Mingəçevir Dövlət Universiteti respublika elmi konfransında təmsil olunub
2021-ci ilin 21 iyun tarixində Naxçıvan Dövlət Universitetində (NDU) “Təhsildə rəqəmsallaşdırma: Elektron təhsil və informasiya cəmiyyəti” mövzusunda keçirilən respublika elmi konfransında Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik heyət üzvləri fəal iştirak ediblər. “Cisco Webex” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın plenar iclasında çıxış edən MDU-nun prorektor əvəzi, professor Veysəl Əyyubov son dövrdə universitetdə […]