Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Günəşli yaşayış massivində su-kanalizasiya sistemi yararsız vəziyyətdədir

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Günəşli yaşayış massivində yerləşən 20 nömrəli tam orta məktəbdə təşkil edilib. Başçı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizdə və şəhərimizdə həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlərdən danışıb. Şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirən sakinlər qarşılaşdıqları problemləri də diqqətə çatdırıblar. Vurğulanıb ki, […]

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi gənclərin ekoloji sahədə biliklərinin artırılmasına öz töhfəsini verib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Region gənclərinin ekoloji biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi başa çatıb. Mingəçevirdə yaşayan və təhsil alan gənclərin iştirakı ilə keçirilən layihə müddətində 5 təlim, 1 ekoloji aksiya […]

Mingəçevir bələdiyyəsi yeni bir abad məhəllə yaradıb

Mingəçevir bələdiyyəsi “Aran” məhəllə komitəsinin müraciətini nəzərə alaraq, 20 Yanvar küçəsindəki 18, 20 və 22 №li binaların qarşısındakı boş ərazidə abad məhəllə layihəsini həyata keçirib. Yararsız halda olan həmin ərazi yaşıllaşdırılıb, səliqə-salmana salınaraq abadlaşdırılıb. Məhəllədə məktəb yaşlı uşaqlar üçün futbol və basketbol meydançası tikilib. Kiçik yaşlı uşaqların əylənməsi məqsədi ilə ortada əyləncə meydançası yaradılıb. Meydançada […]

Kövrək anların fotoları

1iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 21-il bundan əvvəl , 1 iyun 1998-ci ildə şəhid balaları öz bayram günlərində doğma Qarabağımızın  ərazi  bütövlüyü  uğurunda  canlarından  keçərək, şəhidlik zirvəsinə ucalmış atalarının məzarlarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına  gəldilər. Qısa, lakin şərəfli bir ömür yaşayaraq əbədiyyətə qovuşmuş, hər birimizə örnək olan Kişilərin övladları! Niyə bu foto mənə bu qədər […]

İftar süfrəsində 250 nəfər bir araya gəldi

Mingəçevirdə  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə aztəminatlı ailələr, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün iftar süfrəsi açılıb. 250 nəfərin iştirak etdiyi tədbirdə şəhər məscidinin imamı Ələmdar Qiyasov  on bir ayın sultanı olan Ramazan ayının məziyyətlərindən,  bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açıb, “Quran”dan ayələr oxuyub. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü […]

E-vətəndaş proqramı Mingəçevirdə təqdim olundu

Mayın 27-də Mingəçevir Gənclər Evində  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan “SƏLİS”-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının təqdimatıkeçirilib.QHT Forumu MRQRTM-nın direktoru Füzuli Əsədov bildirib ki, Şura fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutaraq QHT-lərə, Vətəndaş Cəmiyyətinə, dövlətə, […]

Mingəçevirdə daha bir yol-nəqliyyat hadisəsi

Mayın 25-də  axşam saat 20:00 radələrində Mingəçevir şəhər Heydər Əliyev prospektində “Orxan” bazarı qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, BMV X5 markalı avtomobilin sürücüsü Samir adlı şəxs yüksək sürətlə hərəkət etdirdiyi avtomobildə idarəetməni itirərək qarşıda gedən LADA Niva 2121 markalı 99 DD 636 dövlət nömrə nişanlı avtomobili arxadan vurmuşdurş. Nəticədə zərbədən BMV X5 markalı […]

Sağ sahildə yaşayanları nələr narahat edir?

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mayın 22-də sağ sahil yaşayış massivindəki Koroğlu 23, 25, Mehdi Hüseyn 12 və Nəcəf Bəy Vəzirov 16 saylı ünvanlarda yaşayan sakinlərlə görüşüb. Başçı ölkədə həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlərdən, şəhərdə aparılan abadlıq-quruculuq işlərindən danışıb: “Hazırda şəhərin sağ və sol sahillərindəki məhəllələrdə, Energetiklər qəsəbəsində böyük quruculuq işləri həyata keçirilir. […]

Mingəçevirdə Avropa günləri

Əziz Mingəçevir və ətraf rayonların sakinləri, Sizi bu gün, mayın 21-də Səməd Vurğun meydanında təşkil edilən “Avropa Sənin Üçün” sərgisinə dəvət edirik. Energetiklər şəhərində keçirilən  Avropa Günlərində sizi bol enerjili və əyləncəli proqramlar, hədiyyəli suallar və açıq səma altında canlı konsert gözləyir. Ailənizi, dostlarınızı, tanışlarınızı və qohumlarınızı götürüb Avropaya qonaq gəlin. Sərgi saat 16:00-da başlayır. […]

Narkomaniyaya “YOX” demək üçün

Mingəçevirdəki 7 saylı  tam orta məktəbdə şəhər polis şöbəsinin təşəbbüsü  ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici  tədbir keçirilb. Polis şöbəsinin rəisi, polis polkovniki Teymur Hacıyev narkomaniyanın fəsadları barədə danışıb. O, eyni zamanda vurğulayıb ki, narkomaniya ilə mübarizə təkcə polisin deyil, bütün cəmiyyətin işidir: “Əməliyyat tədbirləri nəticəsində  bu yaxınlarda 5 kiloqrama yaxın narkotik maddə dövriyyədən çıxarılıb. […]