ilə Mingəçevir Dövlət Universiteti Karyera mərkəzinin direktoru Üzeyir Zeynalov açıb. İş adamı İlkin Manafov haqqında məlumat verib və görüşün məqsəd və məramı barədə […]