Browsing category

Mingəçevir

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.

Xalqmı, Lobbimi…

Bəzən düşünürəm ki, bir aydan çoxdur bizim bu qədər həyəcanlı, qəzəbli, nifrət dolu olmağımız normaldırmı? Çünki biz, xalq olaraq, daha çox xeyirxah, üzügülər, mərhəmətliyik. Lakin ermənilər faşist davranışları ilə illərdir xalqımıza zülm edirdilər və bu bir ayda isə vəhşiliklərini çox  həyəsızcasına davam etdirirlər, ən pisi isə etdiklərini inkar edirlər. Bununla da kifayətlənməyib bizi ittiham edirlər, […]

Yaşamaq həm də xatırlamaqdır.

. Hər yaşadığımız xatirəyə çevrilmir, amma xatırlayırıq: bəzən sevinərək, bəzən kədərlənərək, bəzən unutmaq istəyirik, heç yaşamamışıq kimi. Həyata dəyər verirsənsə yaşadıqların da xatirəyə çevrilər. Əsərlərini oxuduğum yazarlardan daha çox Borxesin xatirələrə çox dəyər verdiyini anlamışam. Bu hal o qədər hiss olunur ki, bəzən həyəcanla, bəzən də narahtlıqla xatirələrin dəyərli olduğunu, hətta xatirələr uğrunda mübarizə aparmağın […]

Əsgərə məktub!

Sənə yenə məktub yazıram, çünki  günümüz səni düşünməklə keçir. Görəsən, rahat yemək yeyə bilirsənmi, yarımca saat da olsa mürgüləyib gözünün acısını ala bilirsənmi, ya da bir balaca fasilə olanda, erməni quldurlarının mərmisi qurtarıb dayananda, sən də o anlarda  xoşladığın qızın gözlərini xatırlayıb köks ötürürsənmi? Heç narahat olma, o da mütləq səni xatırlayır. Sən qələbə ilə […]

Əsgərə məktub.

Salam əsgər! Bu məktubu sənə Mingəçevir şəhərindən yazıram, balaca şəhərdir, amma başqa şəhərlər kimi o da səs-küylüdür. Yaşayış binalarının hər tərəfini əhatə edən yollarda aramsız şütüyən avtomobillər, məhəllələrdə çığırışan uşaqlar. Son vaxtlar bu səs-küy daha da artıb və bu səslərə, tez-tez səslənən qələbə xəbərlərinə  sevinənlərin və uşaqların -“Qarabağ Azərbaycandır!” şüarları da qarışıb. Lakin bu səs-küydə […]

İsrailin Azərbaycandakı səfiri: “Mülki insanlara, dinc əhaliyə qarşı hücumlar qəbul olunmazdır”

Bu gün oktyabrın 23-də İsrailin Azərbaycandakı səfiri Corc Dik Mingəçevirdə səfərdə olub. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səfirə Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrdən, eyni zamanda cəbhə bölgəsindən xeyli kənarda yerləşən və dinc əhalinin yaşadığı rayonlara erməni hərbi birləşmələrinin uzaq və yaxınmənzilli raketlər, top mərmiləri atmasından danışıb. Səfir bildirib ki, o […]

Ermənistan hərbçilərinin dinc şəhərə qarşı növbəti təxribatı

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Azərbaycan İstlik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlərdən biri Mingəçevir İstilik Elektrik Stansiyasının qarşısına düşüb, xoşbəxtlikdən partlamayıb.

Raket zərbəsindən 5 nəfər xəsarət aldı

Ermənistandan Mingəçevirə atılan ballistik raketlərdən biri şəhərin Tərəvəzçilik sovxozu ərazisinə, dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Eyni zamanda bir evə külli miqdarda,  yaxınlıqdakı digər evlərə isə qismən ziyan dəyib.  

Bələdiyyə sədrlərinin və üzvlərinin BİR QİSMİni sanki ətalət basıb

Bir başa mətləbə keçirəm. Əgər bələdiyyənin DSMF-yə və digər qurumlara kifayət qədər borcu yaranıbsa, açıq deyim ki, onun günahının 50 faizi bələdiyyə sədrində və kollektivindədir. Bu dəqiqdir. Mühasib, hüquqşünas və digərləri vaxtında belə məsələlərdə sədrin hansısa addımına birmənalı olaraq göz yummallı deyildilər. Hələ faciə onda olur ki, borcsuz qəbul etdiyin bələdiyyəni məsuliyyətsizlik ucbatından böyük məbləğdə […]

Yerli mingəcevirlilər ilk gündən kockunlərə dayaq olublar

Fizuli Əhmədov 1978-ci il dekabr ayının 9-da Ağdam rayonun Boyəhmədli kəndində anadan olub.  Dediyinə görə, atası Nəsir kişi uzun müddət sürücü işləyib, anası isə ibtidai sinif müəllimi olub. Onların hər ikisi dünyalarını dəyişib. 1993-cü ildə, 9-cu sinifdə oxuyanda Mingəçevirə pənah gətirib. 2002-ci ildə BDU-nin Şəki filialinin tarix fakültəsini bitirən həmsöhbətimiz deyir ki, hərbi xidmətdən sonra, […]